![]() |
|
Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Elgizlə izlə” verilişinə telefonla zəng edərək deyib. Bir müddət əvvəl ayaqları tutulan və müalicə alan müğənni 30 kiloqram çəki atdığını söyləyib:
“Oynaqlarımın fəaliyyəti dayanıb. Diz, bilək nahiyələrim işləksiz qalıb, hərəkət edə bilmirəm”.
Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl Axşam.az-a açıqlamasında revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlandığını qeyd edib: "COVID-19-dan qorunmağın yeganə yolu peyvəndləmədir. Doğrudur, bu proses könüllü olsa da, insanlar arasında çox böyük ruh yüksəkliyi ilə qəbul olunur. Vətəndaşlar peyvənd olunmaq üçün könüllü şəkildə klinikalara müraciət edirlər. Amma bu o demək deyil ki, peyvənd olunduğun gün COVID-ə yoluxma riski sıfırlanır. Bunun üçün vaksinin ikinci dozunu da qəbul etmək lazımdır.
Məlumdur ki, birinci vaksindən sonra orqanizm koronavirusla mübarizəyə başlayır, qanda antitellər yaranır. Antitellərin əmələ gəlməsi ikinci vaksindən sonra 100 faizə yüksəlir".
Kamilə Əliyeva müəyyən vaxtlarda ölkəmizdə yoluxanların sayının azaldığını, sağalma sayının isə çoxaldığını vurğulayıb: "Rəqəmlərin aşağı olması insanlar arasında bir növ arxayınlıq yaratdı, sanki pandemiyadan qurtulmuşuq. Bu baxımdan nə qədər peyvənd olunsaq da, üç qızıl şərtə əməl etməliyik: maska taxmalıyıq, sosial məsafə saxlamalıyıq, gigiyenik qaydalara əməl etməliyik.
Yanvarın sonu, fevralın 1-dən karantin rejimində bir sıra yumşalmalara gedildi. Bu yumşalmalar yoluxmaların müəyyən qədər artmasına səbəb oldu. İndi insanlar daha məsuliyyətli olmalı, qaydalara daha ciddi riayət etməlidirlər".
Deputat qarşıdan gələn Novruz bayramı ərəfəsində insanları daha məsuliyyətli olmağa çağırıb: "Tarixən ölkəmizdə bu bayaram yüksək səviyyədə qeyd olunub. Bayram ənənəsinə görə yaxın qohumlar ziyarət olunur, insanlar bir-birinin evinə gedir. Əgər bayramlaşma zamanı karantin tədbirlərinə riayət olunmazsa, yoluxmada kəskin artım dinamikası müşahidə oluna bilər.
Heç kəs virusa yoluxmaqdan sığortalanmayıb. Buna görə də daha sərt karantin rejiminə keçməmək üçün tətbiq olunan bütün qaydalara mütləq əməl olunmalıdır.
Bayramın kütləvi qeyd olunması, insanların rayonlara axışması virusa yoluxmanı şərtləndirir. Düşünmək belə istəmirəm ki, bu, son mərhələdə nələrə gətirib çıxara bilər. Çünki biz o mərhələni keçmişdik, gün ərzində yoluxanların sayı 4 mini ötmüşdü, onlarla ölüm olurdu, xəstəxanalar həddən artıq dolu idi. Həmin günlərə qayıtmamaq üçün vətəndaşlarımızı həm peyvəndlənməyə, həm qaydalara riayət etməyə, həm də bir yerdə toplaşmaqdan çəkinməyə çağırıram.
Əgər istəyiriksə daha sərt karantin və SMS icazə olmasın mütləq şəkildə qaydalara əməl etməliyik". (teleqraf.com)
Həmin görüntüləri təqdim edirik:
Martın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
DİN-in Mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, hadisə zamanı ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib.
DANX-dan verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı xidmət tərəfindən sərt tədbirlər görüləcək.
Həmçinin qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi" ilə əlaqə saxlaya bilərlər.
"Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96%-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb".
Report-un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq.
Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif şurası müəyyən edir.
Daha bir şəhid zabitimizin övladı dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu doğulub.
Körpəyə atasının adını veriblər.
Qeyd edək ki, Mustafayev Nurlan Hamlet Vətən Müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub.
Şəhidimiz Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan Bayrağı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.