![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir: "Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir".
Yol-xeber.az xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.
O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:
“80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.
Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.
"Bu sözləri Oxu.Az-a sosial şəbəkələrdə paylaşılan bir foto ilə hər kəsin diqqətini özünə çəkən Şövkət Əliyeva deyib. Sosial şəbəkələrdə xanımın intihara hazırlaşdığına dair bir çox məlumatlar paylaşıldı. Məsələni dəqiqləşdirmək üçün Şövkət Əliyeva ilə əlaqə saxladıq.
Hər tezdən qızı ilə küçələri süpürərək bir qarnı ac, bir qarnı tox dolanan Ş.Əliyeva deyir ki, işsizlikdən bu fikirə düşüb:
“Heç kimdən şikayətçi deyiləm. Zülm çəksəm də işim var idi. Amma hazırki vəziyyətim, əvvəlki halımdan qat-qat ağırdır. Ağır olsa da işim vardı. İndi işimdən də olmuşam. Nə işim var, nə də dolanışığım. Bir çox qurumla əlaqə saxladılar, köməklik göstərəcəklərini dedilər, lakin heç kim köməklik göstərmədi. Ancaq təsəlli verirlər. Çox yorulmuşam, artıq tək çıxış yolunu intiharda görürəm. Sığınacaqda, eləcə də əhalinin göndərdiyi yardımlara görə minnətdaram. Amma bu yardımlar bu gün var, sabah yoxdur. Mən uşağımı xalqdan gələn yardımlarla saxlaya bilmərəm. Evim yaman gündədir. Borc ala-ala özümə bir daxma düzəldirdim, indi onu da edə bilmirəm. Borc sahibləri qapıma dayanıb, təhqir edirlər. Haqlı olaraq pullarını istəyirlər. Əlimdən heç nə gəlmir, artıq çox yorulmuşam. Artıq tək çıxış yolu kimi intihar etməyi düşünürəm”.
Xatırladaq ki, söhbət hər gün sübh tezdən qızı Ayan ilə küçələri süpürən və bir gün fotoqraf Nuran Məmmədovun kamerasına tuş gələrək insanların diqqətini özünə çəkən ana ilə balaca qızından gedir.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən "Yol-xeber.az"a bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhəsində Vətən Müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkilləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzüblər.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək xalqımızn ədalət və haqq savaşında tarixi Zəfərinin əldə edilməsində misilsiz fədakarlıq göstərib, ölkəmizin ərazi bütövlüyü, müqəddəs sərhədlərimizin işğaldan azad olunması uğrunda canlarından keçərək bizlərə sonsuz qürur hissi yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin minnətdarlıqla yad edildiyini qeyd edib.
Tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə bitmiş Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğurla icra etmələri vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasının şəhidlərin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından müstəsna əhəmiyyət kəsb etməsi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan sərhədçilərinin xidmətlərinin xüsusi qiymətləndirilməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanaraq müqəddəs savaşda sinələrini sipər etmiş bütün qəhrəmanların əziz xatirələrinin daim uca tutulacağı, onların şücaətinin gələcək nəsillər tərəfindən xalqımızın əzmkarlıq, fədakarlıq salnaməsi kimi vəsf olunacağı qeyd edilib.
Tədbirin sonunda Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib.
"Yol-xeber.az" xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib.
Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
“Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”.
“Yol-xeber.az” xəbər verir ki, bu fikirlər Böyük Britniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə sübut ediyi əksəriyyət tərəfindən qəbul olunur: “Qarabağdakı əməliyyatlarda “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus yüksək dəyərli hərbi obyektlərin və canlı qüvvənin yerini dəqiq müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə edilib”.
Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 500-dən çox hərbi hədəfi məhv edib.
Azərbaycanda bir sıra tibb müəssisələri birləşdirilib.
"Yol-xeber.az" xəbər verir ki, həmin xəstəxanalar yenidən təşkil olunub.
Belə ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs "21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.
Xatırladaq ki, bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib.
Daha əvvəl isə Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən təşkil olunub.
Vətən Müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edən Aqşin Əlizadənin səhhətinə problem yaranıb.
Anası Yeksarə Səfərova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü Əlizadə Aqşin Eyvaz oğlu hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının “N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə keçib və leytenant hərbi rütbəsi alıb.
A.Əlizadə 2020-ci il sentyabrın 21-dən təlimlərə cəlb olunub, sentyabrın 27-dən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda zabit kimi döyüşlərə qatılıb.
Yanvarın əvvəllərində hərbi xidmətdən tərxis olunduqdan sonra onun üzü, əlləri, ayaqlarının şişmiş vəziyyətdə olduğu aşkar olunub. Həkimə müraciət etdikdən sonra ona kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlum olub ki, soyuqlamadan sonra 2-3 ay ərzində müdaxilə olmadığına görə böyrəkləri tamamən sıradan çıxıb.
Həkimlər Aqşin Əlizadəyə böyrək köçürülməli olduğunu bildirib, atası və anası donor olmaq üçün müraciət ediblər.
Y.Səfərova qeyd edir ki, Aqşinin atasının səhhətində bəzi problemlər olduğuna görə onun böyrəyinin köçürülməsinə qərar verilib: “Analizlərə 4-5 min manatdan çox xərcimiz çıxdı. İndi 12 min manat təşkil edən əməliyyat xərcini ödəyə bilmirik. Daha sonra dövlət rəhbərliyinə, Prezidentimizə və onun xanımı hörmətli Mehriban Əliyevaya müraciət etdik. Çox sağ olsunlar, əməliyyat xərcinin ödənməsi üçün vəsait ayrılmasına göstəriş verdilər. Buna görə bir ömür boyu onlara borcluyuq. Mənim böyrəyim oğluma köçürüldükdən sonra Aqşində temperatur yüksəldi, ishal, qusma başladı. Analizlər etdikdə qanından kreatinin normadan çox yüksək olduğu aydınlaşdı. Uzun müddət oğluma evdə müalicələr təyin olundu. May ayının əvvəllərində vəziyyəti kəskinləşdi, koronavirusa yoluxdu, sağaldıqdan sonra yenidən temperaturu yüksəlməyə başladı, iştahsızlıq, ishal yarandı”.
A.Əlizadənin anası bildirir ki, bu dəfə də müalicəyə 4 min manat xərc çıxandan sonra pulları bitdiyi üçün onu evə gətiriblər: “Bu dəfə bütün bəlaların üstünə qan azlığı da əlavə olundu. İndi yenidən məcburən Mərkəzi Klinik Xəstəxanaya yatırmışıq, gündə bir dənə iynəsinə 800 manat ödəyirik. Son bir ayda 10 min manata yaxın xərcimiz çıxıb. Artıq bütün imkanlarımız tükənib, borc alınması mümkün olan hər kəsdən borc almışıq. Yoldaşım da, mən də müəllimlik qazancımızla gündə min manata yaxın xəstəxana xərclərini qarşılamaq mümkün deyil.
İndi də oğluma qoyulan böyrəyin ayrılmasından qorxuruq. Buna görə də Aqşini Türkiyəyə aparıb, orada müayinə etdirmək istəyirik. Amma əlimizdə heç nə qalmayıb. Ümidimiz yenə də dövlətimizə, xalqımızadır. İnanırıq ki, dövlətimiz, xeyirsevər xalqımız erməni gülləsinin yan keçən balamın əlimizdən getməsinə imkan verməyəcək”.
Aqşin Əlizadə Vətən Müharibəsində iştirakına görə “Döyüşlərdə fərqlənməyə görə” medalı və Fəxri fərmanla təltif olunub.
Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi nəqliyyat vasitələrində odsöndürənin olmaması problem yaradır.
Qeyd olunub ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyir ki, bəzi sürücülər texniki baxış zamanı başqasından odsöndürən alıb gedir. Sonra isə onu sahibinə qaytarır və yanğın baş verdikdə ağır nəticələr ortaya çıxır.
Nəqliyyat vasitəsində baş verən yanğının qarşısını tez almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Satıcılar bildirirlər ki, hazırda satışda əsasən yerli istehsal olan və Çindən idxal edilən məhsullar var. Çin istehsalı olan odsöndürənlər daha ucuz olduğu üçün alıcıların çoxu ona üstünlük verirlər. Köpüklü odsöndürənlər isə qiymətinə görə alıcıları cəlb edir.
Satıcılar odsöndürənlə bağlı diqqət edilməli məqamları da sadalayıblar.
Dövlət Yol Polisi sürücüləri hər hansı cərimə gözləmədən öz təhlükəsizliklərinin qeydinə qalmağa çağırır.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.