Astarada yol problemi:  “Uşaqlar daim palçıq içində olur”  - VİDEO

Astara rayonunun Ovala kəndində yolların vəziyyəti sakinlərdə narahatlıq doğurur.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Ovala kənd sakinləri illərdir rayon mərkəzinə gedib-gəlməkdə əziyyət çəkirlər. Mürəkkəb relyefə malik olan kəndin yollarında əsasən “UAZ” və “Niva” markalı avtomobillərlə hərəkət etmək olur.  Sürücülər isə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin tez-tez sıradan çıxmasından gileylənirlər. Payız-qış mövsümündə yağış, sel suları tez bir zamanda yolu sıradan çıxarır. Sakinlərin sözlərinə görə, yol əsaslı təmir olunmalı, aşırımlarda su ötürücü qurğuları qoyulmalıdır. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq hələlik bir nəticə olmayıb.

Bir neçə il əvvəl kənddə Heydər Əliyev Fondu hesabına məktəb binası tikiləndə, sakinlər nəhayət yolun da düzələcəyinə ümid ediblər. Belə ki, 100 şagird yerlik kənd ümumi məktəbinə digər iki -  Şəmətük və Xıçaso kəndlərindən də oxumaq üçün şagirdlər gəlir. Yağışlı-qarlı günlərdə və palçıqda məktəbə üz tutan azyaşlıların vəziyyətini təsəvvür etmək çətin deyil.

Kəndə təcili tibbi yardım və ya yanğınsöndürən maşınların da vaxtı-vaxtında gəlməsi problemə çevrilib.  

Kənd sakinlərinin yol problemlərinə münasibət bildirən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov qeyd edib ki, bu kənd Kijəbə - Pəlikeş yolu üstündə yerləşir: “Kijəbə qəsəbə inzibati ərazi dairəsinə daxildir. Əsas yol dövlət vəsaiti  hesabına yüksək səviyyədə yenidən qurulub. Bu yoldan kəndə dönən  hissə 3,7 km təşkil edir. Yolun təmir-bərpası ilə Kijəbə qəsəbə bələdiyyəsi məşğul olmalıdır. Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə də bu məsələ qaldırılıb. Vətəndaşların müraciəti nəzərə alınaraq payız mövsümündə yolda cari təmir işləri aparmaq nəzərdə tutulub”.

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti