![]() |
|
“Bizim I təsnifat mərhələsində qarşılaşa biləcəyimiz bütün rəqiblər möhtəşəm komandalardır. Onlarım hamısının büdcəsi 20 milyon avrodan yüksəkdir”.
Apasport.az xəbər verir ki, bunu Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirən mütəxəssis Azərbaycan təmsilçisi “Qarabağ”ı cütün aşkar favoriti sayır: “Qarabağ” qarşılaşmanın aşkar favoritidir. Biz daha uzun müddət avrokubok həyəcanı yaşamağı xəyal edirik. “Qarabağ” ardıcıl 7 ildir Azərbaycan çempionu olan əla komandadır. Onlar hər il avrokubokların qrupunda oynayır. Əvvəllər də göstərdiyimiz kimi asanlıqla təslim olmayacağıq. Mümkün olan hər şeyi edəcəyik. Ümid sonda ölür”.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” matçı avqustun 18-19-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqasında mövsümün koronavirus pandemiyası səbəbindən yarımçıq qalmış hissəsi bərpa olunub.
1/8 final mərhələsinin növbəti cavab görüşlərində "Mançester Siti" İngiltərədə İspaniya çempionu "Real Madrid"i, İtaliya çempionu "Yuventus" isə Fransa "Lion"unu qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"dən ilk qolu 9-cu dəqiqədə Rəhim Sterlinq vurub. 28-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib. Lakin 68-ci dəqiqədə Qabriel Jezus "şəhərlilər"i yenidən önə çıxarıb. Beləliklə, "Mançester Siti" ilk görüşdə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıb.
"Yuventus" isə hələ 12-ci dəqiqədə qapısında qol görüb. Memfis Depay dəqiq penalti zərbəsi ilə hesabı açıb. Turin komandası Kriştianu Ronaldunun 43-cü dəqiqədə penalti ilə və 60-cı dəqiqədə vurduğu qollarla nəticəni öz xeyrinə dəyişə bilib. Lakin 2:1 hesablı qələbə "Qoca Sinyora"ya kömək etməyib. "Şirlər" ilk matçda öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri üçün səfər qolu sayəsində mərhələ adlayıblar.
1/4 finalda "Mançester Siti" "Lion"a rəqib olub. Daha əvvəl Almaniya "Leyptsiq"inin İspaniya "Atletiko"su ilə, İtaliya "Atalanta"sının isə Fransa PSJ-si ilə üz-üzə gələcəyi məlum idi.
Qeyd edək ki, 1/8 final mərhələsinə avqustun 8-də "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) matçları ilə yekun vurulacaq.report
UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək.
Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” İtaliyada bunun əvəzini çıxmağa çalışacaq.
Gecənin mərkəzi qarşılaşması isə İngiltərədə keçiriləcək. Doğma meydanda “Mançester Siti”yə 1:2 məğlub olan “Real” cavab görüşündə turu keçməyin yollarını axtaracaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
7 avqust
23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1
Millimizin sabiq futbolçusu, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova ağır itki üz verib.
Oxu.az xəbər verir ki, onun atası Fərhad Sadıqov rəhmətə gedib.
F.Sadıqov uzun sürən xəstəlikdən sonra dünyasını dəyiş
Koronavirus pandemiyasına görə mart ayında dayandırılan Avropa Liqası bu gün bərpa olunur.
İlk oyun günündə 4 görüş keçiriləcək.
İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq.
5 avqust
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1
20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1
23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0
23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
İlk oyun keçirilməyib
Niderland Kral Futbol İttifaqı (KNVB) eksperiment keçirmək barədə qərar qəbul edərək qadınlara kişilərdən ibarət komandalarda oynamağa icazə verib.
Apasport.az xəbər verir ki, saytının məlumatına görə, bu yenilik aşağı liqalardan birində tətbiq ediləcək.
İlk belə futbolçu 19 yaşlı Ellen Fokkema olacaq. O, “Foarut” klubunun heyətində kişilərin yarışında oynayacaq.
Aşağı liqadakı eksperimentdən sonra belə addımın gələcək inkişafı müzakirə olunacaq. KNVB-nın inkişaf üzrə direktoru Art Lanqeler qərarı belə şərh edib: “KNVB rəngarənglik və bərabərlik tərəfindən çıxış edir. Bu, hamıya və hər kəsə aid olmalıdır. Həm də bu, yaxşı idman tapşırığıdır ki, biz də onu bağlamaq istəmirik. Buna görə eksperimentə başlayırıq. Təcrübə ideyanın necə işləyəcəyini göstərəcək. Biz klubla sıx təmasda olacaq və işlərin necə getdiyini izləyəcəyik”.
Azərbaycan milli komandasının və İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Renat Dadaşovun “Konverti”yə keçidi alınmayıb.
Bununla bağlı azerisport.com məlumat yayıb.
Bildirilib ki, R.Dadaşovun icarə əsasında həmin klubda oynaması ilə bağlı razılıq əldə edilməyib.
Hazırda “Vulverhempton” Dadaşovun daha çox tərcübə yığması üçün klub axtarışdadır.
FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.
Qrum rəhbəri vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham edilir.
Qeyd edək ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib.
Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.
Oxu.az verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.
O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.
Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.
Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.
İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.