![]() |
|
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:
“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
“2021-ci il buraxılış imtahanı fənlərinin koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm lX, həm də XI siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib”.
Oxu.az məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, doqquz illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək.
M.Abbaszadə qeyd edib ki, IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək:
“Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.
“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında şagirdlərə audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları olacaq. Buna görə də Azərbaycan dili fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”, - deyə sədr əlavə edib.
Məleykə Abbaszadə bildirib ki, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərə xeyrinə olan bir məsələdir: “İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər”.
Bakının Səbail rayonu ərazisində, Badamdar şossesində torpaq sürüşməsi əvvəl qeydə alınan hissədə aktivləşib.
Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.
BAKU.TV bununla bağlı ərazidə son vəziyyəti təqdim edir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdarda torpaq sürüşməsi baş verən əraziyə gəlib.
BAKU.TV İcra başçısının məsələ ilə bağlı açıqlamalarını təqdim edib:
Eldar Əzizov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinqlər aparır:
“Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub. Baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".
Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin ediləcək
Bununla bağlı məsələ artıq Milli Məclisın yaz sessiyasının ilk plenar iclasının gündəliyinə də salınıb.
Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və onun hakim təyin edilməsi plenar iclasda müzakirəsinə razılıq verilib.
Odur ki, fevralın 1-də Milli Məcliisn yaz sessiyasının ilk iclasında deputatlar Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələsini müzakirə edərək qərar verəcəklər.
Bir müddət öncə Vətən müharibəsi zamanı yaralanaraq düşmənə əsir düşən və sonradan vətənə qaytarılan Bayram Kərimov imtahan verib.
Baku.ws verdiyi məlumata əsasən, bu barədə Gəncə şəhər Təhsil İdarəsi öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Vətən müharibəsinin qəhrəmanlarından olan, Bayram Kərimov eksternat qaydasında keçirilən imtahanda iştirak etdiyi və imtahanda uğurlu nəticə qazandığı bildirilib.
Baş Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Vüqar Məmmədzadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə rəis müavini təyin olunub.
Azərbaycanda yanvarın 18-dən koronavirusa qarşı başlayan vaksinasiya ilə bağlı rəqəmlər açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
O bildirib ki, bu günə qədər 50 minə yaxın vətəndaşa peyvənd vurulub:
“Peyvənd vurulan şəxslərin böyük əksəriyyəti səhiyyə işçiləridir”.
Xatırladaq ki, vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur.