![]() |
|
Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
Bu barədə ƏƏSMN-dən bildirilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
"Yol-xeber.az" bildirir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.
Aşura İmam Hüseynin və ailəsinin Miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlif Yezidin sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Həmin tarix Azərbaycanda hüzn günü kimi qeyd edilir.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınacaq.
Bu il keçiriləcək mərasimlərlə bağlı QMİ tərəfindən bildiriliş verilib:
“Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.
"Yol-xeber.az"ın məlumatına görə, söhbət Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dənizkənarı restoranlardan gedır.
Vətəndaşlar deyir ki, adam dəniz kənarına ailəsi ilə getməyə peşman olur. Adi bir çayı 40 manatdan aşağı vermirlər. Etiraz edəndə isə sadəcə "yer yoxdur" deməklə kifayətlənirlər.
Boş olan yerləri göstərəndə isə deyirlər ki, bunlar depozitlidir.
Məsələ ilə bağlı "XəzərXəbər" olaraq həmin restoranlarda olduq. İnzibatçılar faktı təsdiq etsələr də, buna özlərinə məxsus şəkildə haqq qazandırmağa çalışdılar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, dəniz kənarlarında vətəndaşlara qarşı edilən haqsızlıq tam olaraq araşdırlacaq. Ümumiyyətlə, qiymətlərə tam olaraq İqtisadiyyat Nazirliyi nəzarət edir. Ancaq yerli qrum olaraq, aidiyyəti təşkilatların da iştirakı ilə restoranlarda monitorinqlər təşkil ediləcək. Bu kimi hallara yol verən restoran sahibləri ciddi cəzalandırılacaq.
Xəzər xəbərin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.
Yol-xeber.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində qeyd olunub.
Bildirilir ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub: "İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür".
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən "Yol-xeber.az"a verilən birgə məlumata görə, "Əks göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikat"ı veriləcək.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı məlumatda qeyd olunub ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.
Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosesi boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində çox güclü sıxlıq müşahidə olunur).
Qara Qarayev prospekti – Əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində) sıxlıqdır.
Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol) sıxlıqdır.
Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıqdır.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur).
"Yol-xeber.az" turan.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.
Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan kolonları keçir.
Əməkdaş Qarabağa uzun sürən ezamiyyətdən qayıdıb, Qubadlı, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərindən keçib.
Razılaşmaya əsasən erməni avtokolonları sülhməramlıların müşayiətilə Laçın yolu ilə Ermənistana həftənin tək günləri, azərbaycanlı kolonlar isə cüt günlər keçir. Azərbaycanlılar bu qrafikə ciddi əməl edir, ancaq ermənilər bu yolla həftənin bütün günləri gedirlər. Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri erməni sürücülər Azərbaycan kolonlarının səhər saat 9:00-da şimaldan cənuba, axşam saat 16:00-da isə cənubdan şimala gedəcəyini gözləyirlər və bu vaxt aralığında hərəkət edirlər, - mənbə bildirib.
O əlavə edib ki, azərbaycanlı və erməni sürücülər rusların tələbi ilə avtomobillərdən milli bayraqları çıxarırlar. Sülhməramlılar deyirlər ki, bu, ona görə edilir ki, yerli əhali onların hərəkətinə mane olmasın. Əvvəllər yol kənarlarında duran mülki şəxslərin avtomobilləri daşa basması halları olub.
Azərbaycan güc strukturunun zabiti Laçında ancaq Rusiya bayraqlarını görüb. O, rusiyalı hərbçilərlə söhbət edib. Rusiyalı öz təəssüratlarını bölüşüb, deyib ki, azərbaycanlılarla söhbətlərdə dinc həyatın vacibliyi barədə mülahizələr eşidir. Rusiyalılarla açıq danışan ermənilər isə türkləri necə öldürdüklərindən həvəslə danışırlar.
Rusiya Silahlı Qüvvələrinin bu sülhməramlısı hesab edir ki, Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək.
Rayonun coğrafi xüsusiyyətlərindən asılı olaraq sülhyaratma postlarının və patrulların sxemi fərqlənir. Əgər dağların yüksək olmadığı Ağdamda (Şelli kəndi ərazisində) rusların mobil patrulları Azərbaycan və Ermənistan hərbi postları arasında hərəkət edirsə, Laçında və Qubadlıda belə şey mümkün deyil. Münaqişə tərəflərinin postları dağların yamaclarında və ya silsilələrində yerləşir, onların arasında rusların patrul çəkməsi üçün yol yoxdur və müharibə edən orduların əsgərləri bir-birinin qarşısında dayanırlar.
Həmsöhbətimiz Kəlbəcərdə çoxlu azərbaycanlı fermer görüb. Onlar özlərinə məxsus kənd təsərrüfatı heyvanları sürüsü və arı pətəklərinin yaxınlığında çadırlarda yaşayırlar.
Yol-xeber.az” xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.
Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.