“Yalnız Vətən Müharibəsi dövründə deyil, 30 il ərzində ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanın müəyyənləşdirilməsi labüddur”.

Oxu.az məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, işğal altında olan ərazilər tam olaraq dağıdılıb, bütün infrastruktur yerlə-yeksan edilib, ərazilərin böyük hissəsi minalanıb:

“Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış sursatlardan, radioaktiv kimyəvi maddələrdən təmizləməkdir. Bundan sonra bərpa-quruculuq işləri həyata keçiriləcək. Bu işlər bitdikdən sonra məcburi köçkün və qaçqınların qayıdışından danışa bilərik. Bu mərhələdə qayıdışla bağlı dəqiq vaxt demək mümkün deyil”.

O qeyd edib ki, ilkin mərhələdə üstünlük Qarabağdan olan məcburi köçkün və qaçqın statusuna malik olan şəxslərin doğma torpaqlarına qayıtmasına veriləcək: 

“Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşı Qarabağdakı şəhər və rayonlarda mülkiyyət əldə etmək hüququna əsasən gedib yaşaya bilər”.

“Böyük qayıdış konsepsiyasının da əsas məqsədi tədricən, mərhələli şəkildə doğma torpaqlarda daimi məskunlaşma yerlərinə qayıdışı təhlükəsiz və layiqli şəkildə yerinə yetirməkdir”, - deyə sədr müavini əlavə edib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti