Bakıda planlaşdırılan terrorda İran izləri - VİDEOİyulun 10-da paytaxt Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşı həbs edildi.

Əməliyyatı keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilirdi ki, saxlanılan şəxs 1990-cı il təvəllüdlü Favzan Musa Xan adlı şəxsdir.

Onun Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq gördüyünə dair məlumat əldə edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX-nin yaydığı məlumatda həmçinin qeyd olunurdu ki, Favzan Musa Xan üçüncü ölkənin Bakıdakı səfirliyinə terror aktı törətməkdə şübhəli bilinir.

Lakin Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsin hansı xarici ölkənin səfirliyini hədəf aldığını birbaşa açıqlamamışdı. Yayılan görüntülərə isə cinayətə hazırlıq görən şəxsin İsrailin Bakıdakı səfirliyinin yaxınlığında həbs olunduğu əks olunub.

İsrailin “i24 news” xəbər kanalında dərc edilən yazıda müəllif iddia edir ki, hazırlanan bu cinayətdə İran dəst-xətti aydın görünür.

“İranın birbaşa iştirakını göstərən əsas ipucu Favzan Musa Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) minlərlə əfqanı Suriyadakı vətəndaş müharibəsinə cəlb edib, müxtəlif birlikləri əvvəl təlimatlandırıb, sonra isə silahlandıraraq Yaxın Şərqdəki qaynar nöqtələrə göndərib”, - yazıda qeyd olunur.
Müəllif xatırladır ki, əfqanlardan təşkil edilən “Fatimiyyun” hərbi birləşməsi Suriyada və Livanda İranın əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib.

“Əməkdaşlığa cəlb edilən şəxslər əsasən iqtisadi məhrumiyyətlər yaşayan və dini fanatizmə meyilli insanlar olur”, - iddia da bildirilir.

Yazıda Azərbaycan ərazisində İsrailə qarşı planlaşdırılan bir neçə terrora cəhd faktları da sadalanır.

“Xatırlayırsınızsa, hələ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Azərbaycanın şimalında Rusiyanın icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasına (RLS) hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı Livan vətəndaşları olublar.

Həmçinin 2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar törətmək üçün silah və partlayıcı maddələr gətirən üç terrorçu həbs edilmişdi. Aparılan araşdırmalar nəticəsində saxlanılanlardan birinin İran vətəndaşı olduğu sübuta yetirilmişdi.

Beləliklə, zəncirin halqalarını birləşdirərkən cinayətin İranın xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığı şübhə doğurmur”, - müəllif vurğulayır.


23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti