![]() |
|
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Qeyd edək ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyası nəzərdə tutulub.
Bu sözləri redaktor.az-a millət vəkili Rəşad Mahmudov toy və nişan mərasimlərinin keçirilməsinə icazələrin verilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və nəzarət mexanizmlərinin qurulması şərti ilə baş tuta bilər: "Mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşlara zərər vermədən mərasimlərin keçirilməsinə imkan yaradılmalıdır. Amma toy və nişan mərasimlərinə icazə veriləcəyi təqdirdə insanlar virusa yoluxmamaq üçün ehtiyatlı davranmalı, reallıqları nəzərə almalıdırlar. Keçiriləcək mərasimlərə dəvət olunacaq qonaqların sayının az olması əsas şərtlərdən biri olmalıdır"
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya norma və qaydaları”nı müyyənləşdirib.
Sənəd 2021-ci il aprelin 1-dən qüvvəyə minir.
Qaydalarda qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsuldar heyvanlardan əldə edilən heyvan mənşəli qida məhsullarında aşkar edilən baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin yolverilən maksimum qalıq miqdarını, o cümlədən heyvan mənşəli qida məhsullarında yol verilməsi qadağan olunmuş farmakoloji aktiv maddələri müəyyənləşdirir.
Bu qaydaların işlənib hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı "Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin "Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.
Bundan başqa, qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının "Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və "Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.
Şagirdlərin əyani tədrisə başlamasını nəzərə alsaq, valideynlər virusun evə gəlməməsi üçün hansı tədbirləri görməlidirlər?
Bu haqda Redaktor.az-a açıqlama verən həkim-terapevt Məlahət İsayeva bildirib ki, ilk növbədə valideynlər uşaqlara sanitar-gigeynik qaydalara əməl etməyin yollarını öyrətməldirlər:
“Özlərindən asılı olmayaraq uşaqlar gigeynik qaydalara riayət etmirlər. Bəzən asqırıb, öskürəndə ağızlarını tutmurlar, əllərini bir çox yerə vururlar. Bu səbəbdən onlar arasında virusa yoluxma ehtimalı böyükdür. Unutmamalıyıq ki , kollektiv olan yerdə yoluxma sayı çox olacaq. Məktəbdə ara məsafəsinı xüsusi diqqət yetirilməlidir. Uşaqlar maskadan könüllü yox, mütləq şəkildə istifadə etməlidirlər. Hər gün tibb bacıları otaqların gəzib, bütün uşaqların hərarətini ölçməlidirlər”.
Qeyd edək ki, əyani təhsil formasına keçdikdən sonra 4 şagird, 2 təhsil işçisi koronavirusa yoluxub.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Koxlear implantasiya” proqramı çərçivəsində bir qrup eşitmə qüsuru olan şəxslərin əməliyyatı həyata keçirilib.
Fonddan verilən məlumata görə, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsuru olan şəxslərin pulsuz müayinələri təşkil edilir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilir.
Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.
Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.
Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.
Xatırladaq ki, Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramını 2015-ci ildən həyata keçirir. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib. Bu günədək Fondun proqramı çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərdarlıqda deyilir:
“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
İnsanların polis postlarından yayınmaqla və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfərlər insanların həyatı üçün təhlükəli ola bilər”.
"Report" xəbər verir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən "AzinTelekom”un direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib.
Oxu.az məlumatına görə, Süleymanov Nazim Süleyman oğlu və Cəlilov Əfqan Süleyman oğlu “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin olunublar.
Onlar təyinat üzrə üç fevral tarixindən vəzifələrini icra etməyə başlayıblar. Hazırda “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsini icra edənlərin sayı beşə çatdırılıb.
Belə ki, Süleymanov Nazim Süleyman oğlu 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, “AtaBank” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2006-2019-cu illərdə “Azərpoçt” MMC-də çalışıb. 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunub.
Cəlilov Əfqan Süleyman oğlu 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:
“Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri quraşdırılır”.
Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.
Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Bu barədəBakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.