![]() |
|
Xəzər TV xəbər verir ki, yeni vəsiqələr sayəsində vətəndaşlarımızın xarici ölkələrdə üzləşdiyi daha bir problem də arada qalxacaq.
Ölkəmizdə yeni növ sürücülük vəsiqələri əvvəlkindən fərqlənir.
Yeni sürücülük vəsiqəsi dizaynına və rənginə görə də digərlərindən seçilir. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Namidan Piriyev bildirir ki, yeni növ sürücülük vəsiqələri İSO/ İEC 7810 kimlik kartlarının fiziki xüsusiyyətlərinə dair beynəlxalq standartların tələblərinə cavab verir.
Daha bir yenilik isə kateqoriyalarla bağlıdır.
Namidan Piriyev vurğuladı ki, artıq yeni vəsiqənin sayəsində vətəndaşlarımızın ölkə xaricində yaşadığı əsas problemlərdən biri də aradan qalxacaq.
Namidan Piriyev qeyd etdi ki, yeni növ milli vəsiqələr beynəlxalq konvensiyaya üzv olan ölkələrin ərazisində tanınır. Digər ölkələrə səfər edən vətəndaşlar beynəlxalq sürücülük vəsiqələri də ala bilərlər. Şöbə rəisi vurğuladı ki, beynəlxalq vəsiqələr milli vəsiqələrlə birlikdə təqdim olunarsa, etibarlı sayılacaq.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir.
Hazırkı qanunvericiliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Dəyişikliklə isə, bu sıraya jalüz çəkilməsi də daxil edilir.
Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi. Layihəyə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
2021-ci ilin döyüş hazırlığı planına əsasən minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.
Müraciətdə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:
"Bunları nəzərə alaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.
Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin çoxmərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir".
Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.
Mərhumun oğlu Orxan Rzazadə "Report"a açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.
Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.
Diqqəti bir problemə çəkmək istərdim. Bu bizim hamımızın üzləşdiyi problemdir. Qazilərimiz, yaralılarımızın üzləşdiyi problemdən bəhs edirəm. Təəssüflər olsun ki, qazilərimiz sənəd almaq üçün növbəyə durmalı olurlar, bəzən bir sənəd üçün hansısa qurumlara dəfələrlə gedib-gəlməli olurlar.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Nigar Arpadarai deyib.
Millət vəkili qeyd edib ki, bu qurumların işlərini müəyyən prosedurlara uyğun şəkildə qurub və bu anlaşılandır: “Bu prosedurlar tələb edir ki, sənəd almaq üçün bir və ya bir neçə dəfə ora gedilsin.
Ancaq hesab edirəm ki, biz qazilərimizin işini yüngülləşdirmək, dövlətimizin onun yanında olduğunu növbəti dəfə göstərməliyik.
Təklif edirəm ki, bu problemi yoluna qoymaq üçün Asan Xidmət modelində qurum yaradılsın. Bu halda könüllülər hətta sənədləri qazilərə evlərində çatdıra bilərlər. Sözsüz ki, qazilərimiz bir sənəd üçün dəfələrlə gedib-gəlməməlidirlər”.
APA xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.
Həmin görüntüləri təqdim edirik:
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.
Paytaxt qabaqcadan edilən xəbərdarlığa hazırdırmı?
"Ölkə.Az" xəbər verir ki, Bakı Meriyasından BAKU.WS-ə bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.
“Bakı şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılıb.
Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər.
Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların və xıdmətlərin işini əlaqələndirəcəkdir. BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib”, - Bakı meriyasından bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.
2020-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanları, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəkləri, 1220 ədəd üçbucaq tipli bayraq, 9 920 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş 651,7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.
2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Bakı şəhərində çatışmayan yol nişanlarından 3 162 ədədi quraşdırılmışdır.