![]() |
|
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
Dünən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən yeddi müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş yeddi çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 15 ədəd partlamamış hərbi sursat (PHS), iki ədəd bombacıq, dörd ədəd piyada əleyhinə mina, boru şəkilli partlayıcı yük (100 metr) və beş ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 86 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun rəhbər heyəti vəzifələrindən azad ediliblər.
Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.
Belə ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.
Nəticədə, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Həmçinin, akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib.
Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.
Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Buna səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
“Yalnız Vətən Müharibəsi dövründə deyil, 30 il ərzində ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanın müəyyənləşdirilməsi labüddur”.
Oxu.az məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, işğal altında olan ərazilər tam olaraq dağıdılıb, bütün infrastruktur yerlə-yeksan edilib, ərazilərin böyük hissəsi minalanıb:
“Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış sursatlardan, radioaktiv kimyəvi maddələrdən təmizləməkdir. Bundan sonra bərpa-quruculuq işləri həyata keçiriləcək. Bu işlər bitdikdən sonra məcburi köçkün və qaçqınların qayıdışından danışa bilərik. Bu mərhələdə qayıdışla bağlı dəqiq vaxt demək mümkün deyil”.
O qeyd edib ki, ilkin mərhələdə üstünlük Qarabağdan olan məcburi köçkün və qaçqın statusuna malik olan şəxslərin doğma torpaqlarına qayıtmasına veriləcək:
“Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşı Qarabağdakı şəhər və rayonlarda mülkiyyət əldə etmək hüququna əsasən gedib yaşaya bilər”.
“Böyük qayıdış konsepsiyasının da əsas məqsədi tədricən, mərhələli şəkildə doğma torpaqlarda daimi məskunlaşma yerlərinə qayıdışı təhlükəsiz və layiqli şəkildə yerinə yetirməkdir”, - deyə sədr müavini əlavə edib.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, gələcəkdə daimi məskunlaşma yekunlaşdıqdan sonra hər bir vətəndaşın həmin ərazilərdə mülkiyyət əldə etmək hüququ olacaq.
“2020-ci il 27 sentyabr tarixindən etibarən ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin müraciətləri "YAŞAT" Fondu komandası tərəfindən toplanılıb sayta yerləşdirilir. Hazırda həmin müraciətlərin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ona görə, hal-hazırda bu kateqoriyadan olan şəxslərin sayta müraciət etmələrinə zərurət yoxdur. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O, Birinci Qarabağ müharibəsi iştirakçılarına da müraciət edib: “Mart ayından etibarən Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar. Eyni zamanda, 2021-ci ilin mart ayından etibarən 2020-ci il 27 sentyabr tarixindən əvvəlki dövrdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların da saytda qeydiyyatdan keçərək müraciətlərini yerləşdirmələri üçün imkan yaradılacaq".
Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.
Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusunu itirilmiş olacaqlar: “Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil olunan imtiyazlar qüvvəsini itirəcək. Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”.