![]() |
|
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gundüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-118 mm) olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 29-34, bəzi günlərdə 35-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 mm) olacaq.
"Bu barədə o, yazıb:
“Çoxdan bəri Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını gözləyən hər kəs üçün çox yaxşı, pozitiv xəbər! Bu gün Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım və mənə bildirdilər ki, iki ay ərzində böyük həmyerlimizin abidəsi planlaşdırıldığı yerdə - İçəri Şəhar metro stansiyasının yaxınlığında ucaldılacaq. Görkəmli azərbaycanlı, xeyriyyəçi və vətənpərvər Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə sayğı göstərən və hörmət edənləri bu gözəl xəbər münasibətilə təbrik edirəm!”, - deyə B.Bağırzadə qeyd edib.
Həmçinin o, abidənin açılışının böyük tarixi və mədəni hadisə olduğunu vurğulayıb.
Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq
Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:
- Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;
- İyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
Toy mərasimlərinin keçiriləcəyi şadlıq evləri ilə bağlı tələblər
- şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.
- keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;
- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;
- sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaq;
50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylarda COVID-19 pasportu tələb olunmayacaq
50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.
Tibbi maska tələbi və açıq havada toy
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska tələbi mütləqdir. Amma 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur. DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil.
O həmçinin vurğulayıb ki, açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər.
Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək
İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.
Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.
Müdafiə Nazirliyi Füzuli rayonunun Musabəyli kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" görüntüləri təqdim edir:
“Yol-xeber.az”ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə daha bir qrup hərbi qulluqçu təltif edilib.
Onların arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 78 əməkdaşı da var.
Təltif edilən dəmiryolçuların siyahısı aşağıda təqdim olunub. 2020-ci ilin dekabr ayında təltif edilən dəmiryolçuların siyahısı ilə isə burada tanış olmaq olar: https://ady.az/index.php?/az/news/read/1847/43
Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin 199 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 125 nəfər müxtəlif medallarla təltif edilib.
Fəxrəddin Bünyatov |
Maliyyə və iqtisadiyyat idarəsi. Mühasib. |
"Cəbrayılın azad olunmasına görə"; |
Tural Cəfərov |
İnformasiya texnologiyaları təhlükəsizliyi şöbəsi. Mütəxəssis. |
"Laçının azad olunmasına görə" |
Fərhad Abasov |
İnfrastruktur Departamenti. Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi. Mühasib. |
"Zəngilanın azad olunmasına görə"; |
Malid Qənbərov |
İnfrastruktur departamenti. Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsi. Keçid növbətçisi. |
“Cəsur döyüşçü” |
Ramil Adgözəlov |
İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı idarəsi. Akkumulyatorçu. |
"Xocavəndin azad olunmasına görə" |
Qaçay Süleymanov |
İnfrastruktur departmenti. Yol xidmətinin 13 nömrəli Yevlax yol sahəsi. Yol montyoru. |
“Cəbrayılın azad olunmasına görə” |
Rüfət Fərzəliyev |
İnfrastruktur departamenti. Təchizat bölməsi. Mütəxəssis. |
“Laçının azad olunmasına görə" |
Aydın Aydınlı |
İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin 2 saylı Şəmkir məntəqəsi. Keçid növbətçisi. |
“Suqovuşanın azad olunmasına görə" |
Fərid Məhərrəmov |
İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin 4 saylı Gəncə məntəqəsi. Texnik. |
“Suqovuşanın azad olunmasına görə" |
Tural Məmmədov |
İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Mingəçevir dartı yarımstansiyası. Böyük elektrik mexaniki. |
“Suqovuşanın azad olunmasına görə" |
Coşqun Əsgərzadə |
İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsinin 10 saylı Ağstafa elektrik şəbəkəsi. Böyük elektrik mexaniki. |
“Kəlbəcərin azad olunmasına görə" |
Zaur Sadıqov |
İnfrastruktur departamenti. Yol xidmətinin 8 nömrəli Saatlı yol sahəsinin 8 saylı Saracalar məntəqəsi. Yol montyoru. |
“Xocavəndin azad olunmasına görə" |
Hənif Heydərov |
İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı idarəsi. Gözətçi. |
“Suqovuşanın azad olunmasına görə" |
Abasağa Əsgərov |
İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsi. Elektrik montyoru. |
“Füzulinin azad olunmasına görə" |
Qadir Quluzadə |
İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Bərgüşad məntəqəsi. Keçid növbətçisi. |
“Ağdamın azad olunmasına görə" |
Rəşad Soltanov |
İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Sığırlı məntəqəsi. Keçid növbətçisi. |
“Cəsur döyüşçü” |
Elşən Hüseynov |
İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Ucar təmas şəbəkəsi. Elektrik montyoru. |
“Qubadlının azad olunmasına görə" |
Fərid Əliyev |
İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Bərgüşad məntəqəsi. Keçid növbətçisi. |
“Ağdamın azad olunmasına görə" |
Anar Müseyibov |
İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsi. Keçid növbətçisi |
“Qubadlının azad olunmasına görə" |
Şirxan Hüseynzadə |
İnfrastruktur departamenti. Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 11 saylı Astara məntəqəsi. Keçid növbətçisi. |
“Şuşanın azad olunmasına görə”; |
Tural Hüseynov |
İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 3 nömrəli Hacıqabul elektrik təchizatı sahəsi. Elektrik montyoru. |
“Qubadlının azad olunmasına görə" |
Əhliman Mahmudov |
İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsi. Yol montyoru. |
"Füzulinin azad olunmasına görə" |
Ələkbər İzmayılov |
İnfrastruktur departamenti. Motorlu-rels nəqliyyatı,maşın və mexanimlərin təmiri Yol Emalatxanası. Defektoskopiya üzrə şifrə oxuyan operator. |
"Qubadlının azad olunmasına görə" |
Emil Məmmədov |
İnfrastruktur departamenti. Motorlu-rels nəqliyyatı,maşın və mexanimlərin təmiri Yol Emalatxanası. Maşın kompleksinin maşinist köməkçisi. |
"Suqovuşanın azad olunmasına görə" |
Elmin Məmmədov |
İnfrastruktur departamenti. Yol xidmətinin 13 nömrəli Yevlax yol sahəsi. Keçid növbətçisi. |
"Cəbrayılının azad olunmasına görə" |
Təbriz Qafarov |
İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Keçid növbətçisi. |
"Xocavəndin azad olunmasına görə" |
Elton Hüseynov |
İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Operator köməkçisi. |
"Zəngilanın azad olunmasına görə"; |
Yasər Qaçayev |
İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Keçid növbətçisi. |
"Qubadlının azad olunmasına görə"; |
Mehman İmanov |
İnfrastruktur departamenti. İşarəvermə və rabitə xidmətinin 5 nömrəli Gəncə işarəvermə və rabitə sahəsi. Kabelçi-lehimləyici. |
"Füzulinin azad olunmasına görə" |
Rəhman Cavadlı |
İnfrastruktur departamenti. Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi. Magistral üzrə teplovoz maşinisti. |
"Cəbrayılın azad olunmasına görə" |
Elvin Baxışov |
İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı İdarəsi. Hidropnevmatika maşinisti. |
"Cəbrayılın azad olunmasına görə"; |
Ruslan Məlikov |
İnfrastruktur departamenti. İşarəvermə və rabitə xidmətinin 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi. Elektrik mexaniki. |
"Şuşanın azad olunmasına görə" |
Mahir Nəcəfov |
Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposunun Biləcəri texniki xidmət məntəqəsi. Vaqon baxıcısı təmirçisi. |
“Döyüşdə fərqlənməyə görə” |
Ruhin Hüseynov |
Yük daşımaları departamenti. Yük vaqonlarının təmiri xidmətinin Qərb vaqon təmiri deposunun Mexaniki, təmirtədarük və dəmirçi sexi. Gözətçi. |
“Kəlbəcərin azad olunmasına görə" |
Cəsarət Şahbazov |
Yük daşımaları departamenti. Salyan lokomotiv deposu. Çilingər. |
“Suqovuşanın azad olunmasına görə" |
Rüstəm Cəfərov |
Yük daşımaları departamenti. Salyan lokomotiv deposu. Çilingər. |
“Füzuli azad olunmasına görə" |
Aydın İsmayılov |
Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Gəncə manevr lokomotivlərinin |
“Kəlbəcərin azad olunmasına görə" |
Tural Qurbanov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin I sinif Böyük Kəsik sərhəd stansiyası. Yük və baqaj qəbul-təhvilçisi. |
“Kəlbəcərin azad olunmasına görə" |
Vüsal Bəybalabəyli |
Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin |
“Qubadlının azad olunmasına görə”; |
Şəmistan Abdullayev |
Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposu. Elektrik qaz qaynaqçısı-kəsici. |
"Qubadlının azad olunmasına görə" |
Xanlar Heydərov |
Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposu. Çilingər. |
"Xocavəndin olunmasına görə" |
Asim Əfəndiyev |
Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Qərb vaqon istismar deposu. Vaqon baxıcısı təmirçisi. |
"Zəngilanın azad olunmasına görə" |
Əhməd Qədirov |
Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin |
"Qubadlının azad olunmasına görə"; |
Kamran Məmmədov |
Yük daşımaları departamenti. I qrup Biləcəri lokomotiv deposu. Yanacaq aparatlarının təmiri üzrə çilingər. |
"Suqovuşanın azad olunmasına görə" |
İzzət Uğurluyev |
Yük daşımaları departamenti. I qrup Biləcəri lokomotiv deposu. Qəlib tökən. |
"Suqovuşanın azad olunmasına görə" |
Vüsal Hüseynov |
Yük daşımaları departamenti. II qrup Gəncə lokomotiv deposu. Elektrovoz maşinist köməkçisi. |
“Kəlbəcərin azad olunmasına görə” |
Ülvi Omarov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin I sinif Böyük Kəsik sərhəd stansiyası. Texnik. |
“Suqovuşanın azad olunmasına görə" |
Zaur Qasımov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin IV sinif Padar stansiyası. Stansiya növbətçisi. |
“Şuşanın azad olunmasına görə”; |
Elvin İsmayılov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Sinifdən kənar Keşlə stansiyası. Yoldəyişdirici postunun böyük növbətçisi. |
"Şuşanın azad olunmasına görə" |
Musa Məmmədov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin IV sinif Qızılca stansiyası. Yoldəyişdirici postunun növbətçisi. |
"Cəbrayılının azad olunmasına görə" |
Elşad Hacıyev |
Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Qərb vaqon istismar deposu. Böyük vaqon baxıcısı təmirçisi. |
“Cəbrayılın azad olunmasına görə” |
Pərviz Rəşidov |
Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Şimal sahəsinin II sinif Xaçmaz stansiyası. Stansiya rəisi. |
"Suqovuşanın azad olunmasına görə" |
Kənan Qarayusubov |
Sərnişin daşımaları departamenti. Sabunçu stansiyası. Briqadir. |
“Kəlbəcərin azad olunmasına görə” |
Elvin İbrahimov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
“Kəlbəcərin azad olunmasına görə” |
Sərxan Hüseynli |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Füzulinin azad olunmasına görə"; |
Xəyyam Çəndirov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Qarovul rəisi. |
“Kəlbəcərin azad olunmasına görə” |
Məti Mustafayev |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
“Hərbi xidmətlərə görə” |
Tural Təhməzli |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Böyük atıcı. |
“Qubadlının azad olunmasına görə” |
Vüsal Cəlilov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Qubadlının azad olunmasına görə"; |
Orxan Məmmədov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Füzulinin azad olunmasına görə" |
Anar Rəşidzadə |
Mühafizə departamenti. Yanğından mühafizə şöbəsi. Yanğınsöndürən. |
“Hərbi xidmətlərə görə” |
Nicat İsmayılov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Cəbrayılın azad olunmasına görə"; |
