![]() |
|
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir.
Bu barədə Prezident İlham Əliyevin iştirakı ilə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində məlumat verilib.
Məlumata görə, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.
Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir.
Bu barədə "Ölkə.Az"a nazirlikdən məlumat verilib.
"Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.
Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq", - nazirlikdən bildirilib.
“Ali Baş Komandanın qətiyyəti və Milli Ordumuzun rəşadəti ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlayır".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifaha malik regiona çevrilməsinə mühüm dəstək verəcəklər”, - deyə o, qeyd edib.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yanvarın 14-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 766 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 nəfər barəsində inzibati həbs, 2 772 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - mətbuat xidmətindən bildirilib.
Azərbaycanın yeddi Milli Qəhrəmanına dövlət tərəfindən məzar daşları hazırlanır.
Bu barədə oxu.az-a Azərbacanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyev məlumat verib.
O bildirib ki, atasının məzar daşının hazırlanması Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən sifariş olunub:
“Bəli atamın və Qubadlıdan olan altı Milli Qəhrəmanın hər birinin məzar daşı hazırlanır. Hazırda dörd nəfərin məzar daşı artıq hazırdır, digər üç nəfərin də məzar daşının da qısa zamanda hazırlanması gözlənilir. Məzar daşları tam hazırlanması ilə bağlı dəqiq tarix bəlli olmasa da, yaxın zamanda işlərin yekunlaşacağı gözlənilir”.
Azərbaycanda sərt karantin rejiminin yumşaldılacağı ilə bağlı məsələ ölkədə əsas müzakirə olunan məsələ çevrilib.
Baku.ws xəbər verir ki, yanvarın 18-dən hansı məhdudiyyətlərin aradan qaldırılacağı böyük maraqla qarşılanır.
Ölkədə mövcud olan yoluxma sayı, epidemioloji vəziyyəti nəzərə alaraq müəyyən yumşalmaların olacağı təmin olunur. Həkim Süleyman Kamilov bildirib ki, müəyyən sektorlar və iş adamları var ki, onların sərt karantin rejimində işləməsi doğru olmur:
"Ola bilər ki, sərtləşdirilmiş karantin müəyyən nüanslarda yumşaldılsın. Karantinlə bağlı yeni qərar açıqlanarsa, müəyyən məhdud saylarda fəaliyyətə icazə veriləcək.
Kafe və restoranlara məhdud sayda insanların girişinə icazə verilə bilər. Məsələn eyni anda 5 və ya 10 nəfərin girişinə icazə verilməsi mümkündür. Bundan əlavə bərbərxana və dərzilərdə insanların sayı nəzərə alınaraq qaydalar yumaşldıla bilər.
Erkən arxayınçılıq olmamalıdır. Yoluxma sayının 400 olması ciddi rəqəmdir. Düzdür, 5 min yoluxma sayı ilə müqayisədə say aşağıdır və bu, sevindirici haldır. Ən azı yoluxma sayı 10 dəfə azalıb. Lakin bu arxayın olmağa dəlalət etmir".
Türkiyədə koronavirusa qarşı peyvəndlənmə ilə bağlı təbliğat davam edir.
Baku.ws xəbər verir ki, bu istiqamətdə Türkiyə Səhiyyə Nazirliyi "COVİD-19 Aşısı Bilgilendirme Platformu" (COVİD-19 Peyvənd Məlumat Platforması) səhifəsi yaradıb. Həmin səhifədə koronavirus peyvəndlənməsi ilə bağlı lazımı məlumatlar əks olunub.
Həmin səhifədə toxunulan vacib məqamlardan biri də peyvənd vurulandan sonra yarana biləcək problemlərin qarşısını almaq üçün hansı tədbirlərin görülməsilə bağlıdır.
Qeyd edilir ki, peyvənd vurulandan sonra bir sıra problemlər yarana bilər:
1. Koronavirus vaksini vurulandan sonra həmin hissədə ağrı, şişkinlik və qızartı yarana bilər. Bu zaman iynə vurulan qolunuzu yuxarı vəziyyətdə saxlayın. İynə vurulan hissənin ətrafına soyuq kompres edin. Yəni vaksin vurulan hissənin ətrafına soyuq su ilə isladılmış parça qoymaq olar. Lakin həmin əraziyə buz qoymaq olmaz. Parasetamol və ya parasetamol tərkibli ağrıkəsicilər qəbul edilə bilər.
2. Vaksin vurulduqdan sonra yorğunluq yaranarsa, mütləq istirahət etmək lazımdır. Bu zaman bol su içmək mütləqdir.
3. Az bədən tempraturu olduqda, titrəmə baş verdikdə isə həkimə müraciət etmək məsləhətdir. Bu zaman da mütləq istirahət etmək, bol su içmək və parasetamol və ya parasetamol tərkibli ağrıkəsicilər qəbul edilə bilər.
4. Baş ağrısı yarandırda da parasetamol və ya parasetamol tərkibli ağrıkəsicilər qəbul edilməlidir.
5. Əzələ və oynaq ağrısı yarandıqda da eyni təbdirlər görülməlidir. Yəni mütləq istirahət etmək və bol maye qəbul edilməlidir. Eyni zamanda parasetamol və ya parasetamol tərkibli ağrıkəsicilər qəbul edilə bilər.
6. Qusma və ishal olduqda mütləq bol maye qəbul edilməlidir. Mütləq pəhriz saxlanılmalıdır. Yemək yeyə və su içə bilməyəcək qədər qusma halı olduqda mütləq həkimə müraciət olunmalıdır.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub. Ondan bir gün əvvəl isə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da peyvənd olunmuşdu.
Hərbi həkimlər Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarını koronavirus əleyhinə peyvənd etməyə başlayıblar.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində bildiriblər.
"Rusiya sülhməramlı kontingentinin həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başladılar. Bir gün əvvəl xüsusi termo konteynerlərdə "Sputnik-V" vaksininin təxminən 2 min dozası sonrakı istifadə üçün xüsusi təyinatlı tibb bölməsinə çatdırılıb", - nazirlikdə deyiblər.
Peyvənd edilmə iki mərhələdə olacaq: vaksinin birinci komponenti yanvarın sonuna kimi, ikinci komponent - 21 fevrala qədər sülhməramlılara vurulacaq. İlk olaraq sülh kontingentinin komandanlığı və hərbi həkimlər peyvənd edilib.
"Vaksin dondurulmuş formada çatdırılır, istifadəyə hazırlıq vaxtı biz onun donunu açırıq, bu halda şəxsi heyət mərhələli müayinədən keçir. Əgər əks göstəriş yoxdursa, onda peyvənd edilir. Vaksinləmənin keçirilməsindən sonrakı 30 dəqiqə ərzində allergik reaksiyanın yoxluğuna əmin olmaq üçün hər bir sülhməramlı müşahidə altında olacaq”, - sülhməramlıların tibb məntəqəsinin rəhbəri Aleksey Kruçinin bildirib.
Trend bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, artıq yardım üçün ayrılan pullar həmin şəxslərin kartlarına köçürülüb:
"Bu prosesdə bəzi texniki problemlər var və onlar ondan ibarətdir ki, bu kateqoriyaya aid olan bəzi vətəndaşlar ölkədən kənardadırlar. Pandemiya səbəbindən onların gəliş-gedişi problemlidir, bundan əlavə COVİD-19-a yoluxan da var ki, hazırda onlar xəstəxanadadır. Eyni zamanda sənədlərində hansısa uyğunsuzluq olanlar da var".
İ.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı bütün müraciətlər ədalətli şəkildə araşdırılacaq.