![]() |
|
“Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunublar, beynəlxalq tribunal qarşısında cavab veriblər”.
Report xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.
Səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir.
“Haber Global” hadisə yerindən canlı yayıma çıxıb.
Hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilmiş, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.
Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanın Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsünü yayıb.
Həmin görüntüləri təqdim edirik:
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsü
“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir”.
Bunu Prezident İlham Əliyev “İnterfaks”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”.
“Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”, - deyə Prezident əlavə edib.
“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirib.
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı çox böyük narahatlıq doğurur.
Mövcud vəziyyəti şərh edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizin bütün bölgələrində aşkarlanıb: "Lakin bəzi bölgələrdə vəziyyət daha ciddidir. Bəzi bölgələrdə yoluxma daha yüksək rəqəmlərlə ifadə olunduğuna görə lokal olaraq həmin ərazilərdə karantin rejimi daha sərtləşdirilib, cənub bölgəsində, Şəki və Mingəçevirə giriş-çıxış bağlanılıb. Elə regionlar var ki, orada xəstəlik ciddi şəkildə yüksələn xətlə gedir.
Hazırda ölkəmizdə azğın düşmənlərin işğal etdikləri torpaqlarımnızdan çıxarılması uğrunda haqq savaşı aparılır. Biz hələ sentyabrın 27-dən əvvəl də həkim və tibb işçilərini qorumaq barədə çağırışlar edirdik. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı “Koronavirus və yorğunluq” məqaləsini dərc edib. Orda da haqlı olaraq qeyd olunur ki, uzun aylardan bəri pandemiya ilə aparılan mübarizədə hamı yorulub. Lakin bəlkə də ən çox yorulan həkim və tibb işçiləridir, çünki onlar artıq doqquz aya yaxındır ki, sərt rejimdə fəaliyyət göstərirlər. Qısa bir müddətdə onlar rahat nəfəs almağa imkan tapdılar və bundan az sonra indi artıq xəstəliyin ikinci dalğası baş qaldırıb. “Gözəgörünməz” düşmənlə mübarizə aparıldığı bir vaxtda sağlamlıq keşikçiləri düşmən üzərində ümumi qələbəyə öz töhfələrini vermək, bu sahədə zabit və əsgərlərə dəstək göstərmək istəyirlər. Lakin koronavirusa yoluxanların sayı artdıqca hansısa tibb müəssisələrini yenidən pandemiya xəstəxanası kimi istifadə etməyə məcbur oluruq və həmin xəstəxanalar bir gün, bəzən bir neçə saat ərzində dolur. Bir xəstəxananın ortalama çarpayı fondu 200-300 arası olur. İndiki yüksək yoluxma şəraitində tibb müəssisəsi bir günün içində xəstələrlə yüklənmiş olur. Hər şey çarpayı ilə həll olunmur, xəstələrə qulluq edən tibb personalına böyük ehtiyac var. Ona görə də bunu dərk edən hər kəs özünü koronavirus infeksiyasına yoluxmaqdan qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidirlər”.
Şöbə müdiri qeyd edib ki, maska xəstəlikdən qoruyur: "Özü də təkcə koronavirusdan yox. Təcrübə göstərir ki, koronavirusla mübarizə dönəmində kəskin respirator virus infeksiyalarına yoluxanların sayı azalıb. Başqa sözlə desək, maska taxılması təkcə koronavirusdan deyil, bütün respirator və tənəffüs yolu ilə yoluxa bilən xəstəliklərdən qoruyur. Bu yaxınlarda dərc olunan bir araşdırmada deyilir ki, maskanın taxılması peyvənd kimi sipər rolu oynayır. Onu da etiraf edək ki, maska taxılması tam şəkildə xəstəlikdən qorumur, müəyyən miqdar viruslar ondan keçə bilər, lakin həmin viruslar xəstəlik törətmək iqtidarında yox, az miqdarda olur və insanda bəlli bir immunitet yarada bilir. Yəni, maska mütləq şəkildə taxılmalıdır. Onun vasitəsilə özümüzü, yaxınlarıımzı və ətrafımızda olanları qorumalıyıq.
Sosial şəbəkələrdə və bəzi dairələrdə maskadan çox istifadə edilməsinin ziyanlı olduğu və guya hansısa xəstəliyə səbəb olması barədə məlumatlar dolaşır. Pandemiya başlamamışdan əvvəl heç kimdən maskadan istifadə edilməsi tələb olunmurdu. Hazırda isə bu, bizim üçün məcburi bir addımdır. Hər kəs özünü çox ağır bir xəstəlikdən qorumalıdır. Əlbəttə, xəstəlik olmadığı təqdirdə heç kəsdən maska taxması xahiş edilmirdi. Maskanın ziyanlı olması barədə danışanlara demək istəyirəm ki, həkimlər, cərrahlar, əməliyyat otağında çalışan tibb işçiləri demək olar ki, günün çox hissəsini maskada keçirirlər. Onların hansısa ağciyər və ya digər xəstəliyə tutulması barədə statistika yoxdur. Lakin bu gün onun taxılması məcburi bir addımdır və bizə vacib lazımdır”.
TƏBİB-in şöbə müdiri son günlər yoluxmanın artımı barədə danışarkən bunun başlıca səbəbini davranışla əlaqələndirib: “Doğrudur, biz payız-qış mövsümündə xəstəliyin artım sürətini gözləyirdik. Lakin hələ havalar soyumayıb. Ona görə də yüksəlişi havaların kəskin soyuması və kəskin respirator virus infeksiyasının artımı ilə əlaqələndirə bilmərik. Deməli, burda daha çox davranış problemləri var, sentyabrda yoluxma səviyyəsinin aşağı enməsi bir qədər arxayınçılıq və rahatlıq yaratdı. Digər bir səbəb son bir ayda baş verən hadisələr nəticəsində kütləvi toplaşma və təmasların artması, bir sıra mərasim və toplaşma zamanı sosial məsafənin gözlənilməsinin və maska taxılmasının tamamilə unudulması oldu”.
