![]() |
|
Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub. Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.
"Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb.
Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.
Nazirlikdən verilən məlumata görə, fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.
Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.
Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonundan videogörüntülər hazırlayıb.
Həmin görüntüləri təqdim edirik.
"Artıq bir ildən çoxdur ki, bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə qarşılaşıb. Ölkənin pandemiya şəraitindən az itki və minimum ziyanla çıxması istiqamətində bir çox əhəmiyyətli və sosial tədbirlər həyata keçirilib. Müəyyən dönəmlərdə artma və azalmalarla bərabər, ümumilikdə Azərbaycan, həqiqətən, bu problemin öhdəsindən gələ bilmişdir".
Bu sözləri baku.ws-ə açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, hazırda dünya pandemiya ilə mübarizədə vaksinlərin tətbiqi mərhələsinə başlayıb. Vaksinlərin tətbiqi böyük bir ölçüdə yaxşılaşmaya doğru aparacaq:
"Rəqəmlər azaldıqdan və ya virus tamamilə yox olduqdan sonra digər dünya ölkələri kimi, Azərbaycan da pandemiyadan əvvəlki həyat tərzinə qayıdacaq. Lakin artıq azalmalar böyük ölçüdə olduqdan sonra bu günə qədər tətbiq edilən məhdudlaşma və sərtləşmələr aradan götürülməlidir. Zamanla biz bununla artıq rastlaşmışıq.
Pandemiyadan əziyyət çəkənlərin sayı azaldığı zaman yumşalmalara, çoxaldığı zaman isə sərtləşməyə getmişdik. Bu isə tamamilə adekvat addım idi. Bundan sonra da bu tədbirlər görüləcək. Əhalinin sərbəst hərəkəti, iş yerlərinin açılması, insanları daha çox düşündürən toy mərasimlərinin və yas məclislərinin keçirilməsi qaydalarına bir daha baxıla bilər və baxılacaqdır".
Deputat əlavə etdi ki, bu istiqamətdə qərarları, əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Burada gündəlik statistika və epidemioloji vəziyyət nəzərə alınır: "Hələlik hansısa konkret addım barədə danışmaq tezdir. Amma gözlənilən budur ki, yumşalmalara gediləcək. Bir vacib məsələni qeyd edim ki, pandemiyadan əvvəl də bizim ziyalılarımız və söz sahibi olan insanlarımız mərasimlərimizlə bağlı tənqidi fikirlər səsləndirib. Həddindən artıq ifrat və israfçılığa yol vermək daim tənqid olunub. Adət və ənənələrimizə yad olan elementlərin mərasimlərə daxil edilməsi qəbuledilməz sayılıb. Yəqin ki, bir il ərzində həyata keçirilən məhdudlaşma və tam qadağalar bundan sonra həmin mərasimləri nəzərdən keçirib məhdud formada reallaşdırmağımıza şərait yaradacaq.
Pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar. Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq.
Əgər azalma olarsa, virus tamamilə yox olmağa doğru gedərsə, 400-500 nəfərlik saylarla toyların keçirilməsi məqsədəuyğun deyil. Çünki əsasən yoluxmalar yas mərasimləri və çox sayda insanların birgə olduğu yerlərdən baş vermişdi.
Düşünürəm ki, pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulması daha məqsədəuyğun olacaq. Verilən qərardan asılı olaraq bu say daha çox və ya nisbətən çox da ola bilər".
Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında sabah yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
28 illik həsrətdən sonra yenidən Şuşamıza qayıdırıq.
ASAN radio əməkdaşları Şuşa şəhərində olub.
Onlar şəhəri məhəllə-məhəllə gəzərək, şəhərin tarixindən maraqlı süjet hazırlayıb.
Şuşa bazarı, meydan bulağı, Şuşa həbsxanasında və digər yerlərdə olublar.
Ətraflı videonu təqdim edirik:
Karantin qaydalarını pozaraq özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.
Oxu.az məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Onun əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.
Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir".
Bu barədə Müdafiyə Nazirliyindən bildirilib.
"Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.
Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.
Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - nazirlikdən qeyd olunub.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keşdək kəndindən videogörüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik: