![]() |
|
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daim dəstəyi ilə əhatə olunacaqları bildirilib.
Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin, pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.
Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib.
Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.
Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətda saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.
“ASAN xidmət”dən verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı qəflətən vəfat edib.
Oxu.az xəbər verir ki, 44 yaşlı Nigar Abbaszadə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
Onun iki azyaşlı övladı qalıb.
Qafqazinfo-nun məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.
Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.
İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb.
Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.
AzTV-də yayımlanan “Hədəf" verilişində qonaq olan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev metronun bağlı qalması məsələsinə aydınlıq gətirib.
O bildirib ki, metropolitenin fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir:
“Metronun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virus düşdüyü halda bütün sistemi yoluxdura bilər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində məhdudiyyətlər ictimai nəqliyyatdan ilk metropolitenə tətbiq edilir”.
AzTV-də yayımlanan “Hədəf" verilişində qonaq olan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev metronun bağlı qalması məsələsinə aydınlıq gətirib.
O bildirib ki, metropolitenin fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir:
“Metronun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virus düşdüyü halda bütün sistemi yoluxdura bilər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində məhdudiyyətlər ictimai nəqliyyatdan ilk metropolitenə tətbiq edilir”.
Bunu AzTV-nin “Hədəf” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, yaxın müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Qruplarda Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil olunacaq. Onlar çimərliklərdə monitorinq aparacaqlar.
"Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Ən azı, bunu düşünmək istəyirik," - deyə Y.Qarayeva bildirib.
Bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.
Bununla əlaqədar saat 00:00-dan 20 iyul saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, həftə sonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa taksi fəaliyyətinə aid deyil.
365.az xəbər verir ki, bunu informasiya texnologiyaları mütəxəssisi Rəşad İbrahimov edib.
Belə ki, o, Ermənistanın bəzi dövlət orqanları və restoranlarının texnoloji boşluqlarından istifadə edərək, buna nail olub.
Rəşad İbrahimov deyir ki, bunu etməkdə məqsədi erməniləri hər zaman qorxu içində saxlamaqdır:
“Müasir dövrdə ən böyük silahlardan biri də sosial mediadır. Buradan ermənilərə psixoloji zərbə vurmaqla, onlarda çaşqınlıq yaratmaq, qorxu içində saxlamaq mümkündür. Mən bunu bir neçə video ilə göstərmişəm”.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7000-ə yaxın müraciət daxil olub:
“Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən, müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir.
İyulun 16-da keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər.
Bildiririk ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.
Vətənpərvərlik və həmrəyliyinizə görə çox Sağ olun!”
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb, ümumilikdə 335 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.