![]() |
|
Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar karantin rejiminin şərtlərinə uyğun müəyyənləşdirilmiş qrafiklə işləyir. Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşınıb:
"Bakı-Pirşağı-Sumqayıt istiqamətində fevral ayı ərzində 89 mindən çox, Bakı-Xırdalan- Sumqayıt istiqamətində isə 243 mindən artıq sərnişin hərəkət edib. Ümumiyyətlə, qurum olaraq sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini daima diqqətdə saxlayırıq. Odur ki, mayın 4-dən və 18-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişinlərin sayında artım müşahidə edildi. Bunu nəzərə alaraq, pandemiya dövrünün tələblərinə əməl olunmasını təmin etmək məqsədilə xətdə qatar sayı artırıldı. İyunun 5-dən də sərnişin sıxlığı nəzərə alınaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırıldı və qrafik dəyişildi. Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən qatarların sayı azaldıldı və qrafik yeniləndi".
QSC-dən əlavə ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində iyun ayı ərzində daşınan sərnişin sayı 43 mindən çox olub. Bakı-Xırdalan-Sumqayıt istiqamətində isə iyun ayı ərzində 66 mindən artıq sərnişin xidmətdən istifadə edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 31-dək uzadılması ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq. (Trend)
Bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə yazıb.
Jurnalist bildirib ki, tikinti başa çatmaq üzrədir: "Gözəl əməldir, Namiqin ailəsi adından minnətdaram".
Bu barədə AZƏRTAC-a ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib.
O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib.
Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyyə edilib və onlar da heç bir xəsarət almayıb.
Ali Məhkəmə avqustun 5-dən 31-dək ölkə üzrə məhkəmələrin fəaliyyətinin tənzimlənməsi barədə qərar verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2020-ci il 05 avqust saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyə edilib ki:
1. Ali Məhkəmədə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması davam etdirilsin.
2. Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:
2.1 Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;
2.2 Cinayət işləri üzrə - 2 nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;
2.3 İnzibati xətalara dair bütün kateqoriya işlərə;
2.4 İnzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.
2.5 Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.
3. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
4. Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.
5. Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
Fövqəladə Hallar Nazirliyi çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.
“Qafqazinfo”nun məlumatına förə, nazirlik müraciətində əhaliyə çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.
Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:
- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!
Həmçinin, qadağandır:
- nəzərdə tutulmamış ərazilərdə çimmək!
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- küləkli havada dənizə girmək!
- çimərlikdə gecələmək!
- sərxoş halda çimərlikdə olmaq!
- suda kobud hərəkətlər etmək!
- çimərlikdə balıq tutmaq!
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.
İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.
Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.
Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.
Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.
Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri artıq hazırdır.
“Qafqazinfo”nun məlumatına görə, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar verib.
Xatırladaq ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə işğalçı Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.
Elektron Hökumətin İnkişafı Mərkəzindən daxil olan məlumata görə, bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.
Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.
Vətəndaşlar yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Xərçəng xəstəsi olan şəxsə “HB Güven Klinikası”nda “sətəlcəm” diaqnozu qoyub səhv müalicə olunduğu bildirilən və vəfat edən Dağbəyi Məmmədovla bağlı ictimai müzakirələr hələ də davam edir. Klinika açıqlamasında bildirmişdi ki, tanınmış həkim Vasif İsmayılovun vasitəçiliyi ilə həmin xəstəni qəbul etmişdilər. Məsələni ictimailəşdirən D.Məmmədovun oğlu Zamiq Məmmədliyə elə vasitəçi olan həkim V.İsmayıl cavab verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsmayıl qeyd edib ki, üç ay əvvəl Dağbəyi Məmmədovun qızdırması qalxıb: “Çətin zaman idi. COVID-19 ilə əlaqədar ağciyər iltihabı olan xəstələrin heç biri ağciyər xəstəlikləri xəstəxanasına qəbul edilmirdi. Əvvəlcə virus testi aparılırdı. Zamiq Dağbəyi dayının bütün məsələlərini mənimlə məsləhətləşirdi. Dağbəyi dayının qızdırması çıxanda hər şeyi Ağciyər xəstəlikləri institutu ilə məsləhətləşməsini tövsiyə etdim. Alınmadı. Orada ancaq COVID xəstələri yatırdı. Dağbəyi dayıda isə COVİD testi mənfi idi. Adam rəsmən ortalıqda qaldı. İndi işlədiyim "Güvən" klinikasına zəng etdim. Qəbul etmədilər. Səhiyyə Nazirliyindən direktiv gəlmişdi: bütün ağciyər infeksiyaları TƏBİB kontrolundan keçməli idi. Analiz günlər əvvəl alınmışdı, amma cavabını demirdilər. Dağbəyi dayı evdə əziyyət çəkirdi. Yanında da oğlu Zamiq, bir də qızları. Qarabağ qazisi bir adamın, öz ailəsini qoyaraq öz kəndi uğrunda döyüşlərə qoşulan birinin evdə yardımsız qalmasına vicdanım əl vermirdi.
