![]() |
|
“DOST mərkəzlərində xidmətlərin çeşidləri, eyni zamanda keyfiyyətinin daim aparılması üzrə iş aparılacaq”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir söyləyib ki, artıq virtual DOST aplikasiyası da hazırlanır:
“Cari ilin son rübündə artıq o da istifadəyə veriləcək. Virtual DOST aplikasiyası faktiki olaraq internet üzərində işləyən və mobil telefona aplikasiya yükləyən, smartfondan istifadə edən insanlar hər hansı bir mərkəzə getmədən onlayn qaydada həmin DOST xidmətlərini almaq imkanı yaradacaq. Onlar müraciət edəcəklər, elektron növbəyə alınacaqlar, növbəsi çatan kimi sosial agentlərimiz tərəfindən ya onlayn qaydada, ya da çağrı mərkəzi vasitəsilə onlara xidmət göstəriləcək. Yekunda onlar xidmət səviyyəsini qiymətləndirəcəklər. Onun üzərindən də bu xidmətlər göstəriləcək”.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Yol-xeber.az"a bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanları üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:
1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:
1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar.
1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
2. Təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.
3. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xəstəsi daimi qulluq tələb edən ailələr, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınacaqdır.
4. Vətən Müharibəsi Qəhrəmanları olmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcəkdir.
5. Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı ödənişdən azad edilirlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.
Sumqayıtda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love Palace” restoranlarında qanunvericiliyini tələblərinin pozulduğu məlum olub. Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.
Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalına yeni baş həkim təyin edilib.
Qaynarinfo məlumatına görə, bu vəzifəyə həkim Kamal Əliyev təyin olunub.
Qeyd edək ki, bu ilin aprel ayında rüşvət alma maddəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs edilib.
Dövlət Statistika Komitəsindən "Yol-xeber.az"a verilən məlumata görə, 2021-ci il 01 iyun vəziyyətinə Azərbaycan əhalisinin sayı 10 milyon 135,3 min nəfər təşkil edib.
Ötən illə müqayisədə əhalinin sayında 0,3 faiz artım müşahidə edilib.
"Bu il yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.
Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, bu il 33 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.
Məlumat üçün bildirək ki, bu ilin ilk dörd ayında Polad adı 99 körpəyə, Xudayar adı isə 18 körpəyə verilmişdi. Beləliklə, son iki ay yarım ərzində Polad adı daha 55 uşağa, Xudayar adı isə daha 15 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.
Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Bu ilin iyulun 14-də Polad Həşimovun şəhid olmasından bir il ötüb. Ötən gün Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.
Xudayar adı isə Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyulun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Xatırladaq ki, bu gün X.Yusifzadənin doğum günüdür.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-24 isti, gündüz 29-34 isti, Bakıda gecə 22-24 isti, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 19-24 dərəcə isti olacaq.
"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, bu ştammın Azərbaycanda aşkarlanacağı bilinirdi:
“Bu ştamm daha yoluxucudur. Buna görə daha çox insanı xəstə edə bilər. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır".
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məllumat verib.
O bildirib ki, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.
Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.
Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.