![]() |
|
Vətən Müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan hərbçilərin sayı məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu həlak olub, 52 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son zamanlar bəzi erməni mənbələrinin yazdığına görə, Ermənistan rəhbərliyi Mehri dəhlizinin Ermənistana məxsus olduğunu iddia edir. Lakin Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər sübut edir ki, Mincivan–Ordubad nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub.
Bunu Trend-ə Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Mehrinin ümumilikdə Ermənistan ərazisi olmadığını deyən F.İsmayılov deyib ki, dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğundan ermənilər bu əraziyə xüsusi icazələri olmadan buraxılmırdılar. SSRİ xüsusi xidmət orqanları yalnız xüsusi buraxılışı olanlara şəhərə keçməyə icazə verirdi.
Alim qeyd edib ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdı. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.
F.İsmayılov deyib ki, Mehri rayonunun keçmiş adının “Mığrı” olması həmin bölgənin yerli əhalisinin azərbaycanlı olduğunu təsdiqləyir:
“Mehri adının ermənicə izahının heç bir mənası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə əlaqələndirilir. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər bir mənbəyə görə isə Meğri adı “meğ”, “mağ”, “muğ” anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir. 1991-ci ildə rayonun Mehri, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur, Nüvədi kəndlərinin azərbaycanlı əhalisi Ermənistan tərəfindən zorakılığa və etnik təmizləməyə məruz qalaraq yaşadıqları əraziləri tərk ediblər. Sovet dövründə hər kəsin buraxılmadığı bu şəhərə, Ermənistanın Azərbaycan ərazilərini işğalından sonra, Ermənistanın digər şəhər və kəndlərindən eləcə də İrandan çox sayda insan və yük maşınları gəlməyə başladı və bir çoxları burada məskunlaşdılar”.
Mehri rayonunun sovet dövründə Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynadığını nəzərə çatdıran F.İsmayılov bildirib ki, 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan – Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı – İrəvan, Moskva – Naxçıvan – Tehran marşrutları ilə sərnişin və yük qatarları SSRİ-nin süqutuna qədər bu dəhliz vasitəsi ilə müntəzəm olaraq işlədi.
Mütəxəssis əlavə edib ki, Mincivan – Culfa dəmir yolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi:
“Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladı. Belə ki, bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir, onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Bundan sonra Naxçıvan blokadaya düşdü”.
F.İsmayılov deyib ki, dəhlizdə hərəkət dayandırıldıqdan sonra dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni separatçıları Mincivan – Culfa, Ağdam – Əsgəran – Xankəndi dəmir yolu magistralındakı dəmiryol reyslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satırdılar:
“Mehri stansiyasından tapılan biletlər, aylıq illik yoxlama sənədləri göstərir ki, bu stansiyada aparılan işlərin Ermənistana aidiyyəti olmayıb. Bundan belə bir nəticə çıxır ki, nəqliyyat dəhlizi boyu yerləşən bütün infrastruktura Azərbaycan cavabdehlik daşıyıb. Burada belə bir sual meydana çıxır. Əgər bu ərazi Ermənistana məxsus olubsa, o zaman niyə ermənilər tərəfindən dağıdılıb?”
Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Bakıda yoluxanların 15,1 %-i Binəqədinin payına düşüb.
Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Suraxanı, 8,1%-lə Nərimanov, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı rayonları qərarlaşıb.
Komissiya "Müharibə Veteranı" adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.
Müharibə iştirakçılarına veteran adının verilməsi zamanı hansı meyarlar nəzərə alınacaq?
Bu suala cavab olaraq hərbi ekspert Emil Həsənli ARB24-ə bildirib ki, müharibədə iştirak etmiş bütün şəxslər - səfərbərliklə cəlb edilmiş, aktiv hərbi əməliyyatlarda iştirak etmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, o cümlədən həkimlər və digərlərinin siyahısı müəyyənləşəcək.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Mollalar kəndindən videogörüntülər hazırlayıb.
Həmin görüntüləri təqdim edirik.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bununla bağlı sonxeber.az-ın sualını cavablandırab Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur".
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.
"Qafqazinfo" xəbər verir ki, görüş zamanı qurumlararası əlaqələndirmə funksiyasını yerinə yetirən İdarələrarası Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, xüsusi nümayəndəliyin vəzifələri və fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarələrarası Mərkəzlə birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Habelə görüşdə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə yaradılmış Prezidentin xüsusi nümayəndəsi institutunun işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində İdarələrarası Mərkəz və onun nəzdində fəaliyyət göstərən İşçi qruplarla qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Gələcəkdə Prezidentin xüsusi nümayəndələrinin iştirakı ilə İdarələrarası Mərkəzin müvafiq İşçi qruplarının birgə iclaslarının da keçirilməsinin zəruriliyi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə humanitar yüklərin daşınmasını təmin edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Məlumatda qeyd olunur ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün humanitar yardım mərkəzinin “KamAZ” markalı 20 hərbi avtomobili və onları müşayiət edən beş avtomobildən ibarət kolon Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı göndərib.
Kolonun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.
Məlumatda həmçinin bildirilir ki, yardımların çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilir.
TƏBİB-in yaydığı məlumata görə, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.
Qeyd olunub ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.
Xatırladaq ki, bu gündən Azərbaycanda 65 yaşdan yuxarı risk qrupuna aid olan əhali qrupunun peyvəndlənməsinə başlayır.