![]() |
|
Nazirliyin yaydığı məlumatda bildirilir ki, əsgər Məmmədov Ruslan Arzu oğlu reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edir:
"Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Qrup komandiri vəzifəsinin öhdəliyindən layiqincə gəlir. Döyüşlər zamanı reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edir".
"Ölkə.Az" xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, əsgər Məmmədov Ruslan Arzu oğlu reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edir:
"Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Qrup komandiri vəzifəsinin öhdəliyindən layiqincə gəlir. Döyüşlər zamanı reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edir".
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Trend bildirir ki, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.
Qanuna ediləcək dəyişilikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.
Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında" əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.
Həmin müraciəti təqdim edirik:
"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.
O, Birinci Qarabağ Müharibəsi qazisidir. 1990-cı illərdə 703 saylı hərbi hissənin tərkibində Ağdərə, Madagiz (Tarixi adı bərpa olunduqdan sonra Suqovuşan adlanır - red.), Buzluq, Talış, 3-cü Sovxoz kəndləri uğrunda vuruşub.
1990-cı il yanvarın 20-də yaralanıb.
Üç övladı var. Böyük oğlu hərbçidir, 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Məişət zəminində qolundan yaralanıb (əli iflic olub), bu səbəbdən xidməti dayandırılıb. Kiçik məktəbli oğlu var. Ailədə ortancıl oğuldan başqa heç kim işləmir. Ayda cəmi 400 manatla dolanırlar.
Qazi onkoloji (ağciyər adenokarsinoması) xəstədir.
Ona kömək etmək istəyirsinizsə, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
0516104771
“Bu barədə Müdafiə Nazirliyinin yaydığı materialda bildirilib.
“Namiq Rzayev bölmələrimizin irəliləməsi üçün qrup komandiri kimi əlindən gələni əsirgəməyib. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsində əməyinin olmasından qürur hissi keçirir”, - vurğulanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21- 26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Oktyabrın 27-28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.
Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub. 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaq olub.
Müraciətdə deyilir:
"Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!"
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapmışdır:
"Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.
Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.
Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.
1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.
Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.
Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.
Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq".