![]() |
|
Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.
İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən bildirilib.
"Bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", - açıqlamada deyilib.
Ötən gün saat 21:00-dan bəri Binəqədi rayonu Biləcəri qəsəbəsində, Teymur Yaqubov küçəsinə yaxın 9 mərtəbəli binalara elektrik enerjisinin verilməsində problem yaranıb.
“Yol-xeber.az” xəbər verir ki, artıq 10 saatdan çoxdur ərazidə işıq yoxdur.
İşıq olmadığı üçün sözügedən ərazidə yaşayan binalara suyun verilməsi də dayandırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Ölkə.az”a açıqlamasında bildirib ki, ərazidə yüklənmədən yeraltı kabel xətləri sıradan çıxıb:
“Gecədən əməkdaşlarımız orada iş aparır. Lakin xətlər yeraltı olduğu üçün qəza yerini tapmaq vaxt aparıb. 1-2 saata işlər yekunlaşacaq”,-deyə o bildirib.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndinin görüntülərini yayımlayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.
İyunun 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 36-41, bəzi yerlərdə 43-44, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq
Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
İyunun 25-də 203 nəfər Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında işə götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlardan 33 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər, 5 nəfəri isə şəhid ailələrinin üzvləri olub.
Ölümü ilə dastan yazan Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi gənc heykəltəraş tərəfindən əbədiləşdirilib.
Heykəli hazırlayan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsi Təbriz Soltanlı daha əvvəl də Milli Qəhrəmanın büstünü ərsəyə gətirib.
Polad Həşimovla yanaşı, 44 günlük Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın da heykəlinin maketi hazırlanır.
Mərdlik simvoluna çevrilən şəhid xanımın heykəlini gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.
Gənc heykəltəraşlar igid döyüşçülərə həsr olunan əsərlərinin paytaxtın görkəmli yerlərindən birinə qoyulmasını arzu edirlər.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva məsələ qaldırıb. Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır:
“Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurulmara da müraciət edirəm ki, məsələyə baxılsın".
Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.
"Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
***
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.
Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib.
R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.
Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.
Allah rəhmət eləsin!