![]() |
|
Ermənistanın Müdafiə Nazirliyinə məxsus nəqliyyat vasitəsi qəzaya uğrayıb.
erməni mediasına xəbər verir ki, “UAZ” markalı avtomobil Ermənistanın Arinc-Gökçə (İrəvan-Sevan magistralı) yolunda aşıb.
Məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb, hər ikisi xəstəxanaya aparılıb.
Ermənistan İstintaq Komitəsi araşdırmaya başlayıb, sürücü və sərnişinin kimliyi araşdırılır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi bildirilir.
Bu iddianı “Qafqazinfo” saytı yayıb və qeyd edilib ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
"Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb", - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, ilkin olaraq Qaraşovun özünə qəsd etdiyi söylənilirdi.
Onun ailəsi isə ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi xəbərə görə, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, ötən gün Azər Qaraşovun yaşadığı evdə özünü güllələyərək öldürməsi barədə məlumat yayılıb.
Lənkəran rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.
Vətəndaşların hərbi xidmət keçməkdən yayınmasını təşkil edən daha bir şəxs cinayət məsuliyyətinə cəlb edilib
Prokurorluq orqanları tərəfindən hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
İstintaqla Süleyman Qubadlının 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri SHXÇDX-nin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.
Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.
Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsində hakim ElmarRəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.
Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub./APA
Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanovanın mobil telefonunda yazdığı məktub üzə çıxıb.
Bu barədə Globalinfo.az-a T.Aslanovanın valideynləri məlumat verib.
Həmin məktubda T.Aslanova onun ölümündə Quliyeva Kəmalə Bəylər qızı ilə Zaur Tarverdiyevin səbəbkar olduğunu yazıb.
Məktub 19 iyul 2023-cü ildə, saat 17:24-də yazılıb. Həmin gün axşam saatlarında isə prokurorluq T.Aslanovanın özünü binadan atdığı və öldüyü barədə məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir.
Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynlər bildirirlər ki, vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə isə bu işdə qurbandır.
Həmin məktubu təqdim edirik:
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan erməni separatçılarının Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşdırları barədə məlumatlar var. Erməni mətbuat məkanında, xüsusən də sosial media seqmentində separatçı ünsürlərin təxribat ssenarilərini işə salması barədə danışılır. Bəzi erməni istifadəçilər bildirirlər ki, guya Azərbaycan ordusu Qarabağda ermənilər yaşayan kəndlərdə “soyqırımına” hazırlaşırlar. “Telegram” kanallarında yayılan ermənilərin səs yazısı isə əslində “soyqırımının” erməni separatçılarının elə özləri tərəfindən törədiləcəyini göstərir. Bildirilir ki, Azərbaycana qarşı beynəlxalq aləmdə təzyiqləri artırmaq, ölkəmizi dünyada “cinayətkar” kimi təqdim etmək üçün məkrli plan işə salınıb.
Separatçıların niyyəti odur ki, bir qrup erməniyə Azərbaycan Ordusuna məxsus hərbi forma geyindirsin, ermənilər yaşayan kəndlərdə qətliamlar törətsinlər. Bundan sonra dünyaya car çəksinlər ki, “Azərbaycan soyqırımına start verib”.
Analitiklər bu məkrli planı ermənilərin həyata keçirə biləcəyini söyləsələr də, bunun Qarabağdakı rejimə heç bir fayda verməyəcəyi qənaətindədirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın suallarını cavablandırarkən deyib ki, erməni quldurları təkcə bu ssenarini yox, başqa təxribatçı planları da həyata keçirməyə başlaya bilərlər:
- Erməni separatçılarının bu gün başlıca məqsədi Qarabağda Azərbaycanla Rusiyanı toqquşdurmaqdır. Keçən üç ildə hansısa toqquşma baş vermədi. Çünki Azərbaycan Rusiya ilə toqquşmada maraqlı deyil. Baxmayaraq ki, Rusiya tərəfindən, Rusiyanı idarə edənlər tərəfindən Azərbaycana qarşı müxtəlif vaxtlarda müxtəlif təxribatçı açıqlamalar verilir. Bakının Qarabağda Moskva ilə üz-üzə gəlməsində maraqlı olmaması ağıllı siyasətdir. Lakin dediyim kimi, erməni separatçıları buna çox çalışırlar.
Ermənilərin Qarabağın dağlıq hissəsində, ermənilər yaşayan kəndlərdə qətliamlar törədəcəyi ssenarisi kifayət qədər realdır. Onlar zaman-zaman öz maraqları üçün belə axmaq addımlara əl atıblar. Amma bu hərəkət onların özləri üçün ziyanlı olacaq. Çünki indi nəyisə gizli saxlamaq çətindir. Texniki imkanlarla nəyin nə olduğunu sübut etmək asandır.
- Azərbaycan bu təxribatlara qarşı preventiv addımlar ata bilərmi?
