AZCON Holding-in tərkibində fəaliyyət göstərən ADY-nin sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.
“Yol-xeber.az” xəbər verir ki, Görüşdə Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər Pakistan–Əfqanıstan–Türkmənistan–Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili ilə yük dövriyyəsinin artırılması, eləcə də beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.