![]() |
|
Müraciətdə deyilir:
"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".
Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.
Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Birlikdən verilən məlumata əsasən, qurumun baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib. Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
“Space” TV-nin yeni rəhbəri Kamil Şahverdiyev kanalın sabiq rəhbəri Vaqif Mustafayevin yaxın kadrını işdən çıxarıb.
Unikal.org məlumatına görə, K.Şahverdiyevin əmri ilə, adıçəkilən televiziyanın Proqram Departamentinin rəhbəri Tamara Məmmədova tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edir.
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə koronavirus infeksiyasının yayılma dairəsinin minimuma enməsi nəticəsində hökumət müəyyən açılımlara getsə də, toy məclislərinin keçirilməsinə icazə verməməkdə davam edib.
Qeyd edək ki, koronavirus infeksiyası yayılmağa başladığı ilkin mərhələdə bütün dünyada toy, yas, kütləvi bayram tədbirləri, idman yarışları, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi belə qadağan edildi. Lakin zaman keçdikcə əksər ölkələrdə kütləvi bayram tədbirləri, yarışlar istisna olmaqla, digər tədbirlərin keçirilməsi bərpa olundu. Bu təcrübədən çıxış edərək, Azərbaycanda da bir çox ekspertlər yoluxma təhlükəsinin qarşısını alacaq öntədbirlərə riayət olunması şərtilə toy məclisləsinə qoyulan qadağanın aradan qaldırılmasını zəruri sayırlar.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, təhlükəsizlik tədbirlərinə, epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpası mümkündür: “Xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”.
Millət vəkili deyir ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir: “Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda toy biznesi yalnız şadlıq evləri və restoranlardan ibarət deyil: “Toy biznesi böyük multiplikativ effekti olan bir sahədir. Bura fotoqraflardan tutmuş, şadlıq evləri və restoranlara ərzaq, işçilər satanlara, gözəllik salonlarına qədər böyük bir biznes şəbəkəsi aiddir. Bir çoxları qeydiyyatsız olsa da, toy biznesi ölkədə məşğulluğun təminatında da mühüm rol oynayır, çünki minlərlə iş yeri təmin edirdi. Bu baxımdan biz toy biznesinin dayanmasının rəsmi iqtisadi zərərləri ilə yanaşı, qeyri-rəsmi zərərini də nəzərə almalıyıq. Tam əminliklə deyə bilərik ki, toy biznesi Azərbaycanda iqtisadi canlanmanın təmin olunmasında mühüm rola malikdir”.
Ekspert hesab edir ki, Azərbaycanda toylara yanaşmanın dəyişməsi zəruridir: “Hamımız bilirik ki, toylarda israfçılıq geniş yayılmışdı. Bu baxımdan, pandemiyadan sonra bu yanaşmanın dəyişməsinə ümidlər var”.
Toy biznesinin aktiv iştirakçısı, “Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənli “Yeni Müsavat”a bildirir ki, pandemiyaya görə toyların qadağan edildiyi bir il ərzində 1 milyon manatdan yuxarı zərərə uğrayıb: “Biz adətən il ərzində may ayı, Ramazan ayı, Məhərrəm ayında toyların olmamasına alışmışdıq. Fəaliyyətimizi elə tənzimləyirdik ki, boş dayandığımız müddətdə işçilərin əmək haqqını ödəyə bilirdik. Amma son bir ildə toyların tamamilə qadağan olunması nəticəsində 1 milyon manatdan yuxarı zərərlə üzləşmişik. Və deyim ki, bu, yalnız toy biznesinin bir həlqəsinin - şadlıq sarayı olaraq bizim zərərimizdir. Bu biznesin digər həlqələri də var və onların da zərəri böyükdür. Azərbaycanın bir çox dünya ölkələrində olduğu kimi, özünəməxsus toy adətləri var. İsraildən tutmuş, Şərqi Avropa ölkələrinə qədər geniş bir ərazidə toy məclislərinin təntənəli keçirilməsi müşahidə olunur”.