- Azərbaycanın hədəfi bəllidir: Qarabağdan Rusiya sülhməramlı kontingentini yola salmaq, qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək. Bu sıralama dəyişə də bilər. Yəni ki, birinci separatçı ünsürləri tərksilah etmək, sonrakı mərhələdə rus hərbi kontingentini ərazimizdən çıxarmaq. İndi Azərbaycanın əsas hədəfləri bunlardır.
Düzdür, Ermənistanla da məsələlərimiz qalıb – sülh sazişi imzalanmayıb, sərhədlər müəyyənləşməyib, kommunikasiya xətləri açılmayıb. Amma bunlar Azərbaycan üçün dərin problemlər deyil, zamanla həlli mümkün məsələlərdir. Əsas problem Azərbaycanın daxilindəki problemdir. Prezident İlham Əliyev Şuşada ermənilərə verilən şanslardan danışdı və bundan istifadə edə bilmədiklərini söylədi. İndi bizə qarşı hansısa təxribat edəcəklərsə, özlərinə baha başa oturacaq. Çünki Azərbaycanı heç bir qüvvə dayandıra bilməz. Ölkə başçısı bunu dəfələrlə açıq şəkildə bəyan edib.
- Bu təxribatlarla Azərbaycanı beynəlxalq aləmdə qınaq obyektinə çevirmələri mümkün deyil?
- Bilirsiniz, yenə deyirəm, dövr o dövr deyil. İkincisi, indi də dünyaya car çəkirlər ki, guya “blokadadırlar”, “aclarından ölürlər” , “humanitar böhran” yaranıb və s. Halbuki, Azərbaycan təklif edib ki, məhsullar Ağdam-Xankəndi yolu ilə daşına bilər. Beynəlxalq təşkilatlardan da çağırış edildikdə Azərbaycan rahat şəkildə Ağdam-Xankəndi yolunu nişan verir, heç bir humanitar böhran yaratmadığını sübut edir. İndi erməni separatçıları bu yolu istəmirlərsə, özləri bilərlər. Buna görə Azərbaycan ittiham obyekti deyil, olmayacaq da. İndi ermənilər öz ağılları ilə Ağdam-Xankəndi yolunu betonlarla bağlayıblar, bu yoldan humanitar yüklərin daşınmasını istəmirlər. Amma anlamalıdırlar ki, qarşıdan qış gəlir, meyvə-tərəvəz bitəcək. Eyni zamanda, qaz və elektrik enerjisi də böyük ölçüdə Azərbaycanın əlindədir. Bir sözlə, ermənilərin başqa yolu yoxdur. Humanitar yüklər Ağdam-Xankəndi yolundan getməlidir, qaz, işıq Ermənistandan yox, Azərbaycandan verilməlidir. Bunu birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycanın daxili işidir və heç bir xarici güc Azərbaycanın daxili işinə qarışa bilməz. Proseslərin qarşısını təxribatla almağı düşünürlərsə, yanılırlar. Hansısa təxribat Bakını planlarından çəkindirməyəcək.
- Separatçıların bu planlarını pozmaq mümkündürmü?
- Hitler Almaniyası 1939-cu ildə, Polşaya qarşı müharibədən əvvəl oxşar təxribat hazırlamışdı. Demək nasistlər Polşa hərbçilərinin geyimini geyinərək alman radiostansiyasına hücum edirlər. Bundan sonra bəyan edirlər ki, Polşa hərbçiləri Almaniyaya hücum etdilər. Bununla da Polşaya müdaxilə bəhanəsi yarandı. Güman ki, Qarabağdakı separatçı ermənilər nasistlər kimi düşünürlər. Tutaq ki, bir qrup erməni Azərbaycan hərbi paltarını geyinəcək, bir-iki erməni yaşayan kəndə hücum edəcək, bir-iki erməni öldürəcək. Sonra nə olacaq?! Bunlar nəyi dəyişəcək ki? Buna görə Rusiya bizimlə müharibə edəcək?! Əlbəttə, buna görə bəzi dairələrdən Azərbaycan əleyhinə bəyanatlar verilə bilər. Lakin bu bizim planlarımızdan çəkindirməyəcək.
Biz hansı erməninin hansı ermənini öldürəcəyini bilə-bilmərik, mane də ola bilmərik. Hazırda erməni yaşayan kəndlərə müdaxilə etmək imkanlarımız məhduddur. Özləri özlərini öldürə bilərlər, amma bu bəhanə olacaq. Əksinə, onların özlərinə ona görə ziyan edəcək ki, Azərbaycan antiterror əməliyyatını tezləşdirəcək. Çünki bir təxribat baş verirsə, ikinci də baş verəcək. Bunun qarşısını almaq üçün Azərbaycan hərəkətə keçəcək. Düzdür, bəzi ermənilər istəyirlər ki, toqquşma olsun. Amma anlamırlar ki, toqquşmada qazanacaqları heç nə yoxdur, əksinə, olan-qalanlarını da itirəcəklər.