![]() |
|
Qarabağdakı erməni icması bir yandan üzləşdikləri “blokada”, “humanitar fəlakət”lə üzləşdiklərini bəyan edərək dünyaya haray-həşir salırlar, bir yandan isə eyş-işrətlərindən geri qalmırlar. Necə “blokada” və ya “humanitar fəlakətlə” üzləşməkdir ki, erməni icması istər Xankəndidə, istərsə də rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan turistik məkanlarda istirahət edirlər. Bununla yanaşı, dəbdəbəli toy şənlikləri də keçirirlər.
“Növbəti belə bir dəbdəbəli toy mərasimi Xankəndidə düzənlənib. Özünü irredentislətin “prezidentinin müşaviri” elan edən David Babayan öz Facebook səhifəsində bu barədə yazıb:
“Qarabağda yeni və gözəl ailə quruldu. Belə bir dövrdə yeni ailənin doğulması xüsusi əhəmiyyət kəsb edir. Hər cəhətdən bu gözəl ailənin xaç atası olmaq mənim üçün böyük şərəfdir. Xoşbəxt olun, əzizlərim, sizə uzun ömür, güc və sağlamlıq, səbr və sevgi arzu edirəm”.
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər.
Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıblar.
Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. Onun dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.
Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.
T.Aslanovanın vəkili Emin Kiçibəyov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.
Qarabağda separatçı erməniləri qızışdıran, davamlı olaraq təxribatçı çıxışları ilə diqqət mərkəzində olan Rusiyanın kuklası Ruben Vardanyan bölgədə yaşayan ermənilərə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə o, Qarabağda qalmaqdan və kilsə tikməkdən danışıb.
O özünün Teleqram kanalında yazıb ki, kilsə tikmək lazımdır. “Heç nə etmək mümkün olmayan kimi görünəndə nə edirsiniz? Məbədlər tikin! Benzin yoxdu? At sürəcəyik, gəzəcəyik. Əlaqə yoxdur? Gəlin kağız üzərində məktublar yazaq. Yemək olmasa, son çörəyi də bir-birimizlə bölüşəcəyik. Biz daha güclü olmağı bilirik. Oksigen olmasa belə, biz burada qalacağıq”.
Vardanyan bildirib ki, onlar Qarabağda yeni kilsə tikməyi qərarlaşdırıblar: “Bu gün biz qərara gəldik ki, 7-ci əsrdə əsası qoyulmuş Müqəddəs Hakobavank məbədini bərpa edək. Çılpaq əllərlə, əcdadlarımızın etdiyi kimi – avadanlıqsız, yanacaqsız, mövcud ənənəvi materiallardan. Bütün insanlar – hər birindən qabiliyyətinə görə. Biz müqəddəs Akobavankın ruhani keşiş Ovannes Hovhannisyanla razılaşdıq ki, hamını bu işdə iştirak etməyə çağıracağıq. Bu tikintidə hər kəsin yeri olacaq. Biz ziyarətgahlarımızdan inanılmaz güc alırıq. Bunlar bizim kökümüzdür! Budur əcdadlarımızın ruhu, burada bizim həyat gücümüz, burada hər şeyimiz var. Bu bizim torpağımızdır, bura bizim havamızdır! Bunlar bizim dağlarımızdır! Məbədlər və yollar tikəcəyik, uşaqları böyüdəcək və öyrədəcəyik. Biz burada yaşayacağıq! Qarabağı sona qədər müdafiə edəcəyik! Monastırın bərpası ilə bağlı işlərə iyulun 28-də başlanacaq. Hər kəsi Stepanakertdəki Bizim Dağlar Mərkəzində (David Sasuntsi 2) gözləyirik”.
P.S. Vardanyan ənənəvi erməni nağıllarından daha birini danışıb. O, yenə də erməniləri anlaşmaya, Azərbaycanın tərkibində yaşamağa yox, təxribata çağırıb. Elə zənn edir ki, kilsə tikməklə, belə davranışlarla nəsə əldə edəcəklər. Bu sarsaq deyir ki, Qarabağ üçün mübarizə aparacaqlar. Nəynən? Hansı güclə və imkanla? Bu qədər sarsaqlığı yerə qoyub, ağıllı başla düşünsəydi, indi nə bu problemlər var idi, nə də bir erməninin belə burunu qanamamışdı. Görünür, Vardanyan Kremldəki havadarlarının əli ilə bir qədər də erməni qanı tökməyi qarşısına məqsəd qoyub.
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
***
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hərbi sursatın partlaması nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.
Şirvan şəhər, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili Cavanşir Məmmədov və ailə üzlərinin 40 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsili bilmir, əksinə zərərçəkmiş olduğunu bildirir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci( dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 25-nə təyin edilib.
Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın şikayətçidirlər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə polkovnik 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib.
Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonunadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Salyanda baş verən qəzada ölənin şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, yol qəzasında həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.
“Report”un məlumatına görə, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.
1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə anonslar edilir.
Yəni bir neçə separatçı erməni öldürülür və cinayəti Azərbaycan tərəfinə atmaq üçün erməni təbliğat maşını ənənəvi qaydada işə düşür.