Y.Qarayeva ölkəmiz tərəfindən alınacaq koronavirusa qarşı peyvənd barədə məlumat verərək deyib: “Peyvənd immunitet yaratmaq qabiliyyətinə malik olmalı, eyni zamanda, fəsad və əks-təsir yaratmamalıdır, onun istifadəsi və saxlanılma qaydaları rahat olmalıdır. COVID-19-u keçirənlər bilməlidirlər ki, həmin xəstəliyi keçirməyin hansı müddətə immunitet yaratdığı hələ məlum deyil. Elə adamlar var ki, xəstəliyi keçirəndən sonra onun orqanizmində anticisimləri yoxlayarkən onlarda yüksək titr aşkarlanır. Lakin elələri də var ki, yoxlama zamanı heç bir titr aşkarlanır. Bu, o deməkdir ki, xəstəlik keçirmək onları qorumur. Bəlkə də onlar özlərini daha çox qorumalıdırlar, çünki bir dəfə bu ağır xəstəliyi keçiriblər. Ola bilər ki, onların ağciyər və tənəffüs orqanlarında hansısa fəsadlar qalıb, həmin şəxslərin təzədən koronavirusa və ya qripə yoluxması çox ciddi fəsada səbəb ola bilər. Ona görə də hamı bilməlidir ki, peyvənd olduğu təqdirdə eyni vaxtda hamıya vurula bilməz, ilk növbədə risk qruplarına vurulacaq. Hətta onun istehsalına başlanılsa da, hamıya yetəcək miqdarda da olmayacaq. Bu gün hətta qrip peyvəndinə o qədər böyük tələbat var ki, hər arzusunda olan ölkə onu əldə edə bilmir, çünki tələbat çox böyükdür”.
O, peyvənd barədə fikirlərinə əlavə edərək deyib: “Hətta bəzən adi bir qidadan allergik reaksiya yaranır. Elə insan var ki, hamının sevdiyi və rahat qəbul etdiyi hansısa qida məhsulu onun orqanizmində anafilaktik şoka səbəb olur. Ona görə də hər hansı dərman preparatının hansısa əks-təsiri olduğunu unutmamalıyıq. Ən adi “parasitomol” dərmanının annotasiyasını açıb oxuyanda onun hansısa təhlükəli nəticələr verə biləcəyi qorxu hissi doğurur. Ona görə də peyvəndin özünün də bir dərman vasitəsi olduğunu unutmamalıyıq və fərdi olaraq kimlərdəsə müəyyən fəsad verə bilər. Ona görə də peyvəndin istifadə qaydasında kimlərin və necə istifadə etməsi barədə qaydalar öz əksini tapacaq. Adətən virus peyvəndləri texnoloji olaraq toyuq yumurtası hüceyrələrində əmələ gətirilir və orada məxsusi olaraq göstərilir ki, məsələn, yumurtaya, toyuq ətinə və s. allergiyası olanların istifadə etməsi məqbul deyil. Bütün dərman preparatlarına, hətta fərdi olaraq qida məhsullarına da hansısa əks-təsir meydana çıxa bilər. Ona görə də bütün sınaq mərhələlərini keçmiş peyvənddən ehtiyat etməməliyik. Hələlik isə ölkəmizə COVID-19-la əlaqədar heç bir peyvənd gətirilməyib və gətirmək fikrimiz də yoxdur. Məqsəd ondan ibarətdir ki, həqiqətən təsirli, lakin əks-təsiri olmayan, immunitet yarada bilən peyvənd istehsal olunacaqsa, Azərbaycan da onu ilk ala bilən ölkələrin sırasında olsun”.
“Vaxtilə Avropada H1N1 adlandırılan “donuz qripi” milyonlarla insanın həyatına son qoydu. Hazırda həmin virusa qarşı hansısa təsirli bir dərman preparatı olduğunu desək, doğru olmaz. Müəyyən vaxtdan sonra insanla virus arasında gedən proseslər nəticəsində uyğunlaşmalar olur. Düzdür, həmin virusa yoluxanlar uzun müddət ağır fəsadlarla üzləşir, öskürür, lakin ölümə səbəb olmur və ötüb keçir. Belə bir nəzəri fikir var ki, müəyyən vaxt keçəndən sonra həmin virusla insan arasında da uyğunlaşma mexanizminin ortaya çıxması mümkündür. Məsələ burasındadır ki, COVID-19 yeni virusdur, onda başqa viruslarda olmayan yeni xüsusiyyətlər üzə çıxır. Məsələn, yoluxmanın kəskin dönəmində deyil, sonrakı dönəmində daha kəskin fəsadlar meydana çıxır. Qətiyyən demək olmaz ki, birinci dəfə yoluxanlar xəstəliyi daha yüngül, ikinci dəfə yoluxanlar daha ağır keçirirlər. Bizim üçün yoluxma sayından çox ağır xəstələrin sayı narahatlıq doğurur. Hazırda ölkəmizdə 200-dən çox xəstə reanimasiya şöbəsində müalicə alır və onlardan 42 nəfər süni tənəffüs aparatına qoşulub. Yoluxanların çoxunun evdə müalicə alması da bir qədər rahatlıq doğurur, amma daha çox reanimasiyada olanlar üçün narahatlıq keçiririk, çünki onların yataqda müalicə olunması daha uzun çəkir və vəziyyətdən çıxmasına olan ümid daha az olur,” - deyə şöbə müdiri bildirib.