![]() |
|
Bu yumuşalmalar bildiyiniz kimi bugünkü sabit vəziyyətin və insanların qaydalara riayət etməsinin nəticəsidir.
"Yol-xeber.az"ın xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, bu, o demək deyil ki, pandemiya bitib və pandemiyaya qələbə çalınıb. Rəqəmlər yenə də artmağa başlasa, biz müvafiq məhdudiyyətlətin tətbiq olunmasına məcbur olacağıq.