“Yol-xeber.az” xəbər verir ki, Bərdə-Ağdam dəmir yolu layihəsi çərçivəsində inşa olunan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Böyük Qayıdışa daha bir mühüm töhfə:
• Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə inşa olunub, uzunluğu 350 metrdir;
• kompleksdə gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri, yerüstü avtodayanacaqlar, avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi yaradılıb;
• dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər, avtovağzal isə 1300-1500 nəfər sərnişinə xidmət göstərəcək.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə imkan verəcək.