![]() |
|
“30 il ərzində Azərbaycan xalqı öz torpaqlarını qaytarmağa çalışırdı, çünki ərazi işğal altında idi”.
Bu sözləri Azərbaycanın Vətən müharibəsində yaralı əsgərlərimizi təmənnasız əməliyyat edən italiyalı həkim Alessandro Marano deyib.
O qeyd edib ki, yaralı əsgərlərə kömək etməyə hazırdır.
"Ölkə.Az" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətən müharibəsində canından keçmiş şəhid Turqut Xəlilbəylinin atası Nadir Xəlilbəyli deyib.
Onun sözlərinə görə, oğlu hər zaman torpaqlarımızın işğaldan azad olunacağına inanırdı:
“Turqut çox qeyri-adi övlad olub. Uşaq vaxtından hər kəslə dil tapardı, böyükdən-kiçiyə kimi hamı onun dostu idi. Mehriban, gülərüz bir uşaq idi, hər kəsə özünü sevdirmişdi. Məktəb illərindən istedadlı uşaq olub, altıncı sinifdən Türkiyə liseyinə gedib, oranı bitirdikdən sonra isə Tibb Universitetinə - hərbi həkimliyə daxil olub.
Təhsil aldığı dövrdə yalnız həftə sonları evə gələrdi. Orada da yüksək nəticələri var idi. Universiteti bitirdikdən sonra isə Beyləqana təyinat verdilər. Elə orada da hərbçi kimi fəaliyyətə başladı və üç il işlədi”.
N.Xəlilbəylinin sözlərinə görə, Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz istəyi və xahişi ilə yoldaşları ilə ön cəbhədə olmaq istədi:
“Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, anama demə harada olduğumu, nigaran qalmasın. Mən də ona dedim ki, narahat olma, yaxın vaxtlarda yenə gələcəm, görüşəcəyik. O isə bildirdi ki, ata, darıxma növbəti səfərimizdə mən Kəlbəcərdən gələcəm. Ya buradan girib, oradan çıxmalıyam, ya da geri dönməyəcəm. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq”.
Turqut Xəlilbəylinin anası Almaz Hüseynova isə bildirib ki, Turqut hərbçi yoldaşları ön cəbhədə ola-ola, özü arxada ola bilməzdi:
“Mənim xəbərim yox idi ki, Turqut müharibədədir. Nə vaxt telefonla danışsam, deyirdi hər şey yaxşıdır. İstəmirdi ki, ona görə nigaran qalım. Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. O, hospitalda əsgər-zabitlərə qulluq etməliydi, ancaq öz istəyi ilə döyüş bölgəsinə getdi. Hər gün telefonla danışırdıq, ancaq şəhid olan günü elə səhər danışdım, sonra xəbər ala bilmədim”.
Turqutun döyüş yoldaşları onun hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olduğunu söyləyiblər:
“Bir gün hərbçi yoldaşları ilə Cəbrayılda mərmi yağışına düşüblər. Həmin an hamı özünü bir küncə sıxanda Turqut çətin bir şəraitdə yenə də yaralılara yardım edirmiş. Onlardan üçünü sürüyərək çökək bir yerə gətirib yığıb. Belə vəziyyət 3 dəfə olub, onlardan birində özü də yaralanıb, ancaq özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub. Həmin hərbçi hazırda sağdır və bir neçə gün öncə zəng edərək bildirmişdi ki, gəlib bizlə görüşüb halallıq alacaq. Mən əvəzində ona dedim ki, mənim oğlum Vətən uğrunda canından keçib, Vətən sənə halallıq versin”.
Xatırladaq ki, Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.
O, Dağlıq Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.
"Biz hər bir şeyi düşünərək mərhələli şəkildə addımları atdıqdan sonra lazımsız yüklənmələrin qarşısnı alırıq. Xəstə olan şəxslər özündə narahatçılıq müşahidə etdiyi zaman bu heç də o demək deyil ki, 100 faiz hər bir narahatçılıq koronavirus infeksiyası olacaq. Təbii ki, müəyyən əlamətlər var. Düşməyən hərarət, halsızlıq, əzələlərdə yorğunluq və başqa hallar olduğu zaman dərhal təcili yardıma müraciət etmək lazım deyil. Bu halda sistemin blok olmasına gətirib çıxarır".