İş adamı qeyd edir ki, toy biznesi iqtisadiyyatı hərəkətə gətirən əsas amillərdən biridir: “Baxın, toy varsa, demək, proses evlənənlərin yaşaması üçün ev alınması, yaxud olan evlərin təmirindən başlayır. Bu, tikinti, alqı-satqı sahəsində hərəkətlilik deməkdir. Daha sonra gəlinə qızıl-bəzək əşyalarının, geyimlərin alınması, qız valideynləri tərəfindən isə cehizlik əşyaların - mebeldən tutmuş, çini qablara, elektronik əşyalara qədər - alınması gəlir. Bundan əlavə, toylarda iştirak edəcək şəxslərin geyim alması da nəzərə alınmalıdır. Bu, qeyri-ərzaq pərakəndə ticarətində, mebel, zərgərlik məmulatları istehsalında tələbatın yaranması, hərəkətlilik deməkdir. Daha sonra gəlir fotostudiya, gözəllik salonları kimi sahələrdə tələbin yaranması. Toy günü üçün şadlıq saraylarını, restoranları meyvə, içki, ət, digər məhsullarla təmin edən sahibkarlar da biznesin bir həlqəsini təşkil edir. Toyların yaratdığı tələbat kənd təsərrüfatı məhsullarının satış həcmlərini artırmaqla bu sahənin də inkişafına təkan vermiş olur. Həmçinin toya gəlib-gedənlərin istifadə etdiyi taksi xidmətləri var. Toy məclisində çıxış edən müğənnilər, tamadalar, rəqs qrupları və sairi də əlavə etdikdə, görün, toy nə qədər böyük biznes şəbəkəsi üçün iş, gəlir deməkdir. Bir ildir Azərbaycanda belə böyük biznes şəbəkəsinin fəaliyyəti dayandırılıb. Əlbəttə, biz sahibkar olaraq heç bir halda yoluxma riskini artırmağın tərəfdarı ola bilmərik. Lakin son ayların dünya təcrübəsi də göstərir ki, pandemiyanın yayılmasında məhdudiyyətlərdən daha çox, qaydalara əməl olunmasına nəzarət mexanizminin düzgün qurulması müsbət rol oynayır. Yəni biz toyun keçirilməsini qadağan etməklə deyil, toyların təhlükəsizlik tədbirləri alınmaqla keçirilməsini təmin etməklə daha böyük nailiyyət əldə edə bilərik”.
M.Həsənli bildirir ki, toyların 50-60 nəfərlə keçirilməsi şərtilə bərpa olunması nə şadlıq sarayları və restoran sahiblərinə, nə də toy edənlərə iqtisadi baxımdan sərf edən variantdır: “Bir misalla izah edim. Tutalım ki, toy məclisində iştirak edən musiqiçi və xanəndəyə min manat verilir. 50 nəfər qonaq olarsa, bu, hər adama 20 manat xərc deməkdir. Qonaqların sayı 300 olduqda isə bu, adambaşına 3 manat xərcdir. Şadlıq saraylarına gəlincə, bir zalın isidilməsi (yaxud soyudulması), təmizlənməsi xərci qonaqların sayından asılı deyil. Üstəlik, az sayda qonaq üçün ərzağı da az almaq lazım gəlir ki, bu da qiymətdə fərqə səbəb olur: ərzağı nə qədər çox alsan, bir o qədər qiymətdə endirim əldə edirsən. Yəni şadlıq saraylarının gəlir marjası kəskin azalacaq. Toy sahiblərinə gəlincə, 50 nəfərlə toy edən ailə şadlıq sarayına adambaşına 100-200 nəfərlik toydan az qala ikiqat artıq pul ödəməli olacaq. Buna görə də təhlükəsizlik tədbirlərinə riayət və nəzarət edilməsi şərtilə, toyların əvvəlki qaydada keçirilməsinə icazə verilməsi daha məqsədəuyğun olardı. Bu, postpandemiya dövründə iqtisadiyyatın bərpası prosesinin sürətlənməsinə ciddi bir təkan olar”.
Azərbaycanda toyların keçirilməsi ilə bağlı suallara CAVAB
Koronavirusun yayılma sürətinin artdığı indiki məqamda toyların bərpası məsələsinin gündəmə gətirilməsi yəqin ki, çoxlarına təəccüblü gələcək. Amma nəzərə alsaq ki, toy biznesi iqtisadiyyatın canlanmasına təkan verə bilər, eyni zamanda Azərbaycanda toysuz evlənmə təcrübəsi yox səviyyəsində olduğuna görə toyların dayanması demoqrafik problem də yaradır, o zaman bu adətimizin bərpa olunmasının vacibliyini anlamaq olar. Toyların bərpası ona yaxın iqtisadi fəaliyyət sahəsində işin canlanması, büdcəyə vergi və sosial ödənişlərin artması deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq 759,6 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq 350,4 milyon manat, fiziki şəxslər üzrə dövriyyə isə iki dəfədən də çox azalmaqla 403 milyon 608,9 min manat təşkil edib.
Cari ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 25,1 faiz azalaraq 620,3 milyon manat olub.
Komitənin hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda yeni doğulan uşaqların sayı 2019-cu illə müqayisədə 11,2 faiz(14 608 nəfər) azalmaqla 126 571 nəfər təşkil edib.
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonununda Üçtəpə adlanan ərazisdə erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin yanvar ayından ödənilmədiyini bildiriblər.
Oxu.az xəbər verir ki, bu barədə xəstəxanada çalışan həkimlər məlumat veriblər. Onların sözlərinə görə, bu ilin yanvar ayından həkimlərə əlavə ödənişlər verilmir. Həkimlər iddia ediblər ki, onlara fevral ayının əməkhaqları verilməyib.
Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirilib ki, bu gün ərzində ödənilmə olacaq:
“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.
“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.
NK 2020-ci il üzrə hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.
Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.
Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.