![]() |
|
Bir müddətdir Xəzər dənizində suyun səviyyəsinin azalması haqda xəbərlər və müzakirələr gedir. Bu gün isə başqa bir su hövzəsində suyun azalması haqda xəbərlər gəldi. Məlum oldu ki, Kür çayında da suyun səviyyəsi yenidən aşağı düşüb. Çayın sululuğunun azalması ətraf rayonlarda yaşayan sakinlərin gündəlik həyatına birbaşa təsir edir.
Xezerxeber.az bildirir ki, Kürdə sululuq yenidən azalıb. Çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib...
Maraqlısı budur ki, əvəllər Kürün quruması hallarında bu, yağıntıların az olması ilə əlaqələndirilirdi. Lakin hazırda ölkə ərazisində kifayət qədər yağıntı var. Buna baxmayaraq çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.
Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mərkəz direktoru Asif Verdiyevin sözlərinə görə, Kür çayının səviyyəsi düşsə də, yaxın günlərdə bu problem aradan qalxa bilər.
Qeyd edək ki, ötən ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enib.
Report sözügedən ərazidən reportajı təqdim edir:
Rusiyalı həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin yazda koronavirusun yeni dalğasının olma ehtimalını qiymətləndirib.
Oxu.az xəbər verir ki, bu barədə o “Veçernyaya Moskva”ya müsahibə verib.
Onun sözlərinə görə, indi “yavaşlayan” faza başlayıb, yoluxma sayı yavaş tempdə artır.
Rusiyalı mütəxəssis insanların vaxtlarının əsas hissəsini evdən kənarda keçirəcəyi bahar fəslində yoluxma səviyyəsinin qalxacağını istisna etməyib.
O bildirib ki, COVID-19 xəstəliyinin baş vermə ehtimalı payızdakı kimi olmayacaq, ancaq baharda, xüsusən də, insanlar fərdi qoruyucu tədbirlərə laqeyd yanaşmağa başladıqları halda yoluxmalar keçən illə müqayisə oluna bilər.
“Yazda təkcə koronavirus yox, alışdığımız qrip, kəskin respirator virus infeksiyaları da qalmaqdadır. Onlar da təbii ki, immuniteti zəiflədirlər” deyən həkim yayda virusların zəifləməyə başladığını da vurğulayıb.
“Digər qoşun növləri ilə yanaşı, Vətən müharibəsində mühəndis qoşunlarının da rolu əvəzsizdir”.
Trend məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatları zamanı Füzuli rayonunun 4 kəndini, sonra isə qısa müddətdə Füzuli şəhəri daxil olmaqla rayonun bütün ərazisini işğaldan azad edib:
“Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 44 gün ərzində işğalda olan bütün ərazilərimizi azad etdi. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunlarının hər bir istehkamçısı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə Vətənə faydasını verdi. Mühəndis qoşunlarının hissə və bölmələri rəhbərlik tərəfindən qiymətləndirildi, təltif olundu”.
A.Eyvazov deyib ki, hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərə yerləşdirilib:
“Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Vətən müharibəsi dövründə qoşunlarımızın irəliləməsi üçün istehkamçılar yolları minalardan təmizləyib yeni yollar çəkirdi. Hazırda mühəndis qoşunlarımızın bölmələrinin hərbi qulluqçuları, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə birlikdə işğaldan azad olunan ərazilərimizin mina və partlamamış digər sursatlardan təmizlənməsini davam etdirirlər”.
Hesab edirəm ki, hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.
Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, inbdeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən hesablanacaq. O, yanvar artımlarının fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcəyini açıqlayıb:
"Hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq, indeksləşdirilir. 2020-ci ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Pensiya kapitalı isə ötən ilin inflyasiya faizinə uyğun olaraq, indeksləşdirilir. Bu il də indeksasiya olunacaq, yaxın günlərdə indeksasiya qiymətləri ilə bağlı cəmiyyətə açıqlama veriləcək”.
“2020-ci ilin dekabr ayından indiyə kimi 12 min şəhid ailəsi və müharibə iştirakçıları sosial qayğı ilə əhatə olunub”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:
“Onlara təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşğulluq praqramı çərçivəsində məşğulluq proqramlarına cəlb edilib.
Üç mindən artıq ailəyə isə sosial-psixoloji dəstək göstərilib, eyni zamanda reabilitasiya xidmətlərinə cəlb edilib”.
Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb olunacağı maraqla gözlənilir.
Bundan əvvəlki təcrübələrdə müəllimlərdən koronavirus testi tələb edilirdisə, hazırda ölkədə kütləvi vaksinasiya prosesi gedir.
Ötən brifinqdə vaksinasiya prosesinə müəllimlərin cəlb ediləcəyi açıqlanmışdı. Kütləvi yoluxmaların qarşısını almaq üçün Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulub.
Ölkədə fəaliyyət göstərən 151 min müəllimin 37 faizinin yaşı 60-ın üzərindədir. Risk qrupunda olan müəllimlərin vaksinasiya prosesi heç də könüllülük prinsipi əsasında həyata keçirilməyəcək.
"Yaş riskinə aid olan müəllimlər könüllü deyil, məcburi şəkildə qoşulacaq. Ona görə onlar gündəlik olaraq azyalı uşaqlarla təmasdadırlar", - deyə təhsil eksperti Kamran Əsədov bildirib.
ARB24-ün hazırladığı süjeti təqdim edirik:
Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə qaytarıldı.
Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malikdir. İşğaldan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olub. Dünyanın ən zəngin çinar meşəsi də burada olub. Ermənilərin ekoloji terroru nəticəsində rayondakı ağaclar kəsilib.
Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra Zəngilan rayonu şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 20-də işğaldan azad edildi.
Baku TV əməkdaşları Zəngilan rayonunda olub. Ətraflı süjeti təqdim edirik:
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:
“Həmin şəxslərə təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşgulluq proqramı çərçivəsində məşğulluq proqramlarına cəlb olunub”.
Azərbaycanda yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.