Və sadəcə təhsil sektorunda deyil, bütün sahələrdə dövlət ciddi təmizlik etməlidir…
İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana xarici mediada “mücahid” iftirasını atan da, Türkiyə-Azərbaycan arasında zaman-zaman səpilən nifaq toxumunun da arxasında FETÖ vardı…
Unutmayaq ki, qarşımızda klassik terror təşkilatı deyil, böyük agentura şəbəkəsi var və onların Azərbaycanla bağlı imamlarından olan Kamal Öksüzün ilk qaçdığı yer Ermənistan olmuşdu. Necə ki, Türkiyə ilə Azərbaycan arasında çox gizli sirrləri ifşa edən “Ergenekon” prokuroru Zekeriyya Özün də ilk qaçdığı ölkə Gürcüstan üzərindən Ermənistan idi.
Və hansısa məmurun təyinatının altındakı imza onun təmiz olduğu və ya qalacağı anlamına gəlmir…
Biz dövlətimizin yanındayıq və bu yöndə əməliyyatların daha da dərinləşməsini, ancaq sırf FETÖ tərəfindən etibarsızlaşdırılmaması üçün diqqətli olunması tərəfdarıyıq…