Bu fikri Milli Məclisin üzvü, həkim Müşviq Məmmədli bildirib.
Deputatın sözlərinə görə, ilk növbədə poliklinika həkiminə müraciət olunmalı və vacib məsləhətləri onlayn və telefon şəklində ondan almalıdır:
"Burda yüngül formalardan söhbət gedir. Əgər narahatlıqlar başlayırsa, əlamətlər şiddətlənirsə, bu zaman testin edilməsi vacibdir. Bundan sonra təcili tibbi yardımın işi başlayır və koronavirus aşkar olunarsa, həmin insan ailə üzvləri və yaxınlarını qorumaq baxımından təcrid müxanizminə keçirir.
Bəzən sadə koronavirus aşkar olunduqdan sonra külli miqdarda dərman preparatları, antibiotik, antivirallar qəbul edilir və xalq arasında sistem qoşdurmaq kimi yayılan vena daxilinə inyeksiyalar olunur. Bunlar tamamilə kökündən yalnış addımlardır. Heç bir panikaya düşmədən, həkimə müraciətdən sonra lazım olan cüzi miqdarda antiviral və vitamin preparatları qəbul edilir və yataq rejiminə riayət olunur.
Əgər növbəti mərhələdə narahatçılıqlar yaranacaqsa, müayinələr və ağırlaşmaların qarşısını alan və lazım olan digər preparatlar qəbul edilir. Normal vəziyyətdə, ciddi şəkildə və vaxtında müdaxilə edilmiş koronavirusa yoluxmuş və başqa ağırlaşmaları, potologiyaları olmayan şəxslər 5-ci gündən sonra prosesin artıq geri dönməsini müşahidə edir. Çox rahatlıqla sağalırlar.
Diqqətizlik etdikdə, dost və tanışın məsləhəti ilə müxtəlif preparatlar qəbul edildikdə və yalnış müalicələr olunduqda, ağırlaşmalar ortaya çıxır. Yalnış müalicəni etməkdənsə, müalicəni etməmək daha müvafiq sayılır. Çünki yalnış müalicənin ağırlaşmaları sonra əlavə problemlər yaradır".(baku.ws)
Vətənimizin qəhrəman oğulları 30 ildir həsrətində olduğumuz torpaqlarımızın hər qarışını əsarətdən azad etdikcə sevinirdik, illərdir bu anı gözləyən 10 milyon ürək sevincdən az qaldı yerindən çıxsın, qürurdan ürəyimizin döyüntüləri də artırdı, ancaq hər gün neçə ürəyin buna görə döyüntüsü kəsildi. Yüzlərlə can, arzu torpaq oldu. Onlar mərdlik nümayiş etdirib, tarix yazdılar, şəhid oldular. Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb, Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Vətəni xilas etməyə...
Belə oğullarımızdan biri də ölümü ilə bütün Azərbaycana səs salan, məlahətli ifası ürəkləri titrədən şəhid gizir Xudayar Yusifzadədir.
Xudayarın anası Radə Qurbanova oğlu ilə bağlı xatirələrini Publika.az-la bölüşüb. Şəhidimizin anası deyir ki, oğlum yuxularıma gəlir, oyanmaq istəmirəm Xudayarlı yuxulardan.
Dastana çevrilən şəhidimizin döyüş yoldaşları isə deyir ki, o, təkcə döyüşmürdü, həm də onları ruhlandırırdı, haqq savaşına, mübarizəyə səsləyirdi. Xudayarın silahdaşları onun iştirak etdiyi son döyüşü və şəhidimizin orada dediyi son istəyini Publika.az-a danışıblar və şəhidimizin döyüş bölgəsində çəkilən, heç yerdə olmayan fotolarını saytımızla bölüşüblər.
Ətraflı videomaterialda tanış ola bilərsiniz:
Əsgərlərimiz işğaldan azad olunan Laçın rayonunda maraqlı video çəkərək sosial şəbəkədə paylaşıb.
Musiqi sədaları altında bir araya toplaşan əsgərlərimiz "Laçında ilk toy" adlı video çəkiblər.
Onlar həmçinin Azərbaycanın qədim toy adət-ənənələrindən olan "qazan açdı" mərasimi də keçiriblər.
Paylaşılan video sosial şəbəkədə maraqla qarşılanıb. (publika.az)
Bu, tam Günəş tutulması olacaq.
Təbii hadisə saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək.
Təbii hadisə Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Rusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir.
Ölkə.Az xəbər verir ki, ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib.
O, qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur.
“Qapalı, sıx yerlərdə, məsələn, ictimai nəqliyyatda, məcburi qoruyucu maska rejimindən başqa, gücləndirilmiş ventilyasiya sistemi də olmalıdır. Metro vaqonlarında, avtobuslarda və digər ictimai nəqliyyat növlərində kondisionerləri söndürmək olmaz. Əksinə onu gücləndirmək, isitmə və filtrasiya ventilyasiyasını qoşmaq lazımdır," - Jemçuqov deyib.
Mütəxəssis vurğulayıb ki, bu qoruyucu tədbir bütün virusların yayılmasına qarşı hərəkət edir.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanın hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib.
T.Eyvazov evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyinə diqqət çəkib.
O qeyd edib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur".
Mütəxəssis eyni zamanda vətəndaşlar hansı qaydalara riayət etməli olduqlarını bildirib: "Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını risqə atmayaq".(Report)
“Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir”.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
***
Füzulinin işğaldan azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası Yeganə Ədilova dövlət tərəfindən onlara ayrılan birdəfəlik 11 min manatlıq sığorta pulunu Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Ölkə.Az bildirir ki, şəhid anası bildirib ki, birdəfəlik ödənişi oğlunun yeddi mərasimi günü fonda köçürüb.
"Torpaqlarımızın azad edilməsində iştirak edənlər üçün bu vəsait daha vacibdir. Orada döyüşən, yaralanan, şəhid olanların hər biri mənim balalarımdır. Məlik 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 11 ay olardı ki, xidmətdə idi. Daha sonra onu döyüş bölgəsinə apardılar. Oğlum 23 gün öz qanı və canı ilə vuruşub. Məliki ölməyə yox, düşməno öldürməyə göndərmişdim. Qismət belə imiş. Təki Vətən sağ olsun".
1 yaşından övladını atasız böyüdən şəhid anası Məlikin böyük arzularının olduğunu söyləyib: "1 yaşında atası atıb getdi, onun həm atası, həm də anası oldum. Məlik əsgərlikdən gələndən sonra Fövqəladə Hallar Nazirliyində işləmək istəyirdi. Sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi. Mənə dedi ki, "vəsiqəmi ver, hərbidə qalım işləyim". Dedim ki, oğul tək uşaqsan, qorxuram. Pul yığıb getmişdi ki, əsgərlikdən sonra maşın alsın. Əsgərliyə gedəndə pulu nənəsinə vermişdi. Demişdi, "anamın ehtiyacı olanda verərsən. Mən gələndə anam maşın almağa kömək edəcək". Mən dövlətin verdiyi pulu ehtiyacı olanlar üçün verdim. Mənim ehtiyacım olarsa, Prezidentimiz bizə kömək edəcək".
Y.Ədilova sonuncu dəfə oğlu ilə oktyabrın 16-da telefonla danışıb: "Oğlumla sonuncu dəfə danışmağa yaralı əsgər Əli Alıxanlı kömək etmişdi. Onda sonuncu dəfə oğlumla danışdım. Dedim ki, oğlum yaralılara baş çəkməyə gəlmişəm. Sevindi, dedi ki, öpürəm sənin əllərindən, çox sağ ol. Mən də söylədim ki, oğul sən orada döyüşürsən, mən sənin arxandayam. Dedi, "ana sənin duaların məni qoruyar".
Biz Məliklə o qədər də əlaqə saxlaya bilmirdik. Mən Məlikdən ötrü çox darıxırdım. Həmişə deyirdi ki, "ana mən Bakıdayam, bəs düşmənlə üz-üzə duranların anaları necə olsun. Nə qalıb ki, 200 gündən sonra gələcəyəm".
Məlik heç vaxt məni incitmədi. Çox vətənpərvər oğlan idi. Balam ən ali zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edirəm".Azvision