![]() |
|
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur".
"Yol-xeber.az" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər:
"Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib Ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və "fake news" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.
Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xalq-Ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək Orduya dəstək olmağa çağırırıq".
31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş vermiş və yanğınla əlaqədar yerində araşdırma aparılmışdır.
Yol-xeber.az zəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.
Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunmuşdur.
Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranmış və bu da haqlı narazılığa səbəb olmuşdur.
Aparılan ölçmələr zamanı müəyyən olmuşdur ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəymişdir. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə olunmuşdur.
Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.
"Yol-xeber.az" xəbər verir ki, Kamil Dünyamalıyev 19.05.2015-ci ildə Binəqədidə baş verən yanğın zamanı yanan binadan körpəni xilas edibmiş.
Kamil Dünyamalıyevin 2015-ci ildə Space TV-də yayımlanan kadrlarını təqdim edirik:
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Suraxanı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Analoji tədbir paytaxtəın Binəqədi rayonunda da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı xeyli sayda pandemiya qaydalarına əməl etməyən şəxslər aşkar edib və onlarla profilaktik söhbətlər aparıblar. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlarımızdan bir daha xahiş və tələb edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
Deputat Eldəniz Səlimovun həbs edilməsi atasından gizlədilir.
Yol-xeber.az xəbər verir ki, bu barədə məlumatı Bakupost.az -a ailəyə yaxın şəxslər verib. Bildirilib ki, atası Adil Səlimov xeyli müddətdir ağır yataq xəstəsidir, müalicə alır. Onun bir neçə dəfə insult keçirdiyi bildirilir. Səhhətinin ağırlığını nəzərə alıb, baş verən hadisə haqda ona məlumat vermirlər.
Mənbə Eldəniz Səlimovun özünün də qan-damar xəstəliklərindən əziyyət çəkdiyini bildirib. Məlumata görə, o, bir neçə il əvvəl qəfildən infarkt keçirib və ürək damarlarına stend qoyulub.
Eldəniz Səlimovun atasının uzun müddət ağır xəstəlikdən əziyyət çəkməsi, yataq xəstəsi olması xəbəri bəzi suallar doğurur.
Məlum olduğu kimi, ötən ay E.Səlimovun şirkət sahibi olan atası Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Onun Xaçmaz rayonunun Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə "Qərb Ekol" şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərini kəsdirdiyi, təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan vurduğu aşkarlanmışdı. Ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilmişdi. Bununla bağlı Eldəniz Səlimov açıqlamasında demişdi ki, məsələyə onun aidiyyəti yoxdur. Onun açıqlamasından belə qənaətə gəlmək olurdu ki, atasının işinə qarışmır.
Atasının isə hansısa şirkətə sahiblik etmək, meşə qırdırmaq imkanı yox imiş, səhhəti buna imkan vermirmiş. Onda Adil Səlimovun adıyla bu işləri kimlər görüb? Bu işlərin başında Eldəniz Səlimovdan başqa kim ola bilər?
Hər halda bu məsələdə xeyli maraqlı suallar açıq qalır.
Qeyd edək ki, polisi döydüyü üçün Eldəniz Səlimovun deputat toxunulmazlığına ötən gün xitam verilib və o, həbs olunub. Qərardan dərhal sonra Eldəniz Səlimov hakim qarşısına çıxarılıb və 3 aylıq həbs olunub.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
General Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.
"Yol-xeber.az" sfera.az-a istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda general-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.
"Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət uşaq əyləncə mərkəzləri, kinoteartlar, hamamlar və oyun zallarından gedir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronovirusla mübarizə sahəsinə öz töhvəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.
Millət vəkilinin fikrincə, adı çəkilən sahələrə icazə verildikdən sonra bir müddət xüsusi nəzarətdə saxlanılmalıdır. Amma yoluxma sayı bu sahələrə görə artarsa, məhdudlaşdırıcı addımlar atılmalıdır.
Vətəndaşlar isə ümid edirlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri yenidən nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
“TRT Haber” bildirir ki, FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb.
“Anadolu” agentliyi isə yanğınsöndürənlərimizin bəzilərindən müsahibə alıb.
FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir.
“Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, - deyə Kamil qeyd edib.
Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb.
“Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, - deyə əlavə edib.