![]() |
|
İşğaldan azad edilmiş Şuşa şəhərində xidmət başında olan hərbçilərimizdən biri öz baba evini tapıb.
Ölkə.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda hərbçimizin doğma evinə girərkən necə sevindiyi, dostlarına həmin ev haqqında danışması əks olunub.
Sözügedən videonu təqdim edirik:
Report bildirir ki,, qar rayonun əsasən dağlıq kəndlərinə yağıb.
Belə ki, Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağan qarın hündürlüyü 5-10 sm-ə çatıb.
Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur.
Qeyd edək ki, ötən il Cəlilabad rayonuna ilk qar noyabr ayında yağmışdı.
İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası örnək addım atıb.
Şəhidin anası Yeganə Adilova azxeber.com-a açıqlamasında deyib ki, o şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.
Evin tək oğlu olan Məlik Böyük Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb.
Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.
19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Tovuz rayonunda Hüseynovlar ailəsinin dörd oğlu 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub. Onlar rayonun Dondar Quşçu kəndindən olan dörd qardaş - Səməd, Afiq, Elnur və Kamran Hüseynovlardır. Qardaşlardan üçü zabit, biri isə müddətdən artıq xidmət edən (MAXE) hərbçidir.
Bu barədə “Qafqazinfo”ya hərbçilərin atası Mahir Hüseynov məlumat verib.
“Oğlanlarım Vətən uğrunda döyüşüblər, öz borclarını yerinə yetiriblər. Böyük oğlum Səməd Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib, mayordur. İkinci oğlum Afiq MAXE-dir, 2014-cü ildən artilleriya sürücüsüdür. Üçüncü oğlum Elnur da əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Döyüşlərdə düşmən təyyarələrinin havada məhv edilməsində onun da xidmətləri var, mayordur. Ən kiçik oğlum Kamran da qardaşları kimi Cəmşid Naxçıvanski adına hərbi liseyi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenantdır. Hazırda helikopter pilotudur”.
Hərbçilərin atası Mahir Hüseynov
Mahir Hüseynovun sözlərinə görə, o, özü 90-cı illərdə yaradılan Tovuz Batalyonunun üzvü olub. Oğullarının hərbçi kimi yetişməsində əsas rolu ata oynayıb:
“Sovet ordusundan 3-cü qrup əlil kimi qayıtmışdım. Müharibə başlayanda könüllü olaraq başıma dəstə yığdım. Oğullarım da məni görüb hərbçi olublar. Bir ata kimi çox sevinirəm ki, Azərbaycanıma, xalqıma belə oğullar vermişəm. Bu oğullar təkcə mənim yox, Azərbaycan xalqının övladlarıdır. Fəxr edirəm ki, bir ailədən ata ilə birlikdə beş hərbçi yetişib. Oğullarım hər dəfə evimizə gələndə onlara deyirdim ki, ancaq irəli gedin, əzin düşməni, atanıza oxşayın. Onların hər bir işi bu 44 gündə mənim gözümün qabağında olub. Mən istədiyim kimi oğul olublar, zəhərli ilanların başını əziblər. Düşməni torpaqlarımızdan çıxarıblar”.
M. Hüseynov deyir ki, yaşı imkan versəydi, yenə də ordu sıralarına qatılardı:
“İndi bu qələbəmizə görə hərbçi yoldaşlara paxıllığım tutur. Fikirləşirəm ki, niyə mən də döyüşlərdə iştirak edə bilmədim?! Gərək mən də döyüşəydim. Mən oğullarıma həmişə uğurlu yol arzulamışam. Doğrudur, ata kimi narahat olurdum. Amma özümə borc bilirdim ki, hərbi hissələrə baş çəkim. Çünki bizim üçün döyüşmək gec olsa da, hərbçilərə bizim ağıllı məsləhətlərimiz lazımdır”.
ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlıların iştirakı ilə Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.
Report xəbər ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillər çevrədəkilərin diqqətini cəlb edib. Yerli vətəndaşlar həmvətənlərimizi təbrik edib, onları alqışlayıblar. ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz “Old Baku” (Köhnə Bakı) restoranında toplaşıblar.
Azərbaycan icmasının üzvü Elnur Ələkbərov və Esmira Əskərovanın təşkilatçılığı ilə baş tutan görüşdə həmvətənlərimiz vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda Azərbaycandan minlərlə kilometr uzaqda olmalarına baxmayaraq daima ürəklərinin Vətənlə döyündüyünü, “Vətən müharibəsi”nin hər dəqiqəsini ölkəmizdə olan soydaşlarımız qədər həyəcanla izlədiklərini dilə gətiriblər
Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli, vitse-prezidenti Zəminə Mirhadıyev da çıxışlarında ABŞ icmasının ötən müddət ərzində və bundan sonra da, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün birlik içində fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. İcma üzvləri ölkə başçısı İlham Əliyevə dəstəklərini ifa edib, ona tarixi qələbənin əldə edilməsində göstərdiyi əzm və iradəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Əməliyyatlar nəticəsində beş şəhər mərkəzi, üç qəsəbə və 300-ə yaxın kənd uzun sürən düşmən tapdağından azad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, digər torpaqlarımız da işğaldan azad olunub.
Müharibə ordumuzla bağlı bir sıra maraqlı məqamlarla yadda qalıb.
Onlardan biri də sosial şəbəkələrdə bir qrup şəxsin orduda çörək bişirməsi olub.
Orduda olan aşpaz Kamran Abdullayev ordumuzdakı fəaliyyətləri barədə Oxu.Az-a danışıb.
