![]() |
|
“Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur.
“Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.
Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
17 Avqust 2020-ci il tarixindən etibarən kafe və restoranların açıq hissələrində fəaliyyətin bərba olununması, bu tarixdən bir həftə sonra da rayonlara gediş-gəlişin bərpa olunması nəzərdə tutulur.
Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”,- Şahmar Mövsümov bildirib.
“İnsanları evdə saxlamaq istəmirik”
Şahmar Mövsümov deyib ki, İyulun 26-sı radələrində Azərbaycanda koronavirusa yoluxmada artım qeydə alınıb”.
“Bu, iyulun 13-də insanların kütləvi şəkildə küçəyə çıxması, maskasız hərəkət etməsi, məsafə saxlamaması ilə izah oluna bilər. Amma artım trendi davam etməyib, bu da yəgin ki, karantin rejimi ilə bağlıdır. Bundan 2 nəticə çıxır. Kütləvi yığıncaqlarda yoluxma riski artır və karantin rejimi işə yarayır. Amma insanlar sona qədər riskləri dərk etmir. Kafe və restoranlar, mağazalar açılmasa da, insanlar bir yerdə toplaşaraq maskasız, arxayın gəzir. Bu, çox davam edə bilməz və bağlanma ilə nəticələnəcək. Biz insanları evdə saxlamaq istəmirik, istəyirik ki, hamı işləsin, təhsilinə davam etsin, amma gəlin sıxlıq yaratmayaq, maska taxaq”, - deyə o, qeyd edib.
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq aydın görünür:
“Belə hiss var ki, insanlar riski qəbul etmir. Hələ kafe və restoranlar açılmayıb. Hələ bu vəziyyətdə insanlar maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik. Hökumətin düzgün etmədiyini deyib, yükü onun üzərinə qoymaq yanlışdır. Məsuliyyətli olmaq lazımdır”.
Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.
"Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”.
Bunu "Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:
"Biz daha əvvəllər də gördük ki, insanlar arxayın olduğu zaman xəstəliyə yoluxma sayı yenidən yüksələ bilər. Bundan sonra da yumşaldılmaların tədricən olacağı bir məqamda insanlar ehtiyatı əldən verməməlidir. Əgər yenə bu, ciddiyə alınmasa, xəstələrin sayının təkrar artımı müşahidə oluna bilər”.
Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:
"İnsanlar daha da ehtiyatlı olmağa başlayıblar. Artıq əhalinin böyük bir qismi yoluxub. Bu baxımdan düşünmürəm ki, bundan sonra yoluxmalar artsa belə, 500-600 civarında olsun. İndi yaşadığımız dövr qədər pik yoluxma olacağını zənn etmirəm. İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.
V.Əliyevin sözlərinə görə, gedişat belə olarsa, payıza doğru tədricən karantin rejimindən çıxa biləcəyik:
"Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz. Zamanla bu azaldılacaq. Çox güman ki, müvafiq qurumlar tərəfindən vəziyyət dəyərləndirildikdən sonra rayonlararası gediş-gəlişlə bağlı qərar veriləcək. Fikrimcə, müsbət tendensiya davam edəcəyi təqdirdə payıza doğru karantin rejimindən tədricən çıxacağıq”.
“Dünən Azərbaycan üzrə statistika pozitiv olub. Hər gün yoluxanların sayı sağalanların sayından az olur”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yumşalmaya gedilir: “Biz göz yummaqla problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Bəzi qapalı məkanlar açılır. Biz qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir. Hər birimiz karantin rejimindən yorulmuşuq”.
“Növbəti həftədə rayonlara gediş-gəlişin bərpa olunması müzakirə olunur”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, burada vacib məsələ sanitar-epidemioloji vəziyyətə nəzarətdir.
"Ölkə.Az" xəbər verir ki, mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.