İlqar Qulamov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Cəbrayılın azad olunmasına görə"; |
Həbib Cabbarov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı. |
"Cəbrayılın azad olunmasına görə" |
Əhməd Süleymanov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı. |
“Kəlbəcərin azad olunmasına görə” |
Əliağa Əliağazadə |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı. |
"Füzulinin azad olunmasına görə" |
İlkin Hacıyev |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı. |
"Suqovuşanın azad olunmasına görə" |
Səddam Qaraməmmədli |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Sabiq qarovul rəisinin köməkçisi |
“Cəbrayılın azad olunmasına görə”; |
Səyyad Qəribov |
Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı |
"Ağdamın azad olunmasına görə" |
Röyal Ağayev |
“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Yoldəyişənlərin yığılması sahəsi. Sabiq yol montyoru. |
"Qubadlının azad olunmasına görə"; |
Şahin Məmmədov |
“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Yol təmiri briqadası. Yol montyoru. |
"Qubadlının azad olunmasına görə" |
Eşqin Məhəmmədəliyev |
"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Kürəkçay istehsalat sahəsi. Yol montyoru. |
“Qubadlının azad olunmasına görə" |
Anar Süleymanov |
"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Avtomobil sürücüsü. |
“Qubadlının azad olunmasına görə" |
Elnur Məmmədov |
"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Kürəkçay istehsalat sahəsi. Yol montyoru. |
"Laçının azad olunmasına görə" |
Amin Abasov |
"ADY Ekspress" MMC, Şərq vaqon deposu. Təkər cütlərinin diyirlənmə səthinin yonulması üzrə sabiq tornaçısı. |
"Laçının azad olunmasına görə" |
Elman Hacıbabayev |
“Dəmiryolservis” MMC. 1 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi. Sabiq yol montyoru. |
“Cəbrayılın azad olunmasına görə”; |
Ramazan Bağırov |
“Dəmiryolservis” MMC. 24 Saylı RQQ. Usta. |
"Şuşanın azad olunmasına görə"; |
Rahib Hacıəliyev |
Həkim-Sanitar Xidməti. Mərkəzi Dəmir yolu Xəstəxanası. Köməkçi bölmə. Gözətçi. |
"Qubadlının azad olunmasına görə" |
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Gələn ay Qurban bayramı ilə əlaqədar 2 gün iş olmayacaq.
"Yol-xeber.az" xəbər verir ki, iyulun 20 və 21-də Qurban bayramı qeyd olunacaq.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.
Bu gün Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center”internet-resursunun təqdimat mərasimi keçirilib.
“Təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatları və ictimayyət nümayəndələri iştirak edib.
Tədbirdə “Qarabağda Urbisid” – dağıntıların və zərərin miqyası haqqında videoçarx nümayiş etdirilib.
Vətən müharibəsinin qəhrəmanlarıdan biri olan, döyüşlərdə ağır yaralanan qazimiz yenidən ilk addımlarını atmağın sevincini yaşayır.
Camal Alxasov Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minaatan mərməsinin partlaması nəticəsində yaralanıb.Qəhrəmanımız Əzəli və tarixi torpaqlarımız uğurunda 2 ayağını qurban verib.
Zəfər yolumuzda şücaət göstərən Camal Alxasov bundan sonra həmin ərazilərə yenə də ayaq üstə gedəcək. Yüksək texnologiyalı protezlə təmin olunan qazimiz hazırda Türkiyədə bərpa prosesi keçir. Camal Alxasov Xəzər Xəbərə bildirdi ki, uyğunlaşma prosesi çətin olsa da, bunun da öhdəsindən gəlməyi bacaracaq.
Qeyd edək ki Şərəfli döyüş yolu keçən Camal Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.Camal Alxasovun Azərbaycana 2 həftədən sonra dönəcəyi gözlənilir. Həmişə ayaq üstə vətənin qəhrəman oğlu!
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə daha bir itki üz verib.
Onun qayınatası Qulu Tarquliyev vəfat edib.
Xatırladaq ki, bundan öncə S.Mehdiyevə ağır itki üz verib. Belə ki, onun bacısı oğlu 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev üəktutmasından həyatını itirib.
Ailəli olan Fərman Əliyevin 3 uşağı var idi.