O bildirib ki, orduya gəlmədən əvvəl aşpaz kimi işləyib:
“Azərbaycan Milli Kulinariya Mərkəzində çalışıram. Oktyabrın 18-də könüllü olaraq 50-dən çox aşpazla cəbhəyə yollandıq. Məqsəd ordumuza yemək bişirmək olub. Döyüş vaxtı çox çətin anlar yaşadıq. Raket, minomyot və topların səsi qulaq batırırdı.
Əvvəllər hamımızın içində qorxu olsa da, biz o qorxuya qalib gəldik. Çünki hamımız bu torpaqlar üçün buradayıq. Döyüşlə bizim aramızda 10-15 km məsafə olardı, amma atılan raketləri, avtomat səsləri çox yaxından eşidilirdi. Biz aşpazlar əsgərlərə yemək bişirmək üçün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları üzrə komandalara ayrılmışdıq.
Ön cəbhədə döyüşənlər üçün sutkalıq əsgər payı adlanan bağlamanı düzəldir və göndərirdik. Paytaxtdakı vəziyyətlə cəbhədəki vəziyyət eyni deyil. Bu torpaqlarda bəzən bir günə beş kənd, bəzən beş günə bir kənd alınırdı. Əsgərlərimiz və zabitlərimizin ruh yüksəkliyi bizə qürur verirdi”.
Onun sözlərinə görə, Bakıdan cəbhəyə könüllü getməsindən ailəsi 10 gün sonra xəbər tutub:
“Onlara zəng etdim və dedim ki, vəziyyətim yaxşıdır, narahat olmayın. Mənim atam da Qarabağ qazisidir. O da o vaxt işini atıb cəbhəyə yollanmışdı, bir həftədən sonra xəbər etmişdi. Mən atamla fəxr etdiyim kimi, atamın da mənimlə fəxr etməsini istəyirdim, elə də oldu”.
K.Abdullayev vurğulayıb ki, daha sonra Şuşadan xəbər gəlib ki, çörək bişirmək üçün oraya yollanmalıdır:
“Biz beş nəfərlik aşpaz heyəti ilə Şuşaya qalxdıq. Hər gün, gülə-gülə mahnı oxuyaraq, 5000 çörək bişiririk. Çörəyi elə sevgi ilə bişiririk ki, bütün şəhərdən çörəyin ətri gəlir”.
Həmsöhbətim deyir ki, inana bilmir ki, uşaq vaxtından kitablarda oxuduğu Dağlıq Qarabağın rayonlarını gəzib:
“Maraqlı hadisələrdən birini danışım. Döyüşlər vaxtı çimməyə şərait yox idi. Dayanıb siqaret çəkirdim, birdən dağın yamacında bir böyük su çəni gördüm. Əsgərlərlə su çənini aşağı endirdik, içini təmizlədik, çənin altına iri daşlar qoyub içini su ilə doldurub altını yandırdıq.
Su qızdı, baş tərəfindən dəlik açdıq və balaca turba keçirdik, qarşısına daxma tikdik, səhrada generatorumuz vardı deyə, daxmaya işıq çəkdik. 300 nəfərə yaxın əsgər çimdi. Axşam ocağın başına yığışıb muğamlar, mahnılar oxuyuruq. Sanki illərdir hamı bir-birini tanıyır. Hamı bir yumruq şəklində birləşib”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq 100-dən çox üzvümüzün doğma torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində könüllü kimi şücaət göstərməsi ilə fəxr edir, çiyin-çiyinə çalışdığımız qəhrəmanlarımızdan bəzilərini sizə qürurla təqdim edirik.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Telegram-da yayılan kadrlarda əsgər atası əhdinə uyğun olaraq övladını belinə alıb evə gətirir.
Bu təsirli görüntülər görənlərin ürəyini sızıldadıb. Ata oğlu salamat evinə döndüyü üçün qurban da kəsdirib.
Qalib ordunun əsgərləri hər yerdə böyük hörmətlə qarşılanır. Bizə zəfər bəxş edən igidlərimiz ən gözəl sözlərə, ən böyük hörmətə layiqdir. (milli.az)
Bunu Ermənistan silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi zamanı əsir götürülmüş əsgər, Gəncə şəhər sakini Bayram Kərimovun anası Zülfiyyə Kərimova "Report"un Qərb Mərkəzinə müsahibəsində bildirib.
O, övladının əsir götürüldüyünü baldızından öyrəndiyini deyib: "Ermənilər Bayramın yaralı halda əsir götürüldüyünün nümayiş olunduğu video yaymışdılar. Üçyaşlı nəvəm hər dəfə qapı döyüldüyündə "atam gəldi" deyir. Biz onun həsrətinə dözə bilmirik. Oğlum ağır yaralıdır, indi onun nə halda olduğunu bilmirik. Görəsən ona necə baxırlar, necə rəftar edirlər? Xahiş edirəm, bizə yardım göstərilsin, övladım əsirlikdən qurtarılsın".
Z.Kərimova oğlu ilə yanaşı, əsgər yoldaşı Amin Musayevin də əsir götürüldüyünü vurğulayıb:
"Onun da, övladımın da geri qaytarılmasını istəyirik"
"Bayram könüllü olaraq müharibəyə gedib. Digər oğlum da səfərbərlik zamanı çağırılmışdı və hazırda hərbi xidmətdədir. O da qardaşının yolunu gözləyir", - hərbi əsirin anası söyləyib.
Qeyd edək ki, Bayram Kərimov və Amin Musayev yaralı halda ermənilər tərəfindən əsir götürülüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Yaxın günlərdə Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq işləri başlayıb.
“Qafqazinfo” xəbər verir ki, paradın dəqiq tarixi açıqlanmasa da, hazırlıq işləri ilə bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Qeyd edək ki, paradda Vətən müharibəsində düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnika nümayiş etdiriləcək.
Günel Türksoy
Fotolar: Müzəffər Nəbili