![]() |
|
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
“Yol-xeber.az” xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.