![]() |
|
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqust ayında sərtləşdirilmiş karantin rejimi tətbiq edilən inzibati ərazilərdə 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı brifinq keçirir.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazir Sahil Babayev bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.
O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.
Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.
"D vitamini sintezi yanlız çimərliklərdə baş vermir, müxtəlif üsullarla bu sintez gedə bilər. İnsanlar eyvanda dayandıqları zaman da D vitamini sintezi baş verir. Çünki eyvanda da günəş var".
Bu sözləri publika.az-a Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
Həkimin sözlərinə görə, çimərliklərin açılmasında məqsəd təkcə D vitaminin səviyyəsini qaldırmaq deyil: "Çimərliklərin insan immunitetini çox ciddi şəkildə gücləndirdiyi isə bir əfsanədir. Çimərlik sadəcə olaraq insanların istirahət etməsi üçündür. Oranı da fəaliyyətinin sadəcə olaraq istirahət məqsədilə bərpa etdilər. Bu gün insanlar çimərliyə gedə bilmədikləri üçün yox, evdə qaldıqları üçün immunitetləri zəifləyir. Bu isə problem ola bilər. Dövlət çimərliklərin açılması qərarını verərkən bütün mümkün riskləri qiymətləndirib və bu riskə gedib. Qarşıdakı 2-3 həftə ərzində də bunun təsirlərini müşahidə edəcəyik.
V.İsmayıl tövsiyə edib ki, kafe və restoranların fəaliyyətinə icazə verilsin: "Operativ Qərargahın dünənki brifinqində daha çox yumşalma gözləyirdim. Düşünürdüm ki, bəzi iş yerləri açılacaq, kafe və restoranların fəaliyyətinə icazə veriləcək. Amma bunlar olmadı. Mənim təklifim budur ki, tezliklə kafe və restoranların açılmasına icazə verilsin. Bu, xüsusi bir rejimlə də edilə bilər. Çünki kafe və restoranları düzənləmək kifayət qədər asandır və açılsa çox yaxşı olar".
Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər:
“Çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə mutasiyaya uğrama ehtimalı, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür”.
Qeyd edək ki, artıq bir çox ölkələr payız, qış aylarında “Covıd-19"un ikinci dalğası ilə üzləşməmək üçün indidən hazırlıqlar görməyə başlayıb. Həmin tədbirlərdən biri də qripə qarşı peyvəndlə bağlıdır. Məsələn, qonşu Rusiya artıq sentyabr ayından qripə qarşı peyvənd kampaniyasına hazırlaşır. Ölkənin Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, Seçenov Universitetinin professoru Vladimir Çulanov bildirib ki, qrip əleyhinə peyvənd vurulmalıdır, xüsusən soyuq havaların başlaması ilə bədən zəifləməyə başlayanda:
“Bu il peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır. Qrip peyvəndlərinin koronavirus infeksiyasının növbəti dalğasının qarşısının alınmasında effektivliyi sübut olunmayıb. Lakin tamamilə istisna edilə bilməz”.
Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür? Qripə qarşı peyvənd vurdurmaq nə dərəcədə zəruridir? Bu yolla özümüzü koronovirusdan nə qədər sığortalaya bilərik? Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronaviruslu xəstələrin müalicəsində iştirak edən Ədalət Rüstəm mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, mövcud qriplərə qarşı peyvənd vurulması müsbət haldır:
“Yəni 5-10 faiz onun effekti olur.
Bu doğrudur ki, payız aylarında havalar soyuyan kimi qrip xəstəlikləri başlayacaq, o cümlədən də “Covıd-19" infeksiyası bu xəstəliklərə qoşulacaq. Bunun üçün ehtiyatlı davranmaq lazımdır”.
Həkim adi qriplə “Covıd-19"u necə fərqləndirilməsindən də danışıb:
“Bunları bir-birindən ayırmaq ilk vaxtlar çətin olacaq. Lakin onların fərqli cəhətləri var və bu haqda artıq insanlar məlumatlıdır. Belə ki, ”Covıd-19" qripində iy, dad bilmə hissiyyatı itir, öskürək davamlı olur, udqunmaq çətinləşir. Lakin adi qripdə simptomlar adətən yüngül keçir.
O ki qaldı peyvənd məsələsinə, adi qriplərin peyvəndi demək olar ki, effektsizdir. Yəni olmasa ondan yaxşıdır. Ümumiyyətlə, qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir. Onların effekti yoxdur. Bu baxımdan “Covıd-19"a qarşı hazırlanacaq peyvənd də o qədər də effektli olmayacaq.
İkinci bir tərəfdən, inanmıram ki, “Covıd-19"a qarşı hazırlanacaq peyvənd tez bir zamanda, yəni payızda aylarında icad olunsun. Bu baş versə belə, qeyd etdiyim kimi təsiri o qədər də effektli olmayacaq.
Bildiyiniz kimi bundan əvvəl koronavirusun digər növləri olan “Sars”, “Mers” pandemiyası olub. Artıq həmin viruslar demək olar ki, yox olub. Bəzi dünya mütəxəssisləri buna əsaslanaraq bildirirlər ki, “Covıd-19" da onun kimi yox olub, bitəcək. ”Sars" və “Mers” pandemiyası 5-6 ay davam edib. “Covıd-19" da artıq 5 aydan çoxdur ki, ölkələri gücdən salıb. Ehtimal olunur ki, onunla bağlı da artıq təhlükə geridə qalıb. Yəni bütün bunların hamısı sadəcə ehtimaldır. Bu virusun bundan sonra necə davranacağı hələlik tibbə məlum deyil”.
