![]() |
|
Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
- Ziya Bünyadov prospekti – (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq – əsas yol, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq var.
- Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq var.
- Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
- Heydər Əliyev prospekti – əsas yol və köməkçi yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıq var.
Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-22° isti olacaq.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.
Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
“Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşlar sertifikatını //kabinet.its.gov.az/ yükləyə bilər.
Artıq ötən gündən bəri saytda problem yarandığından giriş etmək mümkün deyil.
//kabinet.its.gov.az/ vasitəsilə “Əks göstəriş sertifikat”ı ilə yanaşı COVID pasportu və ya immunitet serifikatını yükləmək mümkündür.
Lakin yaranmış problemə görə, vətəndaşlar hər üç xidmətdən istifadə edə bilmir.
İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirlib ki, xüsusilə son günlərdə portala daxil olmaq istəyən vətəndaşların sayı çox olduğundan yüklənmə yaranıb:
“Gün ərzində problemin aradan qaldırılması nəzərdə tutulur” – açıqlamada bildirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.
Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, "Əks göstəriş sertifikatı" ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar //kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.
Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı verilir.
Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:
• "Android"
• "iOS"
Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.
Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) “Mu” adlandırıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
May ayından etibarən Domikanın böyük şəhəri olan Santo Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində “Mu” ştammına yoluxma halları aşkarlanıb.
Rəsmi məlumatlara görə, 10.84 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doz vaksin alıb.
Sentyabrın 02-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
Yol-xeber.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin sosial şəbəkə istifadəçilərinə etdiyi xəbərdarlıqda deyilir.
"Bu sizin hesab və səhifənizin oğurlanması üçün "phishing” hücumudur. Belə hallarla üzləşdiyinizdə həmin səhifəni şikayət edin, posta onun saxta olması ilə bağlı şərh yazın və eləcə də öz adınızı postdan "untag” (işarələməni silmək) edin”, - deyə məlumatda qeyd edilir.