![]() |
|
Astara rayonunun Ovala kəndində yolların vəziyyəti sakinlərdə narahatlıq doğurur.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Ovala kənd sakinləri illərdir rayon mərkəzinə gedib-gəlməkdə əziyyət çəkirlər. Mürəkkəb relyefə malik olan kəndin yollarında əsasən “UAZ” və “Niva” markalı avtomobillərlə hərəkət etmək olur. Sürücülər isə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin tez-tez sıradan çıxmasından gileylənirlər. Payız-qış mövsümündə yağış, sel suları tez bir zamanda yolu sıradan çıxarır. Sakinlərin sözlərinə görə, yol əsaslı təmir olunmalı, aşırımlarda su ötürücü qurğuları qoyulmalıdır. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq hələlik bir nəticə olmayıb.
Bir neçə il əvvəl kənddə Heydər Əliyev Fondu hesabına məktəb binası tikiləndə, sakinlər nəhayət yolun da düzələcəyinə ümid ediblər. Belə ki, 100 şagird yerlik kənd ümumi məktəbinə digər iki - Şəmətük və Xıçaso kəndlərindən də oxumaq üçün şagirdlər gəlir. Yağışlı-qarlı günlərdə və palçıqda məktəbə üz tutan azyaşlıların vəziyyətini təsəvvür etmək çətin deyil.
Kəndə təcili tibbi yardım və ya yanğınsöndürən maşınların da vaxtı-vaxtında gəlməsi problemə çevrilib.
Kənd sakinlərinin yol problemlərinə münasibət bildirən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov qeyd edib ki, bu kənd Kijəbə - Pəlikeş yolu üstündə yerləşir: “Kijəbə qəsəbə inzibati ərazi dairəsinə daxildir. Əsas yol dövlət vəsaiti hesabına yüksək səviyyədə yenidən qurulub. Bu yoldan kəndə dönən hissə 3,7 km təşkil edir. Yolun təmir-bərpası ilə Kijəbə qəsəbə bələdiyyəsi məşğul olmalıdır. Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə də bu məsələ qaldırılıb. Vətəndaşların müraciəti nəzərə alınaraq payız mövsümündə yolda cari təmir işləri aparmaq nəzərdə tutulub”.
Müvafiq icazələri olmadan qanunsuz olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində idarənin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli parkında qanunsuz olaraq quş ovlanmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı məlum olub.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brokenyerliklə məşğul olan şəxslərə qarşı da mütəmadi olaraq tədbirlər həyata keçirilir. Sonuncu belə tədbir zamanı Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Onlara müvafiq qərara əsasən sentyabr ayının 1-nə qədər ümumiyyətlə balıq ovlanmasının qadağan olduğu barədə məlumatlar verilir. Həmçinin balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə əşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada cəza və cərimələr tətbiq ediləcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.
“Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir”. Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Notariatın fəaliyyəti üzrə keçirilən onlayn brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir: “Təmsilçilik isə mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır”.
“Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və başqa müqavilələr bağlanmalıdır”, – deyə H.Məmmədov qeyd edib.
Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Dünən “Qafqazinfo”da Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər yayımlanmışdı. Bu gün isə saytımıza Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.
Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə tost deyib.
Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.
Bu barədə BNA açıqlama yayıb.
Bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək:
“Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.
Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir”.
Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.
Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 32-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Sürücü Həmid Əliyev avtomobili idarə etmədiyi halda ona protokol tərtib olduğunu idda edir. Bu barədə müraciət edən vətəndaş bildirib ki, 2019-cu ilin iyun ayının 10-da aeroport yolunda (Olimpiya Stadionunun yaxınlığında) avtomobil qəzasına uğrayıb. Həmin vaxtdan idarə etdiyi 90 FF 928 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil cərimə meydançasına yerləşdirilib. "Bu vaxt ərzində maşını idarə etməmişəm. Amma bu yaxınlarda ASAN xidmətdə sürücülük vəsiqəsini dəyişmək istəyəndə bildirdilər ki, 349 manat cərimən var. Hətta cərimələrin ikisi avtomobil qəzaya düşdükdən sonra yazılıb. Bu necə olur ki, maşın sürmədiyim halda mənə cərimə tətbiq olunur?"
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücüyə idda etdiyi kimi protokol tərtib olunmayıb.
"Qeyd edilən protokol 04.06.2019-cu ildə sürücü əks istiqamətdə hərəkət etdiyi üçün tərtib olunub. Xətanın mövcudluğu ilə yerində razılaşmadığı üçün qərar çıxarımayıb. Sürücü iştirakı ilə işə baxılması üçün gəlmədiyinə görə 22.06.2019-cu ildə həmin protokol üzrə qərar qəbul edilib. Sürücü cərimə borclarını ödəmədiyi üçün cərimə borcunun üzərinə dəbbə pulu gəlib. Sürücü isə cərimə borcunu yenə ödəməyib. Bu səbəbdən
24.10.2019-cu ildə cərimə borcunu vaxtında ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən protokol tərtib olunub və baxılması üçün məhkəməyə təqdim olunub. Yəni, bu protokol konkret olaraq hansısa yol hərəkəti qaydalarını pozmağa görə deyil, inzibati cərimənin ödənilməsinə görə şəxsin iştirakı olmadan tərtib olunub."
Kamran Əliyev bildirib ki, 17.04.2020-ci ildə tərtib olunmuş protokolun isə Dövlət Yol Polisinə aidiyyəti yoxdur.
Orxan
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin özünütəcrid qaydalarına riayət etməsi məqsədilə tədbirlər həyata keçirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, mütəmadi olaraq polis əməkdaşları həmin şəxslərin yaşadıqları ünvanlara baş çəkir, onlarla maraqlanırlar.
Ətrafdakı şəxsləri də virusa yoluxdurmamaları üçün yaşadıqları ünvanları tərk etməmələrinin vacibliyi onların diqqətinə çatdırılır. Həmçinin, bildirilir ki, qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqlar.