![]() |
|
“Mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.
Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.
"Yol-xeber.az"ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Xatırladaq ki, sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.
"Yol-xeber.az" report-a istinadən xəbər verir ki, İğdırın Aralıq rayonunda yağan leysan yağışlar selə səbəb olmuşdu. Əyalətin Qaraqoyunlu rayonunda baş verən fırtına nəticəsində evlərin dam ötrükləıri uçmuş, ağaclar aşmışdı. Sel nəicəsində Türkiyə-Naxçıvan avtomobil yolu da bağlanmışdı. Görülən işlər nəticəsində yol istifadə üçün yenidən açılıb.
81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında gərginlik yaşanıb.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Hadisənin Beyləqanın Kəbirli kəndində baş verdiyi bildirilir. Kadrlardan seçicilərin deputatı onlarla görüşmədiyi üçün irad tutduğu bildirilir:
“Belə deputatlıq olmur. Siz xalqın içərisində olmalı idiniz. Qənirə Paşayeva qədər ola bilmədiniz” – seçicilər söyləyib.
Hətta bir sıra kütləvi informasiya vasitələri millət vəkilinin sözügedən kənddən qovulduğunu yazıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntüləri lentə alan şəxs bildirib ki, halı pisləşən üç qaziyə yardım göstərmək üçün xəstəxanada növbətçi həkim belə olmayıb.
Halı pisləşən qazilərə öz yaxınları və döyüş yoldaşları köməklik göstərib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu.
Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar qalmaqda idi.
Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva “Ölkə.az”a açıqlamasında bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırıb. O, havaların isinməsi ilə əlaqədar olaraq bulvarda gəzinti gəmilərinin fəaliyyətini bərpa etdiyini söyləyib:
“Artıq mayın ortasından gəzinti gəmiləri gəmiləri fəaliyyətə başlayıb. Sosial məsafəni qorumaq şərti ilə gəmi səfərlərinə icazə verilir. Yəni gəmi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə uyğun olaraq istifadəyə verilib. Hava yaxşı olan günlərdə gəmilər gəzintiyə çıxsa da, küləkli havalarda səfərlər olmur.
K.İmamverdiyeva bulvar ərazisindəki attraksionların fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hələlik dəqiq məlumat olmadığını söyləyib:
“Gəmilərdə sosial məsafəni gözləmək olur. Amma uşaqların istifadə etdiyi attraksionlarda bu qaydalara riayət etmək mümkün deyil. Attraksionlarla bağlı Operativ Qərargah nə qərar verəcəksə, o zaman istifadəyə verəcəyik. Hələlik bulvada atrraksionların istifadəsinə icazə verilmir” – K.İmamverdiyeva “Ölkə.az”a açıqlamasında deyib.
Qeyd edək ki, gəzinti gəmilərinin fəaliyyəti bir müddətdir müşahidə olunsa da, bu barədə rəsmi açıqlama verilməmişdi.
Toyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.
Yol-xeber.az xəbər verir ki, şadlıq evi sahibi Mahir Zeynalovun sözlərinə görə, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub.
İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq.
Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur.
Marketoloq Sabit Məmmədov deyir ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər.
Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq.
Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.
"Oxu.az məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.
Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.
Selin gətirdiyi qaya parçaları gediş-gəlişə maneə yaradıb.
Yolun açılması üçün çalışmalar davam edir.
Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.
Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.