"Güvən klinikası" ilə danışdım. Dağbəyi dayını küçəyə çıxma qadağası olan günlərdə xəstəxanaya yatırdıq. COVID yoxladıq. Mənfi idi. Amma "sətəlcəm" tapdıq. Bildiyimiz adi sətəlcəm. Dağbəyi dayı ilə müntəzəm maraqlanırdım. Həkimlərinə tam olaraq inanırdım, amma Zamiq rahat olsun deyə yoluxurdum. Özünün yanına dəfələrlə girdim. Klinika onun başına ancaq ona xidmət edən tibb bacısı qoymuşdu. Dağbəyi dayı özü-özünə qulluq edə bilmirdi. Dağ kimi kişi idi, amma xəstəlik onu çətin vəziyyətə salmışdı. Klinika bacardığını elədi.
“Sətəlcəmin" gündəlik müalicə xərcləri çox çıxır. Üç gün sonra Dağbəyi dayı nisbətən düzələndə "evə göndərək, evdə müalicə olsun" deyə qərar çıxdı. Zamiq istəmədi. Zəng etdim, xahiş etdim, saxladılar. Dağbəyi dayı evə xəstəxanaya gəldiyi şikayətlər olmadan getdi. Şahidəm. Amma bir həftə sonra pisləşdi.
Mənim şəxsən tanıdığım, hər gün mənə Dağbəyi dayının vəziyyətini məruzə edən həkim dedi: pisləşmənin altında ancaq onkoloji xəstəlik yata bilər.
Doktor tövsiyə etdi, Zamiq yoxlatdı. Dağbəyi dayıda mədə xərçəngi var imiş. İndi Zamiq ödədiyi, özəl xəstəxanaya ödədiyi məbləği geri istəyir.
Xəstəxana o məbləği geri verə bilməyəcək. Çünki alınan pulun əksər hissəsi dərmanlara verilib. Onsuz da bizim həkimlər Dağbəyi dayıdan həkim qonararı almamışdılar”.
Zamiq Məmmədli isə bu açıqlamaya cavab olaraq bildirib ki, atasının COVİD-19 testi mənfi çıxandan 3 gün sonra “HB Güven klinikası”na yerləşdiriblər: “Atamı klinikanızın təcili tibbi yardım maşını ilə, əlbəttə ki pulu ödənməklə apardılar. Karantinin bura dəxli yoxdu. Atama kim infeksionist təyin etmişdi bilmirəm. Biz dəfələrlə Nazxanım Qasımovaya dedik ki, onkomarkerlər verilsin, xərçəngdən şübhələnirik. Dedi ki, yox, ehtiyac yoxdu, leykositləri normaldı, adicə sətəlcəmdi sadəcə. Gündə 8 dərman atmalı idi. Evə gətirdik həmin o dərmanları atmağa başlayandan sonra mədəsindən qan açıldı. Nazxanımın yazdığı dərmanlar qanaxma vermişdi, mədə xərçənginə gündə 8 dənə daş kimi dərman olmazdı! Mən atamı sənə güvənərək qondarma "Güvən" klinikasına yerləşdirdim ki, diaqnoz qoyulsun, amma onun onurğasında və mədəsində ağır xərçəng xəstəliyin təyini üçün heç bir addım atılmadı.
2700 manat ödədim bəli, EGE klinikasına da 150 manat ödəyib Nazxanım Qasımovanın tövsiyəsi ilə döş qəfəsini KT-sini çəkdirdik. Yenə də mədəsindən qida borusuna qədər 27 cm boyundakı şişləri, onurğa sümüyündəki xərçəngi görmədilər? Atamın ömrünü qısaltdılar. Ona işgəncə verdilər. O ki qaldı Qarabağ qazisinə romantik tonlarda duyğusal həssaslığınıza, ona 1 manat da endirim etmədiniz. Nədən danışırsınız siz? Məsələ prokurorluq-məhkəmə ekspertizası vasitəsi ilə həll ediləcək. Hüquq mühafizə orqanları araşdırar, istintaq aparar, onda ortaq nəticəyə gələrik”.
"Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.
O bildirib ki, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:
"Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar. Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım.
Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.
Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq. Çünki, bunu hər dəfə edirlər. Hasarlar sökülür, onlar yenidən tikirlər. Gələn il Pirşağıya qayıtdıqda dənizə uzanan həmin dəmir dirəkləri yenidən müşahidə etsəm, onların dövlətimizdən və qanunlarımızdan daha güclü olduğu qənaətinə gələcəm".