![]() |
|
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən ümumilikdə 44 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, həmin şəxslərdən 36-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
İyulun 13-ü saat 22:35-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələrindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, iyulun 14-ü saat 01:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.
Qeyd olunan istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatında “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
“Unikal” xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Ziya Kazımovun da adı əsassız olaraq hallanan işlə bağlı aparılan məhkəmə istintaqı gedir.
Məlumat üçün bildirək ki, Z.Kazımov böhtan atılaraq günahsız istintaqa cəlb olunub, həbs edilmişdi. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar sübut edir ki, Z.Kazımovun “Tərtər işi” adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamlar tamamilə əsassızdır.
Onu da qeyd edək ki, bir müddət öncə Z.Kazımovun ailəsi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, polkovnik-leytenant Kazımova böhtan atılaraq həbs olunub. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadan həbsdə saxlanılır. Müraciətdən sonra onun keçdiyi döyüş yolu, yüksək peşəkar xidməti və təqsirsizliyi nəzərə alınaraq azadlığa buraxılmışdı. Belə ki, 2021-ci il 24 fevral tarixində Z.Kazımovun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib, barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Bundan sonra polkovnik-leytenant Kazımov xidmətə qayıdıb və hazırda da öz işini davam etdirir.
Məhkəmə prosesi barədə “Unikal”a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov qeyd edib ki, ümumilikdə 90 nəfərdən çox şahid ifadə verərək müvəkkilinin təqsirsiz olduğunu bildiriblər: “62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil etsin. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni, bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik”.
Daxili İşlər Nazirliyinə sosial şəbəkələrdə Azərbaycan Respublikasının vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, bu məlumatlar dərhal nəzarətə götürülüb.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “Telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq, dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib.
Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekaçu Benedikt və Emere Onyebuçi Xristiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.
Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları “Philips Tomas Ben” və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər.
Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.
“Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - dəyə nazirliyinin məlumatında deyilir.
Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.
Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən hər hansında çəkilməyib.
İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən bildirilib.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-in məlumatında qeyd edilib.
Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Belə ki, DTX ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.
Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.