![]() |
|
81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında gərginlik yaşanıb.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Hadisənin Beyləqanın Kəbirli kəndində baş verdiyi bildirilir. Kadrlardan seçicilərin deputatı onlarla görüşmədiyi üçün irad tutduğu bildirilir:
“Belə deputatlıq olmur. Siz xalqın içərisində olmalı idiniz. Qənirə Paşayeva qədər ola bilmədiniz” – seçicilər söyləyib.
Hətta bir sıra kütləvi informasiya vasitələri millət vəkilinin sözügedən kənddən qovulduğunu yazıb.