Arayik bizə vaxt qoymuşdu... O DA BİTDİ: İndi nə qələt edəcək? - HƏQİQƏTƏN DƏ...Araikin “bir həftəlik” şantajının vaxtı bu gün bitdi: iyulun 17-də elan etmişdi ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda (ordumuzun mövqelərinə qarşı) daha sərt tədbirlərə əl atacağıq;

Separatçıların başçısı bu gün növbəti müraciətini yayıb, “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam rolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib.

Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər.

Əliyev isə Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib və “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub.

Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil, lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq.

Asif Nərimanlı
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti