![]() |
|
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt daxilində sıxlıq yaranan yolların siyahısını açıqlayıb.
Agentlikdən verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Heydər Əliyev prospekti – Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından, Şəhər mərkəzi istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti) və Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Qələbə dairəsi istiqamətində) sıxlıq müşahidə olunur.
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən guya ölkə ərazisində narkotik vasitələrin, xüsusən, “patı” adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
"Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov bildirib ki, polisin ünvanına səslənən bu ittihamlar qəti şəkildə rədd edilir:
"Qeyd edirik ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar Nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır".
Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən 2021-ci ilin əvvəlindən bu günə kimi 1 ton 842 kiloqram yüksək təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb: "Həmçinin qeyd edilən dövr ərzində əlavə olaraq 178 kiloqram “patı” adalanan psixotrop maddə metamfetaminin ölkə ərazisində qanunsuz dövriyyəsinin, yəni satışının qarşısı alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 953 kiloqram çoxdur. Bu rəqəmlərin fonunda polis əməkdaşlarının narkotik vasitələrlə və onların satışı ilə məşğul olan şəxslərlə mübarizə aparmadığını söyləmək həqiqətin təhrif olunmasıdır.
Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunusuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, bloggerlərin, youtuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur. Onları antinarkotik təbliğat işində fəal olmağa, şəxsi profillərində mütəmadi olaraq antinarkotik təbliğat postları paylaşmağa, üzləşdikləri, həmçinin aşkar etikləri faktlar barədə dərhal "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verməyə çağırırıq. Unutmayaq ki, bu gün antinarkotik təbliğat işində yaxasını kənara çəkmək, narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ünvanına yalan və böhtan xarakterli şərhlər yazmaq ancaq narkotik vasitələrin satışını həyata keçirən şəxslərin maraqlarına xidmət edə bilər. Gəlin polis əməkdaşlarına dəstək olmaqla “ağ ölüm”ün ölkə daxilində vətəndaşların qapısını döyməsinin qarşısını birlikdə alaq".
Masazırın Cantəpə adlandırılan ərazisinin hündür nöqtələrinin bir hissəsində suyun verilişində müəyyən çətinliklər var.
"Yol-xeber.az" xəbər verir ki, bunu Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Qurum rəsmisi bildirib ki, ərazidəki nasosxanalar müntəzəm işləyir, lakin əhalinin sayının artması, şəbəkənin genişlənməməsi, eyni zamanda sudan həm də suvarma məqsədilə istifadə olunması hidrafik rejimlərin pozulmasına, relyefcə hündür nöqtələrə içməli suyun verilməsində problemlərə gətirib çıxarır.
"Şəxsən mənə də bir neçə müraciət daxil olmuşdu. Mən onları bizim Operativ idarəetmə şöbəsinə və Abşeron Sukanal İdarəsinə yönləndirmişəm. Qeyd etmək istəyirəm ki, ötən həftənin şənbə-bazar və bu həftənin birinci günü həm rayon icra hakimiyyəti, həm də Azərsu ASC-nin su daşıyan maşınları ilə həmin ərazidə insanları su ilə təmin etməyə çalışmışıq.
Zəli gölü adlanan nasosxana ərazisi istiqamətində suyun vurulması bu gün də davam edir. Çalışırıq ki, ora maksimum təzyiqlə su verək ki, ən ucqar nöqtələrə də gedib çatsın. Amma burada bir səbəb də ərazidə vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi şəbəkələrin çoxluq təşkil etməsidir. Sudan həm də suvarma məqsədilə istifadə etdiklərindən, bu, təzyiqin formalaşmasında, xəttin ucqar yerlərində suyun verilməsində müəyyən çətinliklər yaradır".
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
İyunun 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 30-u və iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib.
"Yol-xeber.az" xəbər verir ki, A.Zeynalova ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə olduğunu, bunlardan 3-nün vərəm, digərlərinin somatik tipli sanatoriyalar olduğunu söyləyib:
"Monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaetbəxş olub. Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.
1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası
2. 3 saylı Uşaq Vərəm Sanatoriyası
3. 5 saylı Uşaq Vərəm Sanatoriyası
4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası
5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası
6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası
7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası
8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası
9. Respublika Uşaq Sanatoriyası
10. Sanator-Kurort Reabilitasiya Mərkəzi
11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası".
Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat xidmətindən "Yol-xeber.az"a daxil olan xəbərdarlıqda deyilir:
"Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edirki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"
"Yol-xeber.az"ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.
Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir: "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir".
O qeyd edib ki, Azərbaycanda artıq yaradılmasının 100 illiyini qeyd edən ali təhsil sistemi mövcuddur: "Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir. Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”.
Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var: "Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır".
“Qurban Bayramında bayram namazı iyulun 21-də qılınacaq”.
Bu sözləri “Yol-xeber.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. O, bayram namazına daha çox insanın qatılmasına icazə verilib-verilməyəcəyi ilə bağlı suallara da aydınlıq gətirib:
“Bu barədə hazırda məndə dəqiq məlumat yoxdur. Hər şey yoluxma səviyyəsindən və vaksinasiyanın vəziyyətindən asılıdır. Hazırda vəziyyət əlverişlidir, ona görə də məscidlər müəyyən şərtlərlə fəaliyyət göstərir. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı da artsa, yoluxma dinamikası belə qalarsa və ya daha müsbət dinamika müşahidə olunarsa, o zaman yəqin ki, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər. Amma bu barədə indidən qəti söz söyləmək çox çətindir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu il Qurban bayramının iyulun 20-21-nə təsadüf etdiyini açıqlamışdı.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:
“Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.
DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:
“Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Zəngilan kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.