![]() |
|
Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,
bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
“Bütün ticarət obyektlərinin qarşısına polisin qoyulması nəzərdə tutulmur. Bu iş həmin sahibkara tapşırılacaq”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, monitorinq qrupları həmin yerlərdə monitorinqlər keçirəcəklər:
“Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək”.
“İctimai nəqliyyatda tibbi maskalardan istifadə edilməmə halları var”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
DİN sözçüsü vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib:
“Sürücülərin hər birinə tibbi maskadan istifadə ilə bağlı təlimatlar versinlər. Tibbi maskadan istifadə etməyənlər həmin avtobusa buraxılmasınlar. Vətəndaşlarımız isə tibbi maska istifadə etmədən avtobusa daxil olmasınlar”.
“Həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi aktivliyi aşağı salmaqdır. Sentyabra qədər hələ vaxt var”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq bununla bağlı hər hansı qərar qəbul oluna bilər.
“Təhsil müsəssisələrindəi əyani tədris başlayacaq. Bu monitorinq qruplarına təhsil nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və digər qurumların əməkdaşları cəlb olunacaq”.
Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib:
“Tədrisə cəlb olunan tələbələr hansısa formada universitet və təhsil müəssisəsininə yoxnalımadan, 18 yaşdan yuxarı şəxslər COVID pasportu olmadan daxil olarsa, onların hansısa formada inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmayıb. Ancaq bu məsuliyyəti həmin təhsil müəsisəsinin rəhbərliyi və yoxlayan şəxslər daşıyacaq”.
“Heç bir vaksinin effektivliyi 100% deyil”
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib. O bildirib ki, hər zaman burada bəlli bir faiz nisbəti olur:
“Bu gün Azərbaycanda istifadə etdiyimiz vaksinlərin üffüktivliyi Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) qoyduğu standartlara uyğundur”.
“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:
“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.
DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yxodur".