![]() |
|
Bu barədə ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.
O bildirib ki, avtobuslarda sıxlığın azaldılmasına çarə kimi metronun açılması təklifləri yoluxma sayını daha da artırar:
“Metro qapalı məkan olduğu üçün orada hava dəyişmir və virusun geniş yayılması üçün şərait yaranır. Metroda yoluxma baş verərsə, onun qarşısını almaq mümkün olmaz.
Avtobuslarda isə koronaya yoluxma ehtimalını azaltmaq üçün Türkiyədə olduğu kimi, Azərbaycanda da sərnişinlərin ayaqüstə, yəni oturacaqların sayından çox sərnişin daşınması qadağan edilməlidir. Bundan başqa avtobus sayı artırılmalı və alternativ çıxış yolları barədə düşünülməlidir.
Düzdür, açıq havada sıxlıq olmasa və ara məsafə saxlanılarsa, yoluxma ehtimalı 19 dəfə azalır. Lakin sıxlıq olan yerlərdə 1 nəfərin xəstə olması kifayət edir ki, 15 dəqiqə ərzində bütün sərnişinlər virusa yoluxsun”, - o bildirib.
“Novruz bayramı ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”.
Bu sözləri Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "report"a bildirib.
O deyib ki, bayram günləri və həftə sonları həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:
“Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Sürücülər həm qeydiyyat, həm də texniki baxışla bağlı müraciət edə bilərlər. İş adi günlərdəki kimi davam edəcək”.
“Allergik reaksiyalardan ehtiyat edən insanlar da vaksinasiyadan keçib”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
O bildirib ki, həmin şəxslərdə peyvənd vurulduqdan sonra mənfi nəticə görünməyib: “Bəzən vaksindən əvvəl allergiya əleyhinə dərman içib sonra vaksin vurdurulması deyilir. Amma bunun elmi əsası yoxdur”.
“Son günlər Azərbaycanda koronavirusa yoluxma saylarında sürətli artım istisna etmir ki, ölkədə Britaniya ştammları var. Yeni ştammın olması və onun yaradacağı təhlükə haqqında kifayət qədər elmi tədqiqatları ictimaiyyətin nəzərinə çatdırmışam”.
Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, yeni ştammın təhlükəsi ondan ibarətdir ki, bilinən virusdan fərqli olaraq yoluxma əmsalı daha çoxdur:
“Əgər bir qrafik çərçivəsində elmi statistikalara əsaslanan xəttlərə diqqət yetirsək görərik ki, həqiqətən virusa iki fərqli virus kimi baxmaq olur. Belə ki, Almaniyada aparılan son tədqiqatlarda bunu çox yaxşı görmək olur ki, daha əvvəldən bildiyimiz və pandemiyaya səbəb olacaq növə yoluxanların sayı aşağı düşür, ancaq yeni yoluxanların sayı artıdqca onların içərisində Britaniya ştammı həddindən çox üstünlük təşkil edir. Bu da ciddi problemlərə səbəb olur. Problemlərin əsası da odur ki, qısa zaman içərisində çox sayda insanın birdən yoluxması ilə bütün səhiyyə sistemində olan boşluqlar daha qabarıq üzə çıxaraq əhaliyə lazımi tibbi xidmət göstərilməyə bilər. Nəticədə səbəbsiz ölüm sayları çoxala bilər. Gecikmiş tibbi xidmət insanlara vaxtında göstərilmədiyindən ölümə səbəb ola bilər”.
“Bugünkü saylar onu deməyə əsas verir ki, yeni ştamm artıq Azərbaycanda da var və bu, yeni strategiyaların seçilməsinə zəmin yaradır. Saylar çoxalarsa maksimum şəkildə bunun qarşısını almaq üçün insanların bir-biri ilə canlı ünsiyyətləri, eləcə də qapalı şəraitdə görüşləri, ailələrarası görüşlər, Novruz bayramı ərəfəsində qonaq getmələr, şəhərlərarası gediş-gəliş minimuma endirilməlidir ki, virus ətrafa yayılmasın. Bundan başqa, müasir elmin dediyi kimi karantin və izolyasiya tədbirlərinə də xüsusi dəyişikliklər edilməlidir və virusun yayılmağa başladığı bütün klasterlər nəzarətə götürülməlidir ki, görüləcək tədbirlər effektli olsun, əks halda görülən tədbirlərlə virusun yayılmasının qarşısı lazımı səviyyədə alınmaya bilər” - deyə mütəxəssis fikirlərinə əlavə edib.
Son bir ildə koronavirusun ölkə ərazisində yayılması doğum sayına da təsir edib. Pandemiya dövründə doğulanların sayı azalıb, ölənlərin sayı isə çoxalıb. Bu da öz növbəsində təbii artıma da təsir göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında 10 812 körpə doğulub, 7 972 nəfər dünyasını dəyişib. Nəticədə təbii artım 2840 nəfər olub. Belə ki, 2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının artmasıdır.
Mütəxəssislər doğulan uşaqların sayının azalmasının səbəbini pandemiya dövründə toyların olmaması ilə əlaqələndirirlər.
Qeyd edək ki, ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub. Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər), təbii artım isə 2,15 dəfə azalıb.
Azərbaycanda yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır.
Bu barədə ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.
O bildirib ki, avtobuslarda sıxlığın azaldılmasına çarə kimi metronun açılması təklifləri yoluxma sayını daha da artırar:
“Metro qapalı məkan olduğu üçün orada hava dəyişmir və virusun geniş yayılması üçün şərait yaranır. Metroda yoluxma baş verərsə, onun qarşısını almaq mümkün olmaz. Avtobuslarda isə koronaya yoluxma ehtimalını azaltmaq üçün Türkiyədə olduğu kimi, Azərbaycanda da sərnişinlərin ayaqüstə, yəni oturacaqların sayından çox sərnişin daşınması qadağan edilməlidir. Bundan başqa, avtobus sayı artırılmalı və alternativ çıxış yolları barədə düşünülməlidir.
Düzdür, açıq havada sıxlıq olmasa və ara məsafə saxlanılarsa, yoluxma ehtimalı 19 dəfə azalır. Lakin sıxlıq olan yerlərdə bir nəfərin xəstə olması kifayət edir ki, 15 dəqiqə ərzində bütün sərnişinlər virusa yoluxsun”, - deyə o bildirib.
Bakı Nəqliyyat Agentliyinə (BNA) xəbər verir.
Məlumata görə, sıxlıq olan küçə və prospektlərdə, xüsusəndə H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 13-16, bəzi yerlərdə 18-20, Bakıda gecə 5-7, gündüz 15-17, bəzi yerlərdə 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 18-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Xəbərdarlıq
Martın 18-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 18-i gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:
“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.
Trend xəbər verir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.
Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məşğul olub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Arran memarlıq məktəbi üslubunda inşa edilən Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindəndir. Tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Dairəvi mühafizə bürclərinə malik qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.