![]() |
|
Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, parlamentlərarası işçi qrupları əlaqədə olduğu ölkələrin deputatlarını həmin ərazilərə dəvət etməsi yaxşı olardı:
“Hesab edirəm ki, bu məsələnin öz həllini tapması yaxşı olardı”.
S.Novruzovun çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür:
“Diplomatik korpusların nümayəndələri gedirlər. Hazırda isə bu məsələ müzakirə mövzusu deyil”.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Vətən Müharibəsi Milli Ordumuzun şanlı qələbəsi və torpaqlarımızın azad edilməsi ilə nəticələnib.
Qeyd edək ki, müharibə vaxtı həm Azərbycan, həm də düşmən tərəfdən hərbçilərin əsir düşməsi halları baş verib. Bunu təsdiq edəcək hər iki tərəfin görüntüləri də vardır. Həmçinin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatda qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslər, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi əsirlərlə bağlı davranış qaydaları 12 avqust 1949-cu il qəbul edilən Cenevrə konvensiyası ilə tənzimlənir: "Cenevrə konvensiyası 143 maddədən ibarətdir və ilk əsir düşmə anından etibarən onların saxlanılması, yerləşdirilməsi, qidalanması, geyim və tibbi təminatı, dini ayinlərin yetirilməsi üçün şərait yaradılması və digər halları əhatə edir.
Əsir düşdükdən sonra həmin şəxs sorğu-sual zamanı adı, soyadı və ata adını, rütbəsini, ad gününü və digər məlumatları əsir götürən tərəfə təqdim edirsə, ona qarşı heç bir təzyiq göstərilə bilməz. Hərbi əsirlər həmçinin müvəqqəti sənədlərlə də təmin edilməlidir.
Hərbi əsirlərə əzab vermək və təzyiq göstərmək qətiyyən qəbuledilməzdir. Cavab verməkdən imtina edən şəxslər heç bir məhdudlaşdırmaya və təhqirə məruz qalmamalıdır".
Ekspert hesab edir ki, əgər əsirlər işgəncə və oxşar hallara məruz qalarsa, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarına təfsilatı ilə məlumat verməli və yazılı imzaları ilə təsdiq etməlidirlər: "Hərbi əsirlərlə məşğul olmaq üçün dünyada qəbul edilən format Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Bunların hər bir ölkədə ofisləri var və yerləşdiyi ərazidən asılı olmayaraq bir-birilə aktiv əlaqədədir.
Digər tərəfdən Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da fəaliyyət göstərir. Alternativ qurum da Ermənistanda yaradılıb.
Azərbaycan dövləti əsir və girovların qatraılması istiqamətində Rusiya və beynəlxalq qurumlarla aktiv şəkildə çalışır. Buna görə, əsirlərin geri qaytarılması istiqamətində ümidlər böyükdür. Bu məsələ 3 ölkə arasında imzalanan bəyanatın 8-ci maddəsində də öz əksini tapıb. Bu maddəyə əsasən nəinki hərbi əsirlərimiz, digərlər saxlanılan şəxslər Dilgəm və Şahbazın da azad edilməsi real görünür".
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova BAKU.WS-ə deyib ki, münaqişə nəticəsində saxlanılan şəxslərin qaytarılması sırf münaqişə tərəflərinin qərarıdır:
"Beynəlxalq Qızıl Xaç Komitəsi həmin qərarı verən tərəf deyil. Münaqişə tərəfləri qərar verəndə ki, kimləri və nə vaxt azad edirlər, o halda biz neytral vasitəçi olaraq həmin əməliyyatın həyata keçirilməsinə dəstək veririk.
Danışıqlar davam edir və bunun məzmunu ictimaiyyətə açıqlanmır. Çünki bu iki tərəfli konfidensial dialoqun bir hissəsidir. Kimi, nə vaxt qaytarmaqla bağlı qərarı münqaişə tərəfləri verir.
Əsir və girovların sayı barədə məlumatın daşıyıcısı münaqişə tərəfləridir. Bu səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsi rəqəmləri açıqlamır".
Bu barədə RBK-ya müsahibəsində bildirib.
“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o deyib.
P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva koronavirus xəstələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:
“Təəssüf ki, insanlar özləri də, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu, yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antiotikdən qaçmaq lazımdır".
Oxu.az məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
H.Harmancı qeyd edib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını məhdudlaşdırmalıdır:
“Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”.
Bu, dövlət başçısı və Birinci vitse-prezident Ağdam məscidini ziyarət edərkən baş tutub.
Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciətində deyilir.
Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir.
"İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.
Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.
Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev sağdır.
Bu barədə oxu.az-a əsir düşən hərbçimizin əmisi Sənan Sadıqov məlumat verib.
“Qardaşım oğlu haqqında bildiyim tək şey onun sağ olmasıdır, başqa məlumatım yoxdur”, - deyə S.Sadıqov bildirib.
Xatırladaq ki, erməni tərəfi döyüşdə yaralanan A.Musayevə ilk tibbi yardımın göstərildiyini və sonra xəstəxanaya aparılmasını iddia edən videogörüntülər yaymışdı.
Azərbaycanlı hərbçinin gələcək taleyindən isə heç nə məlum deyil.
Ötən həftə müxbirimiz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə əlaqə saxlayıb, lakin komitə hərbi əsirlər Amin Musayev və Bayram Kərimov haqqında hər hansı məlumat verməkdən imtina edərək bildiriblər ki, bu şəxslərlə əlaqədar bütün məlumatlar yalnız onların ailələrinə veriləcək.
Lakin hərbi əsirin əmisi S.Sadıqov söyləyib ki, BQXK bu günə qədər ailəyə A.Musayev haqqında məlumat verməyib.
S.Sadıqov deyib ki, hazırda o, BQXK-nin Bakı ofisinin nümayəndəsi ilə görüşmək üçün Bərdəyə gedir.
Qeyd edək ki, A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır. Döyüşçünün atası bir neçə il əvvəl vəfat edib.
Biz hadisələrin davamını diqqətdə saxlamağa davam edəcəyik.