![]() |
|
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
İcra Hakimiyyətindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib, Aprel döyüşlərinin iştirakçısıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.
Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.
Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.
Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.
Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir.
Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.
Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.
Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
Göndəriş vərəqəsinin verilməsi Qaydası ilə daha ətraflı
tanış ola bilərsiniz.
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib.
Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşkilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.
Ombudsman Aparatından verilən məlumata görə, məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib.
Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.
Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.
Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.
Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir”.
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə təltif olunan hərbi qulluqçular arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 57 əməkdaşı var. Təltif edilən dəmiryolçuların siyahısı aşağıda təqdim olunub.
Şəhid Aqil Bağırov |
İnfrastruktur departamenti, |
- "Vətən uğrunda", |
Şəhid Asif Qocayev |
Mühafizə departamenti, |
- "Vətən uğrunda", |
Şəhid İlqar Vəliyev |
İnfrastruktur departamenti, |
- "Vətən uğrunda", |
Şəhid Vüqar Məmmədov |
İnfrastruktur departamenti, |
- "Vətən uğrunda", |
Elşad Hacıyev |
Yük daşımaları departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Rəşad Sahibov |
"Dəmiryolservis" MMC, |
- "Cəbrayılın azad olunmasına görə", |
Həbib Cabbarov |
Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, |
- "Cəsur döyüşçü", |
Rəşad Bədəlzadə |
İnfrastruktur departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Elsevər Quliyev |
İnfrastruktur departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Malid Qənbərov |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Cəbrayıl Ağayev |
İnfrastruktur departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Xəlil Yusubov |
Yük daşımaları departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Tural Bayramov |
Mühafizə departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Elcan Məmmədov |
Mühafizə departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Samir Xələfov |
Texniki xidmət və istismar departamenti, Gəncə istismar sahəsi, |
- "Xocavəndin azad olunmasına görə", |
Sərxan Əliyev |
Həkim-Sanitar Xidməti, |
- "Xocavəndin azad olunmasına görə", |
Aydın Quliyev |
İnfrastruktur departamenti, |
- "Cəsur döyüşçü", |
Elnur Məmmədov |
"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC, |
- "Cəsur döyüşçü", |
Elnur Qarayev |
Yük daşımaları departamenti, |
- "Döyüşdə fərqlənməyə görə", |
Əhməd Keçəlov |
Yük daşımaları departamenti, |
- "Döyüşdə fərqlənməyə görə", |
Nicat İlyasov |
İnfrastruktur departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Ruslan Məlikov |
İnfrastruktur departamenti, |
- "Füzulinin azad olunmasına görə", |
Elgün Şahbazov |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Rəşad Soltanov |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Calal Möhsümzadə |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Əli Mərdanov |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə", |
Novruz Məmmədov |
İnfrastruktur departamenti, |
- "Füzulinin azad olunmasına görə", |
Əzim Xudaverdiyev |
İnfrastruktur departamenti, |
- "Füzulinin azad olunmasına görə", |
Binyamin Rəfiyev |
Yük daşımaları departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Səfər Həziyev |
Sərnişin daşımaları departamenti, |
- "Cəbrayılın azad olunmasına görə", |
Qasım Bayramlı |
Mühafizə departamenti, |
- "Füzulinin azad olunmasına görə", |
Ramil Adgözəlov |
İnfrastruktur departamenti, |
- "Cəsur döyüşçü" |
Aslan Seydaliyev |
İnfrastruktur departamenti, |
- "Suqovuşanın azad olunmasına görə" |
Rəşad Əmiraslanov |
İnfrastruktur departamenti, |
- "Suqovuşanın azad olunmasına görə" |
Orxan Məmmədov |
Mühafizə departamenti, |
- "Suqovuşanın azad olunmasına görə" |
Əli Hüseynov |
İnfrastruktur departamenti, |
- "Xocavəndin azad olunmasına görə" |
İlqar Qarayev |
İnfrastruktur departamenti, |
- "Füzulinin azad olunmasına görə" |
Ramil Qurbanov |
Yük daşımaları departamenti, |
- "Füzulinin azad olunmasına görə" |
Vüsal Bəybalabəyli |
Yük daşımaları departamenti, |
- "Füzulinin azad olunmasına görə" |
Kamran Məmmədov |
Yük daşımaları departamenti, |
- "Füzulinin azad olunmasına görə" |
Rəhman Fətullayev |
Texniki xidmət və istismar departamenti, İmişli anbarı, gözətçi |
- "Füzulinin azad olunmasına görə" |
Əli Quliyev |
"Dəmiryolservis" MMC, |
- "Füzulinin azad olunmasına görə" |
Nizami Qoçəliyev |
İnfrastruktur departamenti, |
- "Qubadlının azad olunmasına görə" |
Seymur Qasımov |
Yük daşımaları departamenti, |
- "Qubadlının azad olunmasına görə" |
Ayxan Abbasov |
İnfrastruktur departamenti, |
- "Şuşanın azad olunmasına görə" |
Mais Abbasov |
İnfrastruktur departamenti, |
- "Şuşanın azad olunmasına görə" |
Niyaməddin Heydanov |
Sərnişin daşımaları departamenti, |
- "Şuşanın azad olunmasına görə" |
Elbrus Şahməmmədov |
Mühafizə departamenti, |
- "Şuşanın azad olunmasına görə" |
Ramil Hüseynov |
İnfrastruktur departamenti, |
- "Kəlbəcərin azad olunmasına görə" |
Fuad Nuriyev |
İnfrastruktur departamenti, |
- "Kəlbəcərin azad olunmasına görə" |
Asif Ağazadə |
Yük daşımaları departamenti, |
- "Kəlbəcərin azad olunmasına görə" |
Fərzəli Cəlilov |
Mühafizə departamenti, |
- "Kəlbəcərin azad olunmasına görə" |
Murad İbrahimov |
İnfrastruktur departamenti, |
- "Ağdamın azad olunmasına görə" |
Süleyman Hacıyev |
İnfrastruktur departamenti, |
- "Laçının azad olunmasına görə" |
Məhəmməd Rəhimov |
İnfrastruktur departamenti, |
- "Laçının azad olunmasına görə" |
Zabil Yaqubov |
Mühafizə departamenti, |
- "Laçının azad olunmasına görə" |
Seymur Bədirov |
Mühafizə departamenti, |
- "Laçının azad olunmasına görə" |
Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.
O cümlədən, bu gündən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət də bərpa edilib.
Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qərara əsasən, muzey və sərgi zallarının fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.