![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı video yayıb.
Videoda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonlarına düşən hissəsindəki mövqelərində ermənilərin qoyub qaçdıqları silah, sursat və avadanlıq əks olunub.
Erməni hərbçilər ənənələrinə sadiq olaraq hər şeyi atıb qaçıb və “sərhəd” mövqelərini Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına buraxıb.
"Yol-xeber.az" “oxu.az”a istinadən xəbər verir ki, ali məktəbin “Xalq çalğı alətləri kafedrası”nın dosenti, əməkdar müəllim (tarzən) Yusif Vəliyev vəfat edib.
Y.Vəliyev Lerik və Bərdə rayonu uşaq musiqi məktəbinin və Bakı şəhəri “Georgi Şaroyev adına onbirillik musiqi məktəbi”nin direktoru vəzifələrində çalışıb.
“Hələlik nə sərnişinlərdən, nə də sürücülərdən COVID pasportu tələb olunacaq”.
“Yol-xeber.az”ın məlumatına görə bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə COVID pasportunun tələb olunmaması o demək deyil ki, sürücülər rahat şəkildə sərnişinləri daşıya biləcəklər:
“Vaksinasiya başlananda daşıyıcı şirkətlərin sürücüləri də yaş faktoru nəzərə alınmaqla vaksinasiyadan keçiblər. Bundan sonra da vaksinasiya tətbiq olunacaq. Pandemiyaya qədər də sürücülər reysqabağı tibbi müəyinədən keçirdi, onun təzyiqi, hərarəti ölçülürdü. İndi həm də bu tibbi müayinəyə COVID-lə bağlı hər hansı göstəricilərin aşkarlanması əlavə olunur.
Hətta hansısa virus tipli xəstəliklər qrip və s. aşkaralansa belə yenə həmin sürücünün avtonəqliyyat vasitəsinə əyləşməsi qadağan olunacaq. Bu qayda eynilə sərnişinlərə də tətbiq olunacaq”.
Bu da bir ildən çoxdur fəaliyyətini tamamilə dayandıran Bakı Beynəlxalq Avtovağzal Kompleksində(BBAK) sərnişindaşıma ilə bağlı qiymətlərin artıb-artmaması məsələsini gündəmə gətirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova “Yol-xeber.az”a bildirib ki, qiymətlər ötən ilin mart ayına qədərki vəziyyətində qalacaq:
“Açılış bütünlüklə tətbiq olunduğu üçün BBAK-dan regionlara məhdudiyyətlərdən əvvəl hansı reyslər mövcud idisə həmin reyslərin hamısı bərpa olunur. Regionların öz arasında da gediş-gəliş də bərpa olunur.
31 maydan BBAK-da qiymətlər dəyişməyəcək. Yenə də Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə eyni tariflər keçərli olacaq”.
N.Allahyarova sərnişinləri onlayn bilet almağa çağırıb:
“Sərnişinlərin BBAK-ın avtovagzal.az saytından onlayn şəkildə gedəcəkləri istiqamətdə bilet alma imkanlar var. Çox yaxşı olardı ki, insanlar bu imkanlardan yararlansınlar ki, kassaların önündə növbələr yaranmasın”.
Milli Məclis 2021-ci il üçün saxlanma xərclərində nəzərdə tutulmuş vəait hesabına tələbat mallarının, i. və xidmətlərin satın alınması məqsədilə təkliflər sorğusu keçirir.
“Yol-xeber.az” xəbər verir ki, təkliflər sorğusu 7 lot üzrə Milli Məclis inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması, darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət, “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işləri, inzibati binalarında fasad örtüklərində, avtomobil parkındavə həyatyanı sahələrində təmir bərpa işləri, inzibati binalarınfda eklektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izoliyasiyası müqavimətlərinin ölçülməsi və protokolların tərtib edilməsi, mətbəx və məişət texnikası avadanlıqlarınan alınması və ehtiyyat hissələri də daxil olmaqla təmir işləri, rəhbərlik və qonaqlar üçün kresloların satın alınması məqsədi ilə keçirilir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 2-I, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanına təqdim edə bilərlər. Təkliflərə iyunun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
"Yol-xeber.az"" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, həmin ərazilərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.
Sıxlıq müşahidə edilən küçə və prospektlər aşağıdakılardır:
Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər;
Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yol;
8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər;.
A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelə qədər;.
Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;
Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünə qədər;
Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısına qədər;
Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısına qədər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Sirik kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.
Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu yumuşalmalar bildiyiniz kimi bugünkü sabit vəziyyətin və insanların qaydalara riayət etməsinin nəticəsidir.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, bu, o demək deyil ki, pandemiya bitib və pandemiyaya qələbə çalınıb. Rəqəmlər yenə də artmağa başlasa, biz müvafiq məhdudiyyətlətin tətbiq olunmasına məcbur olacağıq.
“Gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətlərə çıxışına icazə veriləcək”.
“Bunu Prezidentin köməkçisi şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki,
“Söhbət konsertlərdən, teatrlardan, kinoteatrlardan və nəhayət toylar və digər şənliklərdən gedir” , - deyə o söyləyib.
Toyun müddəti barədə əlavə məlumat veriləcək.