![]() |
|
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında deyib.
E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib:
“Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhədə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.
Bu gün Ermənistanda “kovid dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək, orduya getməkdən yayınırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə səfərbərlik xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur.
Xalq öz liderinə böyük inam və yüksək vətənpərvərlik ruhu nümayiş etdirir. Ötən illər ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.
Buna görə də şəhər icra hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə sözün əsl mənasında fəxr edə bilərik. Bu tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinə müsahibə verib.
Müsahibəsi zamanı Baş prokuror Azərbaycan Qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib.
"Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə
tutulmuş məktəb binası idi…”, - o əlavə edib.
“Reuters”ə Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən Baş prokuror, həmçinin bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını qeyd edib.
Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.
Report xəbər verir ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.
Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil.
Report xəbər verir ki, onlar səfər çərçivəsində Gəncədə erməni terroru nəticəsində dağılmış ərazilərə baş çəkib, qurbanların xatirəsini anıblar.
Oxu.az xəbər verir ki, S.Peqovun yalançı ittihamlarını yerlə bir edən azərbaycanlı hərbi jurnalist Fərdin İsazadə Peqovu faktlarla susdurub.
O, ordumuz tərəfindən məhv edilən erməni texnikalarının görüntülərini yayımlayıb. Eyni zamanda üç dəfə elan edilən, amma Ermənistan tərəfinin pozduğu humanitar atəşkəsdən də söz açıb.
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 3-8, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlıq
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Əvvəlcə şimal və şərq bölgələrində, 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır. Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir
Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.
"Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir",- MN-dən bildirilib.
Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.
Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.
“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.
Dövlət Feldyeger Xidmətinin sabiq rəisi, general-leytenant Ədalət Paşayev vəfat edib.
Qafqazinfo xəbər verir ki, Ə.Paşayev bir müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, generalın oğlu Azad Paşayev də iyul ayında xəstəlikdən vəfat etmişdi. A.Paşayev Azərbaycanın Moldova, Serbiya və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində işləyib.
Qeyd edək ki, Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir.
Bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Onun əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.
“İnteqrasiyalı İnkişaf Qrupu” İctimai Birliyinin sədridir.