Bəs Azərbaycanda qripə qarşı peyvənd neçəyədir və bu peyvənd kimlərə vurula bilər?
Qeyd edək ki, ölkədə qrip milli peyvənd təqviminə daxil olmadığı üçün peyvənd ödənişli əsaslarla özəl klinikalarda aparılır. Yəni kim peyvənd vurdurmağı arzulasa, özəl klinikalara ödənişli qaydada müraciət edə bilər.
Mütəxəssislər bildirirlər ki, qripə qarşı peyvənd təhlükəli virusa yoluxma ehtimalını azaldır, bədənin viruslara qarşı müqavimətini artırır. Beləcə, xəstəlik daha asan aradan qalxır və yayılmır. Qripə qarşı vaksini mövsümün əvvəlində, sentyabrdan noyabradək aparmaq daha məsləhətlidir. Bu müddət ərzində peyvənd vurularsa, epidemiya başlayana qədər insanda immunitet yaxşı formalaşır. Davamlı immunitet dərhal yaranmır, bu, ancaq 10-14 gündən sonra baş verir. Peyvənd uşaqlarda 6 ayından başlayır.
Qripə qarşı peyvəndin qiymətinə gəldikdə isə qeyd etdiyimiz kimi bu peyvənd bir sıra özəl klinikalarda aparılır. Məsələn, Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndi tətbiq edilir. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 55 manatdır. Mərkəzi Klinik Xəstəxanada bu qiymət 36 manat, digər klinikalarda isə 40-42 manatdır.
Kliniki tibbi mərkəzin laboratoriyasındayıq. Çin Xalq Respublikasından ölkəmizə gələn xarici həkimlər artıq fəaliyyətə başlayıblar. Onlar yerli həkimlərlə təcrübə mübadiləsi aparırlar.
Real TV xəbər verir ki, xaricdən gələn mütəxəssislər 2 həftə boyunca respublika ərazisində olan xüsusi rejimli xəstəxanalarda mövcud beynəlxalq protokollar əsasında xəstələrin müalicəsini həyata keçirəcəklər.
Bu həftə ərzində biz geniş plan qurduq. Eyni zamanda regionlara səfər edəcəyik və Bakıdakı laboratoriyalarımıza baxış keçirəcəyik və digər laboratoriya qrupunun həkimləri ilə bərabər vebinar da təşkil etməyi planlaşdırmışıq. Onlar bu vebinar vasitəsilə də bizimlə öz təcrüblərini paylaşacaqlar.
Çinli həkimlər laboratoriya aparılan virus testlərinin səviyyəsini yüksək qiymətləndirdilər.
Azərbaycandakı laboratoriyalarda nuklein turşusu testlərini təkmilləşdirmək işində Çinin təcrübələrini istifadə edəcəyik. Azərbaycandakı laboratoriyalarda olduq. Azərbaycanlı həmkarlarımızla birgə əməkdaşlıq şəraitində bu işin səviyyəsini yüksəldəcəyimizə ümid edirik.
Xatırladaq ki, Covid-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində təcrübə mübadiləsi məqsədilə avqustun 4-də Çindən Azərbaycana əsasən infeksionistlərdən ibarət həkim briqadası gəlib.
Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.
Bu haqda Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Aşura günü isə avqustun 30-na təsadüf edəcək.
Onu da qeyd edək ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.
Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, 3 493 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.
Bakı Metropoliteni Nazirlər Kabinetinin qoyduğu qaydalar əsasında fəaliyyət göstərir.
Bu sözləri saytımıza açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metroda bəzi sahələr var ki, onlar daim işləməlidir və onları nəzarətsiz qoymaq olmaz.
Metropolitendə işlər əsasən gecələr görülür. Məsələn, dezinfeksiya işləri müntəzəm olaraq müəyyən etdiyimiz qrafik əsasında aparılır. Buna görə də bəzi sahələrin işçiləri öz işlərini davam etdirir.
Tunellərdə nasos sahələri var. Yeraltı qurunt suları heç nəyə tabe olmur, daim axır. O sahə mütləq olaraq tam rejimdə işləməlidir. Hər sahənin xüsusiyyətləri nəzərə alınmaqla bu qayda ilə fəaliyyətini davam etdirir.
Bundan başqa stansiya növbətçiləri də öz işlərinin başındadır. Qatarlarda akkumlyatorlar və sistemləri daim nəzarətdədir. Elə təmir növləri var ki, onlar mütləq yerinə yetirilməlidir. Çünki onlar normativ xidmətlər tələb edir. Tikinti istismar qaydalarında əgər yazılıbsa ki, qatarlar bu vaxt təmir olunmalıdır, deməli olunmalıdır. Biz Bakı Metropolitenini elə vəziyyətdə saxlamalıyıq ki, Nazirlər Kabineti "sabah metro işləyəcək" deyəndə biz metronu istifadəyə verə bilək.
Metropoliten sözcüsü həmçinin qeyd edib ki, işlərini davam etdirən əməkdaşlar sosial məsafəni qoruyur, tibbi maskadan istifadə edir və özünüqoruma qaydalarına mütləq əməl edirlər.(kommersant.az)
7 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılacaq.
Qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: “Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.
Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.
Bəzən insanlar fikirləşirlər ki, “gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.
K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:
“Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”.