![]() |
|
Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir.
İclasda deputatlar çıxış edərək karantin rejiminin yumşaldılması ilə bağlı təkliflər irəli sürüblər.
Deputat Fazil Mustafa bəzi iş yerlərinin açılmasını təklif edib: “Marketlərə çox sayda insan daxil olur, amma digər müəssisələr işləmir. Kiçik sahibkarlar fəaliyyət göstərmir. Operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq. Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.
Deputat Vahid Əhmədov deyib ki, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir: “Amma bizdə proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.
Deputat Fəzail Ağamalı da bəzi sahələrin fəaliyyətinə icazə verilməsini təklif edib: “Bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq. SMS qaydasının ləğv edilməsi ilə insanların küçələrə axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: “Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti azaldılmalı, mümkün olsa, pulsuz olmalıdır”.
“Hökumətin diqqətini tikinti sektorunda yaranan durğunluğa cəlb etmək istərdim. Tikinti sektorunun işləməsinə imkan verilməsi olduqca zəruridir”
Bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat daha sonra qeyd edib ki, supermarketlərə insanlar daha çox üz tutur, nəinki mebel mağazalarına:
“Bu mənada hesab edirəm ki, mebel mağazalarının da açılması zəruridir. Ayrı-ayrı ticarət mərkəzləri də açılmalı, bununla paralel olaraq karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək” və “Binə” ticarət mərkəzlərində minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.
Millət vəkili deyib ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət haqqında düşünməli, əgər mümkündürsə pulsuz həyata keçirilməlidir”.
Parlament “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun ikinci oxunuşda müzakirə edir.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda kifayət qədər aydın izah verildi.
Qeyd edək ki, büdcə gəlirləri 10 milyon manat azaldılması, xərclərin isə 5 milyon manat azalması nəzərdə tutulur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, azalmaların heç bir sosial ödənişlərə şamil olunmayıb:
“Azalmanın əsas səbəbi isə vergi güzəştləri ilə əlaqədar vergi daxilolmalarının həcminin azalmasıdır. Birinci oxunuşda müzakirə zamanı əsas qabardılan məsələ təhsil haqlarının yarıbayarı azaldılması idi. Tələbələrin təhsil haqqının ödənilməsi 2019-2020-ci il təhsil ili üçün dövlət büdcəsi tərəfindən qarşılanacaq. Bizdə olan məlumata görə buna görə 40 milyon manat vəsait ayrılıb”.
Müdafiə, təhlükəsizlik və sahibkarlıqla bağlı büdcədə nzərdə tutulan vəsaitlərin artırılması ilə bağlı birinci oxunuşda səslənən təkliflərə münasibət bildirən Tahir Mirkişili bildirib ki, müdafiə xərcləri ilə bağlı isə Prezidentin bu sahəyə ayırdığı maliyyə kifayət qədər yetərlidir:
“Sahibkarlığa dəstək üçün isə əlavə 40 milyon manat nəzərdə tutulub. Bu, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi deməkdir. İndiyə qədər 105 mindən sahibkara maliyyə dəstəyi verilib. İnvestisiya xərcləri isə azaldılmayıb, olduğu kimi saxlanılıb”.
"Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq, karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər".
Baku.ws xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
O əlavə edib ki, belə bir güzəşt olmayacaq: "Cərimələrin ləğvi ilə bağlı qanunvericilikdə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir.
Əgər yol hərəkəti qayda pozuntusuna görə cərimə 3 ay müddətində ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər.
Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, may, iyun, iyul - 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər. Onlar 160 saatdan- 240 saatadək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər".
"Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur".
Baku.ws xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: "Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.
Bu günlərdə yoluxma sayları 200-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti yeni tədris ilindən məktəblər açılacağı təqdirdə təhsil müəssisələrində əməyin təhlükəsizliyinin hansı qaydalar əsasında təmin edilməsinin vacibliyini açıqlayıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-ə bildirilib ki, dərslərin başlanılması ilə bağlı qərar verilərsə, insanlar arasında məsafənin saxlanılması qaydasına riayət olunmalıdır.
Gigiyena qaydalarına əməl olunması da vacib şərtlərdəndir, iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin yetərli sayda olması şərtdir.
İş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. nəzarətdə saxlanılmalı məsələlərdəndir:
"Həmçinin qeyd edək ki, işə cəlb olunmuş bütün işçilərin (müəllim və digər işçi heyətin) pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması rəhbərlik qarşısında əsas məsələlərdən biri olmalıdır.
Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun (qeyd olunan məsələdə "məktəb - işçi heyət - valideyn - uşaq dialoqu") əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir".
“14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
İstintaq zamanı lentə alınan videoda Fuad Qəhrəmanlı, Seymur Əhmədov və digər AXCP üzvləri yer alıb.
Qəbələ Rayon İcra Hakimiyyəti şəhid general-mayor Polad Həşimovun adı verilən küçə ilə bağlı məlumat yayıb.
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib:
“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə məlumatlar əsassızdır. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.
Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.
Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”.
Nazirlər Kabinetinin "İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə" qərarına görə, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.
Həmçinin "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda da dəyişiklik edilib.
Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.
Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.
Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünə ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.
Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan gənc heykəltəraşın vətənpərvərlik hisləri ilə ərsəyə bu işlər heç də ilk deyil. Daha əvvəl - 2012-ci ildə şəhid Mübariz İbrahimovun kompazisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın partret heykəlinin, Səməndar Rzayevin büstünün də müəllifidir.