![]() |
|
Baku TV-nin süjetinin qəhrəmanları Gəncə uşaq evində böyüyən Məhərrəmov qardaşlarıdır.
Körpə yaşlarında valideynləri tərəfindən atılan, illər boyu bir dəfə belə olsun ziyarət olunmayan Ayxan və Murad.
44 günlük Vətən müharibəsi tarixində dastan yazan igidlərimiz sırasında Ayxan və Murad qardaşları da yer alıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Fevralın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yolun hər iki istiqamətində baş verib.
Yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanması nəticəsində baş verib. Saray postundan Bakıya gələn yolun təmirə bağlanmasına görə həmin yolda avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.
Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə - hissə məhdudlaşdırılır.
DİN Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.
Bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.
Eyni zamanda piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik".
TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb:
“Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub.
Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir”.
Xatırladaq ki, votsapda yayılan səs yazısında Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı iddia yer alıb. TƏBİB isə bu iddianı təkzib edib.
Bunu millət vəkili Erkin Qədirli Milli Məclisdə çıxışında deyib.
Onun sözlərinə görə, mən Tarif Şurasının ləğv edilməsni deyə bilmərəm, amma onun Tarif Şurasının fəaliyyəti parlamentin nəzarətinə verilsin: “Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır. Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib:
“Bu tikintidə xərclənən 1 manat belə qurumun tariflərində yoxdur. Bu fikir yanlışdır, tariflərin artırılması ilə bu məsələnin heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, bu binanın tikintisi yeni tikilməkdə olan binaların siyahısına daxildir, lakin o hələ balansa qəbul olunmayıb.
Ötən gün Tarif Şurasının növbəti iclasında ölkədə “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı əhalini düşündürən suallara aydınlıq gətirir:
Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.
Qeyd olunan iaşə müəssisləri bu gündən şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.
Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.